XƏBƏR LENTİ

24 Oktyabr 2020
23 Oktyabr 2020

Digər Xəbərlər

15 Avqust 2018 - 14:39

Amerika eksperti:“Türkiyə kimi önəmli müttəfiqi itirmək Qərbə çox baha başa gələcək, onu təcili AB-yə qəbul etmək lazımdır” – Təhlil

Fadi Hakura

CNN (ABŞ), 14.08.2018

 

Türkiyənin milli valyutası lirə bu ilin əvvəlindən dollara nisbətdə, demək olar, 40% düşüb. ABŞ prezidenti Donald Tramp Türkiyədə ev dustağı olan və terrorimzdə ittiham edilən Əndryu Bransonu Türkiyənin azad etməkdən imtinasına cavab olaraq Türkiyədən polad və alüminium idxalına rüsumu iki dəfə artırmağı bəyənəndə iki ölkə arasındakı münasibətlər xeyli pisləşib.  Türkiyə prezidenti Rəcəb Tayib Ərdoğan həm maliyyə bazarlarına, həm də ABŞ-a həmlələrə üstünlük verərək ənənəvi pul-kredit və vergi-büdcə prinsiplərinin tətbiqi tələblərinə hələlik uymur.

O, Türkiyənin siyasi və iqtisadi uğurlarını məhv etmək məqsədilə dünya sui-qəsdinin varlığından danışır.

Hələlik ölkə daxilində onun populyarlığı artır, çünki Türkiyə əhalisnin xeyli qisminin antiamerika əhvali-ruhiyyəsindən (və sui-qəsd nəzəriyyəsinə inanmağa hazır olmaqdan) yararlanır.

Ərdoğanın Türkiyədə iqtisadi böhrana sərt reaksiyası və barışmaz mövqeyi Argentina prezidenti Maurisio Makrinin bazar mövqeyindənsə daha çox Venesuela prezidenti Nikolas Maduronun mövqeyini yada salır.

Amma hər şeyə əsasən, Türkiyə Argentinadan fərqli olaraq maliyyə iflasından yayınmaq üçün nə Beynəlxalq Valyuta Fonduna müraciət etmək, nə də Vaşinqtonla münasibətləri yoluna qoymaq niyyətindədir. İstənilən halda, görünür, Türkiyə prezidenti ABŞ-a və kürəsəl maliyyə bazarlarına qarşı getdikcə daha fəal və qətiyyətlə çıxış edir.

Hər ehtimala əsasən, atəşkəs elan edilməsə, Türkiyə Nyu-York, London, Sinqapur və başqa maliyyə qalaları ilə istənilən savaşı uduzur. Lirənin çöküşü isə Türkiyə üçün maliyyə-iqtisadiyyat böhranına dönüşəcək. Hər ehtimala görə, baş verən hadisələr inkişaf etdikcə Ərdoğanın populyarlığına – hətta onun ən sadiq ideoloji tərəfdarlarına da – mənfi təsir edəcək və nəticədə siyasi sabitsizliyə gətirəcək.

Amma bu prosesin nəticəsi çox çəkəcək, sürəkli və qəliz olacaq ki, bu da siyasətə hərbi müdaxiləyə şərait yarada və Türkiyə hüdudlarından kənarda ağır nəticələrə səbəb ola bilər.

Yəqin ki, Türkiyə daha ABŞ-a etibarlı tərəfdaş və strateji müttəfiq kimi yanaşmayacaq.

Ölkəyə kimin rəhbərlik edəcəyindən asılı olmayaraq, çox ehtimal ki, sındırılmış Türkiyə ağırlıq mərkəzini Qərbdən Rusiya, İran və Avrasiyaya sarı keçirməyə can atacaq.

Türkiyə bu üzdən ABŞ və Avropanın Yaxın Şərqdəki hədəflərinə daha az uyğun gələcək, deməli, təhlükəsizlik və müdafiə sahəsində daha müstəqil siyasət yürütmək hüququnu qorumağa səy edəcək.

O hətta fövqəladə durumlarda NATO-dan çıxmaq və AB ilə gömrük ittifaqında üzvlüyü dayandırmaq və yaxud onun şərtlərinin radikal şəkildə dəyişilməsi haqda düşünə bilər.

Ən pisi baş versə və siyasi-iqtisadi sarsıntılar nəticəsində Türkiyə kimi geopolitik önəmli ölkə viran qalsa və dağılsa, hadisələrin inkişafınınn mümkün bütün ssenarilərini nəzərə almaq lazım gələcək.

Potensial fəlakətli nəticə nəzərə alınmaqla maliyyə fəlakətinin nəticələrinin yumşaldılması və Türkiyənin Qərb normaları və instututlarından uzaqlaşmaması üçün iddialı zərf hazırlamaq Qərb üçün olduqca səmərəli olardı.

İslahatların liberallaşdırılmasına təkan vermək üçün Türkiyənin AB-yə girmək səylərini təcili qaydada dirçəltmək gərəkdir. Əks halda bu cür önəmli ölkənin simasında müttəfiqin itirilməsi Qərbə olduqca baha başa gələcək.

Tərcümə Strateq.az-ındır.




Yuxarı Əvvələ Ana Səhifə