XƏBƏR LENTİ

25 Noyabr 2020
24 Noyabr 2020

Digər Xəbərlər

30 Yanvar 2016 - 14:14

Yəhudilər təşvişdə: “İran bölgənin hegemon gücünə çevriləcək” – Təhlil

ir700Problemlər ona görə yox olmur ki, hiss edilmir – onlardan danışılmır və hətta xəbərsiz olurlar. Mövcudluqdan istənilən qədər üz çevirə bilərsən – o, varlığını dayandırmır. Nadanlıqda höcət olanlar təəccüblənəcəklər: hə, nə olsun ki?

Artıq bir həftədir ki, dünya başqa gerçəklikdə yaşayır, lakin bunu hiss etmir. O, əvvəlkindən, hətta yaradıcılarının təsvir etdiyi indikindən güclü şəkildə fərqlənir. Ola bilsin, bu, yanılmadır, lakin daha çox özünü aldatmaqdır. Hərçənd motivlər nəticələr qədər önəmli deyil.

 

Palçıqdan xanlığa

 

Söhbət nədən gedir? Keçən həftənin əvvəlində əvvəlcə ABŞ, ardınca AB, sonra isə Güney-Şərqi Asiya ölkələri  İran İslam Respublikasına (İRİ) qarşı sanksiyaları ləğv etdi. O qədər də sensasiya deyil – xüsusən də nəzərə alınsa ki, İİR-lə dünyanın altı dövləti arasında keçən il bağlanmış sazişdə belə də nəzərdə tutulmuşdu. İran sövdələşməsinin təşəbbüsçüsü, ideoloqu və atası – ABŞ prezidenti Barak Obamaəmindir ki, ABŞ-ı Yaxın Şərqdə yeni müharibədən, bölgəni isə hərbi qarşıdurma xaosundan, dünyanı isə əlində nüvə bombası olan ayətullahlardan xilas edib.

Saziş əleyhdarlarının motivləri əsasən İsrailin mövqeyi kimi məlumdur, çünki o, aydın şəkildə və hamıdan bərk danışırdı. Lakin ədalət naminə əleyhdarların sırasına aparıcı ərəb ölkələrini və Amerika senator və konqresmenlərinin əksəriyyətini aid etmək lazımdır – parlamentarilərin müqaviləni ratifikasiya etməkdən imtinasına prtezidentin vetosunu önləməyə cəmi bir neçə səs çatmadı.

Bütün bunların artıq heç bir mənası yoxdur, iş görülüb, sövdə baş tutub, sanksiyalar götürülüb. Və İran – hələ bu yaxınlaradək didərgin, demək olar, müflis ölkə, klerikal müstəbid, beynəlxalq terrorizmin baş sponsoru, İslam inqilabı ixracatçısı və şiə ekspansiyasının yayıcısı – dünya birliyinin təkcə tamhüquqlu üzvünə deyil, ən arzuedilən ticarət tərəfdaşına, ən perspektivli yatırım obyektinə, neft-qaz bazarında mühüm oyunçuya, ən böyük silah və qabaqcıl texnologiyalar  idxalatçısına çevrildi.

 

Aldanışın səbəbi – özünüaldatma

 

Yaxın Şərqdə inanmırlar ki, İran nüvə silahı əld etmək cəhdlərindən əl çəkəcək, sazişin tələbləri isə onu əldə etməyi əngəlləyəcək. Qərbli danışıq aparanlar nəyin bahasına olursa-olsun, saziş bağlamağa cəhd edib tamamilə xəyali nəzarət şərtlərinə razılaşıb özlərini aldatmağa icazə verdilər. Məsələn, İran beynəlxalq müfəttişləri ən məxfi nüvə obyektinə – Parçinə buraxmaqdan imtina etdi. Oradakı işlərin gedişi (yəni orada silah istehsal edilib-edilmədiyi) haqda hesabatları iranlıların özləri tərtib edəcəklər. Məlumdur – ən yaxşı nəzarətçi vicdandır.

İranlıların MAQATE müfəttişlərini buraxacağı obyektlərin yoxlanması haqda 24 gün öncə məlumat verilməlidir. Tamamilə inək olmaq lazımdır ki, bu müddətdə bütün izlər itirilməsin və daha çox inək olmaq gərəkdir ki, bu qayda ilə guya nəyisə aşkarlamağa inanasan. Yəni bütün bunlar nəzarət deyil, vur-tut formal yamsılamadır. İranlılar nüvə silahının hazırlanması və istehsalını dayandırmaq, Qərb ekspertləri isə İranda nüvə silahının istehsal edilib-edilmədiyinə nəzarət görüntüsü yaradacaqlar. Uydurmadır. Sazişin nüvə silahını əldə etməyi əngəlləyəcəyi kimi.

Çoxdan məlumdur ki, İran bomba üçün yetərincə informasiya və texnologiya sahibidir. Məsələ bunda yox, lazımi gücdə döyüş başlıqları və etibarlı çatdırılma vasitələri, yəni raketlərin yaradılmasındadır. İsrailin keçmiş xarici işlər naziri Aviqdor Liberman əmindir ki, Tehranın planı elə bundan ibarətdir:döyüş başlıqları yaradılmasının bir addımlığında dayanıb sazişin şərtləri ilə heç cür məhdudlaşdırılmayan raket proqramnı zəruri səviyyəyə çatdırmaq, sonra isə heç kimdən icazə almadan nüvə silahının yaradılmasını başa vurmaq.

 

Varlı Buratino hamıya çox xoşdur

 

İran keçən həftənin əvvəlindən ən böyük ehtiyatla azad pul sahibi oldu və onun miqdarı ancaq artacaq. İran avuarlarının donu açıldı – müxtəlif dəyərləndirmələrə görə, 50 milyard dollardan 100 milyarda qədər. Sanksiyalar müddətində ehtiyat anbarlara doldurulmuş neft tezliklə bazarlara axışacaq. İran iqtisadi blokadaya qədər təkcə neftdən ildə 200 milyard dollara yaxın qazanırdı. Hətta yanacaq qiymətlərinin düşməsi nəzərə alınmaqla Tehranın bu sahədə zəngi perspektivləri var. İranlılar neft hasilatını kəskin şəkildə artırmaq niyyətini açıqlayırlar. Yeni, zəngin neft yataqları blokada illərində konservləşdirilib. İndi dünyanın ən böyük şirkətləri onların işlənməsi uğrunda mübarizə aparır. Dünyanın hər yerindən adlı-sanlı carçılar Tehranı təngə gətiriblər. Bu günlərdə ÇXR sədri Si Szinpin İran paytaxtına səfər etdi və yaxın onilliklərdə ticarət dövriyyəsinin 600 milyard dollaradək genişləndirilməsi haqda İran prezidenti Həsən Ruhani ilə razılığa gəldi. Rusiyanın hərbi tədarükünün həcmi elan edilmir, lakin söhbət HHQ və HHM qüvvələrinin yenidən silahlandırılmasından gedirsə, onun tərtibini təsəvvür etmək olar. Lakin mülki aviasiya parkının yenidən təchizat miqyasları məlumdur: İran artıq avropalı istehsalçılardan 114 “Aerobus” və amerikalılardan 100 “Boinq” alqısı haqda açıqlama verib.

Sonuncu məlumat təkcə iranlıların maliyyə imkanlarından deyil, həm də bəsirətli hesablamasından xəbər verir. Sazişin məhdudlaşdırıcı şərtlərini İranın qəflətən pozmağa cürət edəcəyi halda sanksiyaların ləngimədən dönəcəyi haqda  bütün söz-söhbət indi artıq tamamilə əsassızdır: heç kim bu cür nəhəng müqavilələri – on milyardlarla dolları və ABŞ-da, Avropada on minlərlə iş yerini  qurban verməyi özünə rəva bilməz. Berlə çıxır ki, sanksiyaların ləğv edilməsi artıq həmişəlikdir. İranın dünya biznes cəmiyyətindəki favorit rolu və bölgəsəl hegemonluğu isə uzun müddətədir.

 

Cəhənnəm üçün xeyirxah niyyətlər

 

Bunun İsrailə niyə xoş gəlmədiyi aydındır. İran yəhudi dövləti üçün bir nömrəli düşmən, İslam və konkret  olaraq antiisrail terrorunun baş sponsorudur. “İsraili yerüzündən silmək”, “Xərçəng şişi kimi Yaxın Şərqin bədənindən uzaqlaşdırmaq” vədləri İranın ağzından açıqca və dəfələrlə səslənib. Lakin İsrail İran nüvə silahının nə ən əlçatan, nə də ən birinci hədəfi olacaq. Yəhudi dövlətinə İrandan qaynaqlanan təhlükə artıq onun sərhədlərindədir. Bu, Livanda, indi isə artıq Suriyada  “Hizbullah”, “Cihadi-İslam” və güneydə HƏMAS-dır. İran onları saxlayır, silahla təmin edir (məsələn, “Hizbullah”ın raket cəbbəxanası dünaynın əksər ölkələrindəkindən böyükdür), yaraqlılara təlim keçir.

Terrorla mübarizənin bir nömərli vəzifə kimi onu maliyyyələşdirilməsi qaynaqlarının bağlanması ilə əlaqələndirildiyi İsraildə terrorun baş sponsorunun – İranın nəhəng maliyyə imkanlarının artmasında həlledici təhlükə görürlər. Buna görə də, İsrailin baxışına görə, İranın pulu nə qədər çox olsa, terror da bir o qədər çoxalacaq.

Hətta ABŞ dövlət katibi Con Kerri keçən həftə Davosda etiraf etdi ki, böyük ehtimalla, sanksyaların ləğvi terrorun maliyyələşdirilməsini artıracaq. Hansımız sonrakı ağılla güclü deyilik? İsraildəki danışıqlarda  ona bu haqda elə hey təkrar edərkən yalnız boyun qaçırdırdı.

Lakin İranın dramatik sövdələşmə nəticəsində baş verən maliyyə, siyasi və yekunda hərbi güclənməsi müsəlmanların əksəriyyətini təşkil edən sünnilər üçün ölçüyəgəlməz dərəcədə böyük təhlükə təşkl edir. İranla Səudiyyə Ərəbistanı – ərəb Şərqinin və sünni dünyasının aparıcı ölkəsi – arasında hərbi sahə daxil olmaqla bütün cəbhələrdə qarşdurma yaranıb. Bu, İslamda qarşılıqlı mübarizə aparan istiqamətlərin iki başlıca dövlətinin birbaşa toqquşmasında deyil, hələlik periferiya müharibələrində təzahür edir. Lakin İran sürətli yüksəlişin və gələcək iqtisadi tərəqqinin yalnız başlanğıcındadr.

 

“Daha bir hibrid müharibə olacaq”

 

Ayətullah rejimi hətta iqtisadi blokada dövründə Səudiyyə Ərəbistanının şərq əyalətlərində, Yəməndə, Suriyada şiə üsyanlarının qızışdırılmasına güc və vəsait tapırdısa (2014-cü ildə təkcə Suriyada Əsədin ələvi rejiminə dəstək İrana 24 milyard dollara başa gəldi), keçən həftənnin əvvəlindən İran üçün həqiqətən də bərəkətli illər başladıqdan sonra necə fəallıq və səxavət göstərəcəyini təsəvvür etmək mümkündür.

İslamdaxili cəbhənin o biri tərəfində də – Səudiyyə Ərəbistanında quzuların və yoxsulların deyil, daha iddialı və ideologiyaca motivləşdirilmiş islamçı-sünnilərin olduğunu  nəzərə alsaq, onların arasında barışıq gözləməyinə dəyməz, müharibə isə yaxınlarda baş verəcək. Səudlar şiə ayətullahlarında nüvə silahı olduğunun ilk əlaməti zamanı öz sünni bombalarının əldə edilməsinə can atacaqlar. Ancaq sezmək qalır ki, kiminki nə vaxt və birinci partlayacaq.

Keçən həftənin əvvəlindən meydana çıxmış gerçəklik bu cürdür və hələlik heç kim təkcə onun öhdəsindən gəlməkdən deyil, həm də onun varlığından xəbərsizdir. Əlbəttə, burada İranla “göyərçin” sazişi bağlayanın özünə hesabat verməyi lazım idi. Lakin sülhə tərk-silah səyi öncəgörmə və özünümühafizə qabiliyyətini susdurdu. Deyirlər ki, “Sülh istəyirsənsə, müharibəyə hazırlaş”. Demək lazımdır: “Hədsiz dərəcədə sülh istəsən, müharibə qazanacaqsan”.

Liberman Qərbin İranla sazişini Avropa dövlətlərinin Hitlerlə 1938-ci il Münhen sövdələşməsinin birbaşa təkrarı sayır və bu xüsusda Çerçilin peyğəmbəranə sözlərini xatırladır: “Müharibə ilə üzqarası arasında üzqarasını seçən kəs həm üzqarası, həm də müharibə qazanır”.

Üzqarası artıq var, müharibə isə olacaq.

 

Vladimir Beyder (Yerusəlim)

Rosbalt.ru (Rusiya), 29.01.2016




Yuxarı Əvvələ Ana Səhifə