XƏBƏR LENTİ

22 Sentyabr 2020
21 Sentyabr 2020

Digər Xəbərlər

24 Avqust 2018 - 17:27

PAŞİNYANIN “KEÇİD ƏDLİYYƏSİ” NƏYƏ HESABLANIB? –Baş nazir həbsdən çıxan Koçaryanın siyasətə qayıdışına sədd çəkir – TƏHLİL

Simon Qaraxanyan

regnum.ru, 24.08.2018

 

Ermənistanda inqilab adlandırılması qəbul edilən hakimiyyət dəyişikliyindən sonra hakimiyyətin Ermənistandakı sayaq seçkilər nəticəsində dəyşilmədiyi ölkələrdəki kimi, yeni hökumət baş nazirin başçılığı ilə artıq ənənəyə çevrilmiş üsullardan yararlanmağı qət edib. Söhbət, hər şeyə əsasən, Ermənistanın yeni hökumətinin vəd etdiyi böyük dəyişikliklərə tərəfdarların ümidlərini dəstəkləməkdə əlavə imkanlar rolunu oynamağa nəzərdə tutulan keçid ədliyyəsindən gedir.

Keçid ədliyyəsinin yaradılması ehtimalını baş nazir Nikol Paşinyan səsləndirib. O, bunu məhkəmələrin və hakimlərin (inqilabdan sonra) arası kəsilməyən “keçmiş hökumətdən əmr almaq” kimi murdar praktikasına məcburi tədbir kimi təqdim edib.

Yeri gəlmişkən, baş nazir Paşinyanın keçid ədliyyəsi qurumları yaratmaq hədəsi keçmiş prezident Robert Koçaryanın həbsini ləğv edən Apellyasiya Məhkəməsinin qərarının ardınca gəlib.

R.Koçaryan ölkədə on il qabaq prezident seçkilərinin nəticələrindən narazılıqdan törəmiş iğtişaşları boğmaq üçün ordudan istifadə etməkdə  ittiham olunur. O zaman on nəfər – həm nümayişçilər, həm də hüquq-mühafizə qurumlarının təmsilçiləri həlak olub, “1 Mart” işi isə belə də açılmayıb.

Keçid ədliyyəsi haqda bəyanata məhz nəyin səbəb olduğu məlum deyil, amma bir şey aydındır: bu sistem tətbiq üçün, sadəcə, şəraitin olmadığı səbəbindən Ermənistana uyğun işləməyəcək.

Keçid ədalət məhkəməsi, keçid ədliyyəsi və ya keçid dövrünün ədliyyəsi daha çox insan haqlarının tapdalandığı münaqişəli və münaqişəsonrası mühitdə qarşılıqlı mübarizə aparan müxtəlif qruplar arasında inamı bərpa etmək məqsədilə tətbiq olunur.

Bəs bizim nəyimiz var? Hakimiyyətin baxımından korrupsiyaya və ölkənin keçmiş rəhbərliyi ilə əlaqələrə bulaşmış məhkəmə orqanları, siyasətçilər, məmurlar və onların çox da anlaşılmayan üsullarla sərvət toplamış qohumları göz qabağındadır. İnqilabi hökumətin bildirdiyinə görə, o, məhz bu hadisələrlə mübarizə aparacaq. Amma Nikol Paşinyanın həm bəyanatları, həm də fəaliyyəti ölkəyə böyük addımlarla gələn lüstrasiyadan xəbər verdiyi halda, o, niyə keçid ədliyyəsindən danışır? Çox ehtimal ki, Ermənistanda lüstrasiyanın yanlış olaraq nə zamansa KQB ilə əməkdaşlıq edənlərin hakimiyyətdə olmasının yasağı kimi qavranıldığna görə.

Aydındır ki, “ərəb baharı”nın bu yaxınlarda toxunduğu öklkələrdə sovetsayağı içmənasız lüstrasiya hamıya məlum deyil. Onların bəzilərində keçmiş hökumət təmsilçilərinin yüksək vəzifə tutması qadağan olunub. Xüsusən də artıq ilk siqnallar daxil olduğundan, bu ssenari Ermənistanda da mümkündür. Keçmiş prezident, istintaq altında olan Robert Koçaryan “ölkədə belə bir şeyin baş verdiyi vaxtda bir qıraqda otura bilməyəcəyi”ni bildirəndən sonra Nikol Paşinyan prezidentin siyasətə qayıdış imkanını istisna edib. O, bundan bir neçə gün əvvəl bildirib ki, “1 mart işi üzrə bütün günahkarlar həbsdə oturacaqlar”.

Baş nazir öz bəyanatları ilə Robert Koçaryana basqı göstərir və siyasətlə məşğul olmasına faktiki əngəl olur.

Bu, hər şeyə əsasən, qüvvə toplayacaq lüstrasiya müjdəsindən başqa bir şey deyil. Lüstrasiyanın isə bütün hüquqi normalara əməl edilməklə keçib-keçməyəcəyi və yaxud siyasi haqq-hesab çürütməyə dönüşüb-dönüşməyəcəyi, bəlkə də, Liviyadakı kimi vətəndaş müharibəsinə gətirəcəyi bu sözün bütün məınasında gənc hökumətin siyasi yetkinliyindən asılıdır. Belə şəraitdə isə fövqəlməhkəmələrə lap az qalır.

Tərcümə Strateq.az-ındır.




Yuxarı Əvvələ Ana Səhifə