XƏBƏR LENTİ

01 Dekabr 2020
30 Noyabr 2020

Digər Xəbərlər

02 Fevral 2016 - 12:01

ABŞ-ın terror savaşını Mərkəzi Asiyaya keçirmək istəyinin daha bir sirri –Əfqanıstandakı qaz yataqları

terror-00ABŞ və Avropa qaz sahəsində Rusiyaya qarşı sanksiyaları saxlayır və eyni zamanda İran üzərindən uzunmüddətli embarqonu götürür, bu qayda ilə dünyanın energetika bazarları uğrunda bu iki ölkənin sərt mübarizəsinə təkan verir. İndiyədək bir-birinə səmimi inamsızlıq bəsləmiş və məcburi əməkdaşlığı saxlamış, ümumi ağrının – Qərb hökmranlığının qurbanı olmağın birləşdirdiyi iki dövlət üçün xoşagəlməz durumdur. Lakin Rusiyanın rahatsız olacağı heç nə yoxdur. İran təbii qaz ehtiyatlarına görə, dünyada birinci yeri tutsa da (ümumi ehtiyatın 18%-i), sıradakı səbəblərə görə qısamüddətli perspektivdə Rusiya ilə rəqabət apara bilməz:

– İranda “mavi qızıl” istehsalının aşağı həcmi: 2014-cü ildə 172,6 milyard kubmetr;

– Yüksək daxili tələbat İranı hər il Türkmənistandan daha 10 milyard kubmetr qaz idxal etməyə məcbur edir;

– Dünya qaz ticarətində Tehranın önəmsiz payı: ümumi həcmin, vur-tut, 1%-i;

– Köhnəlmiş maddi baza. Avadanlığın təzələnməsi və yeni qaz kəmərlərinin çəkilişi üçün İrana 100 milyard dollardan az olmayaraq xarici yatırım tələb olunur;

– İran qazının 60%-nin hasilatı ilə bağlı çətinliklər. Bu həcm Fars körfəzi sularındakı dünyanın ən böyük Güney Fars yatağındadır. Rusiyanın hər iki qaz nəhəngi – QazpromLukoyl məhz burada işləyir.Tehran Avropaya “mavi yanacaq” tədarükü üçün İran-İraq-Suriya qaz kəmərinin çəkilişini planlaşdırırdı və Səudiyyə Ərəbistanı, İsrail və NATO-nun Suriyaya qarşı müharibəsinin səbəblərindən biri bu planın gerçəkləşməsini əngəlləməkdir.

– İran qazının Bəhreyn, Oman, Küveyt, İraq, Pakistan və ya Hindistan kimi potensial alıcılarının Tehranla əməkdaşlıq layihəsini dondurması üçün ABŞ, Səudiyyə Ərəbistanı və İsrailin basqısı.

 

Rəqiblərin əməkdaşlığı

 

Qaz sahəsində Rusiya-İran əməkdaşlığı 1971-ci ildə Azərbaycan Sovet Sosialist Respublikasına qaz tədarük etmək üçün Sovet İttifaqı Astaradan İranın ilk qaz kəmərini çəkəndə başlanıb. Bir neçə onillik ərzində hər iki ölkə gözlənilməz siyasi sistem metamorfozlarına uğradıqdan sonra Tehran və Moskva bütövlükdə dünyanın qaz ehtiyatının 62%-nin sahibi olan 18 ixracatçı ölkənin Forumunu (QİÖF) yaratdı. QİÖF iştiraksçıları dünya energetika bazarlarına təsir edə bilən qiymətlər təyin edir və öz strategiyalarını əlaqələndirir. Məsələn, onlar Xəzər dənizinin dibindəki nəhəng karbohidrogen xammalı ehtiyatları haqda mübahisələri dondurdular. Rusiya və İran qaz ehtiyatlarına görə, dünyada dördüncü yeri tutan Türkmənistanı Azərtbaycan vasitəsilə Avropa ilə birləşdirməli olan Xəzər dənizinin dibindən keçəcək Transxəzər qaz kəmərinin inşası layihəsinin gerçəkləşməsinə mane olmaq üçün səylərini birləşdirdi. Rəsmi səbəb: “Xəzər dənizinin hüquqi statusu müəyyən edilməyib”.

 

Avropa uğrunda mübarizə

 

Avropanı qaz alıcısı qismində əldə etmək İslam Respublikası üçün təkcə xeyli avro qazanmaq imkanını deyil, həm də öz milli təhlükəsizliyini təmin etməyi ifadə edir. Lakin bunun üçün iranlıların ciddi əngəlləri aşmağı lazımdır, yəni:

1. Türkiyə ərazisindən qaz kəməri çəkmək imkanı əldə etmək. Türkiyənin Rusiya qazından asılılığı və Ərdoğanın antirusiya həmlələri – məsələn, Rusiya “Su-24”-nün məhv edilməsi ilə bağlı insident – şəraitində Vladimir Putinin bu ölkəyə qarşı qoyduğu sanksiyalar qaz tədarükünə toxunmur. Bundan başqa, İran nüfuzunun yeridilməsi Türkiyənin marağında deyil, məhz əksinədir: türklər İranın İraq və Suriyada nüfuz dairəsinin genişlənməsinə mane olmaq üçün Səudiyyə Ərəbistanı ilə strateji alyansa girdilər. Rusiya təyyarəsi məhz Putinin 2015-ci il noyabrın 24-də Tehran səfərinin sabahı günü vuruldu. İranlılar bu səfəri “İslam Respublikasının tarixində ən önəmli səfər” adlandırdılar. İki ölkənin liderləri İran paytaxtında həm Suriyada, həm də dünya qaz bazarlarında vahid strategiyanı müzakirə etdilər. İndi türk lider təlaş içində Qətərdə, Türkmənistanda və hətta Azərbaycanda qaz tədarükçüsü axtarmalı olur, çünki iranlılar texniki imkansızlıq bəhanəsilə bundan imtina etdilər.

2. Azərbaycanın Avropaya gedən qaz kəmərindən istifadə yolunu tapmaq. Bu, öyrənilə bilən məsələdir.

3. Avropaya sıxılmış təbii qaz tədarük etmək və bu qayda ilə yanacağın qaz kəmərləri ilə vurulmasına görə problemlərdən yayınmaq üçün infrastrukturun və avadanlıqların modernləşdirilməsini sürətləndirməyə cəhd etmək.

Hələlik bunlar baş tutmadığından Tehran öz qazını Çinin hazırladığı yeni İpək yolunun keçdiyi Fars körfəzindəki strateji Çahbihar limanında satmağı planlaşdırır. Həmçinin xüsusən də Yaxın Şərqdə və Asiyada qaz qovşağı yaratmaqla qaz tədarükü üzrə bölgə liderinə çevrilmək strategiyasını nəzərə çatdırmağı.

Moskva da dala qalmır: artıq 2030-cu ilə doğru “mavi qızıl” hasilatını 40%-ə çatdırmağı və həm də Asiya bazarını fəth etmək məqsədini elan edib. Və İran üçün əsil zərbə: Rusiya Türkmənistan-Əfqanıstan-Pakistan-Hindistan qaz kəməri layihəsinə (TAPİ) girişir. O layihə ki, NATO-nun Əfqanıstanı işğal etməyinin əsas səbəblərindən biridir.

Beləliklə, İranın bölgədə geopolitik mövqelərinin gücləndirəsi, lakin ABŞ-ın səyləri ilə 2009-cu ildə dayandırılan qaz kəmərinin inşası planı alt-üst edildi. Rusiya Nyu-Dehliyə layihəni təzələmək və  maliyyələşdirməyi təklif edib. Rusiya-Çin şirkətləri artıq Əfqanıstanın Sari-Pul əyalətində qaz hasil edir.

Bəlkə, ABŞ məhz buna görə “böhran qövsü”nü Mərkəzi Asiyaya genişləndirir?

İranın enerji resursları ticarətinə qoşulması dünya qaz bazarına yox, neft bazarına təsir edəcək.Lakin Moskva hətta bu durumda da siyasəti dəyişməyi qət etdi: öz qazının ixracatı üçün yeni layihələr, həmçinin yeni yataqların kəşfiyyatı üçün texnologiyalar axtarır. Rusiyalılar xüsusən də Bibliyanın dəniz bədheybəti “Leviafan”ın adı qoyulmuş İsrail qaz yataqlarında kəşfiyyat işlərinə rəhbərlik edir.

Tehran indi seçim qarşısında durub: ya Rusiyanı rəqib, ya qonşusayaq tərəfdaş saymaq – bu onun “möhkəmlik ehtiyatı”dır – ya da Moskvaya BMT Təhlükəsizlik Şurasında ABŞ, İsrail və yaxud Səudiyyə Ərəbistanının İrana qarşı hərbi zərbəsinə mane ola biləsi müttəfiq kimi baxmaq.

Və İran kimi qaz fövqəldövləti Avropada Rusiyanı əvəz edə bilmirsə, İspaniya bunu hansı əsasla etmək istəyir?

 

Nazanin Armanyan

Publico.es (İspaniya), 01.02.2016