XƏBƏR LENTİ

18 Yanvar 2021

Digər Xəbərlər

02 Fevral 2016 - 02:19

Qərb Putinə qarşı kompromat savaşının yeni mərhələsini başlatdı:Qızının gizli həyatı (FOTOLAR)

putine-qarshi-aksiya«The New Times» qəzetində Rusiya prezidenti Vladimir Putinin böyük qızı Mariya ilə bağlı maraqlı araşdırma dərc olunub.

Qəzet yazır ki, Mariya 2006-2011-ci illərdə Moskva Dövlət Universitetinin tibb fakültəsində təhsil alıb.Həmin illərdə o, soyadını Vorontsova kimi göstərib. Mariya Putinanın sənədlərdə daha 4 soyaddan istifadə etdiyi qeyd olunur.

Moskva Dövlət Universitetini qırmızı diplomla başa vurduqdan sonra Mariya Rusiya Səhiyyə Nazirliyinin nəzdindəki Endokrinoloji Elmi Mərkəzdə aspiranturaya daxil olub. Onun mərkəzdəki elmi rəhbəri akademik İvan Dedov olub. Hazırda M.Putina holland iş adamı Yorrit Faassenlə evlidir və onun soyadını daşıyır.

Faassen 2007-ci ildən «Qazprom»da biznesin inkişafı üzrə  direktor vəzifəsini tutub. Şirkətdən uzaqlaşandan sonra onun konsaltinq sahəsində işlədiyi bildirilir.

«The New Times»ın yazdığına görə, Mariya Faassen hazırda Moskvada – Novinski bulvarı ərazisində yaşayır. Onun evi ABŞ-ın Moskvadakı səfirliyinin yerləşdiyi məhəllədə – 7 mərtəbəli binadadır: «Bina sakinlərinin dediyinə görə, gənc sarışın binaya köçəndən sonra giriş-çıxışa nəzarət gücləndirilib.

Mariya evə CİP-də mühafizəçilərin əhatəsində gəlir. Kifayət qədər təminatlı həyat tərzi var. Çoxlu səyahət edir, bahalı yaxtalarda gəzir və xaricdən müəllimlər tutur.

Mariyanın bir qızı var. Özü hazırda tibb elmləri namizədidir. Elmi mərkəzdəki işi ilə yanaşı, Mariya həm də “Alfa-Endo” xeyriyyə layihəsində aktiv iştirak edir.

Layihə əsasında gndokrin sistemində problem olan uşaqlara yardım edilir. O, həm də «Gələcəyin həkimi» tələbə klubunda mühazirələr oxuyur. Tələbələrə mühazirələr zamanı Mariyanı telefona çəkməklə bağlı qadağa qoyulub».

Qeyd edək ki, bir müddət əvvəl Britaniyanın «Mirror» qəzeti də Mariya Putinadan yazmışdı. Yazıda qeyd olunurdu ki, Putinin qızı Hollandiyadakı 2,5 milyonluq evdə yaşayır.

Bunu rəsmi sübut edən yeganə fakt isə onun holland Yorit Faasslə nikahda olmasıdır(azadliq.info).

 




Yuxarı Əvvələ Ana Səhifə