XƏBƏR LENTİ

28 Sentyabr 2020
27 Sentyabr 2020

Digər Xəbərlər

12 Avqust 2018 - 14:47

AMERİKA-TÜRKİYƏ TİCARƏT SAVAŞI BAŞLADI –Moskva və Tehran Ankaranı bəladan qoruya biləcəklərmi? – TƏHLİL

Stanislav Tarasov

regnum.ru, 11.08.2018

 

ABŞ prezidenti Donald Tramp Türkiyə alüminiumuna 20% və poladına 50% rüsum tətbiqini elan edəndən sonra “türk lirəsinin bizim çox güclü dollarımıza qarşı üzüaşağı sürüşəcəyini” bildirəndə aydın olub: Türkiyənin Vaşinqtonla pərdəarxası, yaxud aşkar uzlaşma ümidləri puça çıxıb.

Yada salaq ki, hələ bu yaxınlarda Sinqapurda ABŞ dövlət katibi Mayk Pompeonun Türkiyə xarici işlər naziri Mövd Çavuşluoğluyla görüşü baş tutub. Dövlət Departamenti bundan sonra “ikitərəfli münasibətlərdəki problemləri tənzimləmək cəhdlərini davam etdirməyə hazır olduğu”nu bildirib, Çavuşoğlu isə bu görüşü “konstruktiv” adlandıraraq “fikir ayrılıqlarının tənzimlənməsi üçün iki tərəfin tədbirlər görmək səylərini” ifadə edib.

“CNN Turk” telekanalının xəbər verdiyinə görə, sonra  türklərin “NATO-nun iki üzvünün – Türkiyə və ABŞ-ın qarşılıqlı münasibətlərində meydana çıxmış” problemələrin müzakirəsinədək “ən geniş səlahiyyətlər verilmiş” rəsmi nümayəndə heyəti Vaşinqtona səfər edib. Bu zaman qoyulan məsələlərin sırası sıradakı kimi müəyyən edilib: İzmirdə Amerika pastoru Endryu Branson üzərində məhkəmə prosesi, Suriya üzrə fikir ayrılıqları və ticari mübahisə.

Ankara Bransonu Birləşmiş Ştatlarda yaşayan ilahiyyatçı, 2016-cı il dövlət çevrilişinə cəhd hazırlığında ittiham edilən Fətullah Gülənə “dəyişmək” istəyərdi. Amerikalılar öz variantlarını təklif ediblər: onlar Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın rəğbət bəslədiyi HƏMAS hərəkatına dəstəkdə şübhəli bilinən Türkiyə vətəndaşı Əbru Özkanın İsraildə azad edilməsinə nail olub və bu yöndə öz missiyalarını yerinə yetirilmiş sayırlar.

Suriya üzrə fikir ayrılıqlarına gəlincə, burada məsələ xeyli qəlizdir. Türkiyənin “Yeni Çağ” nəşrinin xəbər verdiyinə görə, NATO-nun iyulda baş tutan sammitində Ankaraya Türkiyənin terrorçu saydığı Suriya kürdlərinin bölmələrini deyil, Rusiya və İranı özü və alyans üzrə müttəfiqləri üçün “təhlükə” kimi göstərmək təklif olunub. Yəni Türkiyə tərəfini bölgədəki siyasətini radikal şəkildə dəyişməyə məcbur etmək istəyiblər. Ankara nümayəndə heyətinin təmsilçiləri Vaşinqtondakı danışıqların yekunları üzrə “bəzi məsələlər üzrə ilkin uzlaşmaya nail olduqlarını” bildirsələr də, aydın olub ki, bu missiya sınıq çıxıb. Bundan sonra Türkiyə mallarının Amerika bazarına rüsumsuz çıxışının yenidən nəzərdən keçirilməsi imkanı haqda Trampın bəyanatı gəlib.

Ankara Amerika məhsullarına cavab rüsumları tətbiq edir, amma türk ekspertlərin hesabladıqlarına görə, bu addım ölkə ixracatına 1,7 milyard dollar təsir edəcək. Hətta lirə kəskin şəkildə düşməyə başlayıb. Ərdoğan bununla bağlı bildirib ki, Türkiyəyə qarşı “iqtisadi savaş başlanıb” və qeyd edib ki, “İrandan Rusiyaya, Çinə qədər və bəzi Avropa ölkələrilə iqtisadi əlaqələri daha fəal inkişaf etdirmək” niyyətindədir.

Həmçinin Rusiya prezidenti Vladimir Putinlə telefon söhbəti olub. Bu gedişatda, əlbəttə, yaranmış durum müzakirə olunub.

İndi isə hələlik aralıq xarakter daşıyan əsas nəticələr haqda…

Birincisi, Vaşinqton Ankaraya münasibətdə tələblər səviyyəsini kəskin artıraraq onu diplomatik yollarla güzəştli həll imkanından edib. Ərdoğan deyir: “Türkiyəni ölkənin suverenliyinə ziyan vurmaqla güzəştlərə getməyə məcbur edirlərsə, durum dəyişiləcək. Türkiyə geri bir addım da çəkilməyəcək”.

İkincisi. Bəlkə də, amerikalılar 1975-ci il Kipr böhranından sonra NATO üzrə ən önəmli müttəfiqlərdən birinə qarşı sərt sanksiya tədbirləri görüblər və bu, potensialca ölkədə daxili siyasi durumun gərginləşməsinə səbəb ola bilər.

Üçüncüsü. Türkiyə həm də bundan sonra hara, – Qərbə, ya Şərqə getmək, NATO-damı qalmaq və AB-yə inteqrasiya haqda xülyanı saxlamaq, – hərəkətlənəcəyi haqda ilk dəfə gerçək seçim qarşısında qalıb. Lakin bölgədə hərbi təhlükəsizliyin təminiylə bağlı qeyri-müəyyən problemlər Ankaranı Vaşinqtondan tam qopmaqdan çəkindirir.

Dördüncüsü. Türkiyənin Yaxın Şərq siyasətində faktiki olaraq qərbli müttəfiqi yoxdur və Rusiya və İranla, habelə Pekinlə alyansa söykənməyə məcburdur. Bütün əlamətlərə əsasən, bu ölkələr arasındakı uzlaşmalar tranzaksiya xarakterinə malik olacaq.

Ekspertlərin dəyərləndirdiyinə görə, sanksiyalar böhranı həm ABŞ və Türkiyə arasındakı qarşılıqlı münasibətlərdə, habelə onların təkcə Yaxın Şərq deyil, həm də Cənubi Qafqaz siyasətində bir neçə önəmli tendensiyanı üzə çıxartmalıdır. Çoxlarının ən mühüm qərar almaq lazım gəldiyi müəyyən böhranlı an yaxınlaşır. Moskva və Tehrandan Ankaranı bəla içində tək buraxmayacaqları haqda eyhamlar daha çox bəlağətlə səslənir.

Tərcümə Strateq.az-ındır.