XƏBƏR LENTİ

22 Sentyabr 2020

Digər Xəbərlər

25 Avqust 2018 - 11:10

DÜNYA ÖLKƏLƏRİ ABŞ DOLLARINA QARŞI CƏBHƏ QURUR:Tramp "Mersedes"ləri Nyu-Yorkdan yığa biləcəkmi? - TƏHLİL

Güneş (Türkiyə), 24.08.2018

 

ABŞ-ın öz valyutasından kürəsəl təhdid aləti kimi yararlanması dünyada dollara inamı sarsıdıb. Alternativ hesablaşma vəsaiti planı hazırlayan ölkələr yeni beynəlxalq ödəniş sistemi yaratmaq haqda niyyətlərini bəyan ediblər. ABŞ prezidenti Donald Trampın dolları kürəsəl şantaj alətinə çevirməsi faktı dünyanı hövsələdən çıxardıb. Onun hər şeydən qabaq Çin, Rusiya və Türkiyə barəsində tətbiq etdiyi sanksiyalar üzündən bu ölkələr dollara alternativ axtarışını sürətləndirib.

 

Yeni sistem yaradılmalıdır

 

İrana görə Avropanın üzərinə qalxışan Tramp AB-nin gələcəyini də təhlükəyə düçar edib. AB-nin xarici biznesi İrandan çıxarmaqda ABŞ-ın tələbinin cavabında bölgədə öz şirkətlərini bağlamaq istəməməsi iqtisadi gərginliyi tədricən çoxaldır. Almaniya xarici işlər naziri Hayko Maas bu mövzuda bəyanat verərək qeyd edib: “Avropa İranla nüvə sazişini xilas etmək istəyirsə, Amerikadan asılı olmayan ödəniş sistemi yaratmaq lazımdır”.

Alman nazir habelə İranla nüvə sazişini saxlamaq mümkün olmazsa, bölgəni gözləyən ssenariyə də toxunub: “Yaxın Şərqi partlayış təhlükəli böhran gözləyir”.

RF Dövlət Duması maliyyə bazarı üzrə komitənin sədri Anatoli Aksakov isə qeyd edib ki, dollardan basqı üsulu kimi yararlanmaq yeni beynəlxalq valyutanın yaranmasına səbəb olacaq. Aksakov yada salıb ki, dollar 1944-də “dünya valyutası” statusu qazanıb. O zaman bir çox başqa ölkələrin valyutaları sabit dolların fonunda dəyərdən düşüb. Aksakov söyləyib ki, BRHÇC ölkələri yeni valyutanın yaradılması imkanlarını müzakirə edir. Aksakov diqqəti yönəldib ki, BRHÇC-ə üzv ölkələr dünya əhalisinin yarısını və dünya sənayesinin 30%-ni təşkil edir. “Alternativ valyuta yaradılması prosesi beş ilə başa çata bilər, – o, qeyd edib. – ABŞ dollardan istifadə məsələsində basqını daha çox gücləndirərsə, onda başqa ölkələr dollarla ödəniş etməyəcək”.

 

BRHÇC nədir?

 

BRHÇC – Braziliya, Rusiya, Hindistan, Çin və CAR-ın üzv olduğu əməkdaşlıq platforması kimi qurulub. BRHÇC-in keçirilən son sammiti bu il iyulun 25-27-də CAR-da baş tutub. Prezident Rəcəb Tayib Ərdoğanın özəl qonaq kimi qatıldığı 10-cu BRHÇC sammitində ölkələr bir-birilə hesablaşmaq üçün yeni valyutanın yaradılması ehtimalını da müzakirə edib.

 

Merkeli cinləndirəcək qərar

 

Dollar şantajıyla başqa ölkələrin iqtisadiyyatına zərbə vurmağa səy göstərən Tramp ticarət savaşında da yeni cəbhələr açmağı davam etdirir. Alman avtomobil istehsalçılarının Amerika bazarında iştirakından özəl rahatsız olan Amerika lideri əvvəllər təhdid eyhamı vurduğu əlavə gömrük rüsumları haqda qərarı qüvvəyə mindirib: “Mən “Mersedes”ləri Nyu-Yorkun küçələrindən siləcəyəm”.

Tramp bildirib ki, AB-dən ABŞ-a gətirilən bütün avtomobillərə əlavə 26% gömrük rüsumu qoyulacaq.

 

Tərcümə Strateq.az-ındır.




Yuxarı Əvvələ Ana Səhifə