XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

01 Fevral 2016 - 11:05

 Akademik Cəlal Əliyevin vəfat etməsitəsdiqləndi

celaleliyev-1Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Rəyasət Heyətinin üzvü, AMEA-nın həqiqi üzvü, biologiya elmləri doktoru Cəlal Əlirza oğlu Əliyev dünyasını dəyişib.

AMEA-dan “Report”a verilən məlumata görə, akademik uzun sürən xəstəlikdən sonra 87 yaşında evində vəfat edib.

C.Əliyevlə vida mərasimi bu gün saat 14.00-da AMEA-nın əsas binasında olacaq. Artıq bununla bağlı binada hazırlıq işlərinə başlanılıb.

Strateq.az-ın akademikə yaxın çevrələrdən daxil olan məlumata görə, Cəlal Əliyev bu saat 4-5 arasında vəfat edib. Məlumatda bildirilir ki, akademiki yatırıldığı Mərkəzi klinikada bütün tibbi müdaxilələrə rəğmən, həyatda saxlamağın mümlkün olmayacağı anlaşılıb və o, öz evinə aparılıb.

Cəlal Əliyevin yüksək qan təzyiqindən dünyasını dəyişdiyi bildirilir.

Allah rəhmət eləsin.