XƏBƏR LENTİ

05 Dekabr 2020
04 Dekabr 2020

Digər Xəbərlər

28 Avqust 2018 - 17:34

Azərbaycan iki od arasında:Donald Tramp özünün İran siyasətilə Bakını KTMT-yə itələyir – Təhlil

 

“Московский комсомолец”, 27.08.2018

 

Almaniya kansleri Angela Merkelin Cənubi Qafqaza bu yaxınlardakı səfəri Avropa üçün son dərəcə xoşagəlməz xəbərlə qan qaraldıb: Azərbaycan keçmiş SSRİ respublikalarının Rusiyanın açar rolu oynadığı hərbi bloku KTMT-yə (Kollektiv Təhlükəsizlik Təşkilatı Müqaviləsi) girmək haqda ciddi niyyətdədir. Belə məlumat Azərbaycan KİV-lərində yayılıb. Amma Azərbaycann KTMT-yə daxil olması bu təşkilatın başqa üzvündə – Qarabağa görə Bakıyla münaqişə durumunda olan Ermənistanda mənfi reaksiya doğura bilər.

Əslində, Azərbaycan sovetsonrası dövlətlərin kollektiv təhlükəsizliyinin üzvü olub. Bakı 1993-də sonralar KTMT kimi rəsmiləşən Kollektiv təhlükəsizlik haqda müqaviləyə imza atıb. Ancaq Azərbaycan 1999-da  təşkilatın münaqişələrin həllinə yardım etmədiyi motivləşməsilə Gürcüstanla birgə bu Müqavilədən çıxıb. Bəs Bakı niyə indi KTMT haqda öz mövqeyini dəyişməyi kəsdirib?

Bu, bir sıra amillərlə bağlıdır, –  MDBMİ hərbi-siyasi araşdırmalar Mərkəzinin aparıcı eksperti, siyasi elmlər doktoru  Mixail Aleksandrov “MK”-ya izah edib. – Birinci ən önəmli amil İranla bağlı durumun kəskinləşməsi və onun ABŞ-la hərbi münaqişəsinin başlanma imkanıdır. Bakı bu vəziyyətdə iki od arasında qala bilər. Bir tərəfdən, amerikalılar Əliyevə güclü basqı göstərməyə başlayarlar ki, Azərbaycan ərazisindən, ən azı, əməliyyat meydanı kimi, təxribat-kəşfiyyat fəaliyyəti, İrana qarşı elektron kəşfiyyatından faydalanmaq imkanı versin. Bakı buna razılaşarsa, onda İran cavab verə, hətta Azərbaycan ərazisinə qoşun yeridə bilər. Razılaşmasa, onda ABŞ Əliyev rejiminin qarışdırılamsı üçün fəaliyyətə başlaya bilər. Azərbaycan bu durumda özünün müdafiəsizliyini hiss edib. Axı o, formal olaraq heç bir təhlükəsizlik üzrə təşkilatın üzvü deyil və heç kim onu qorumayacaq. O, əvvəllər özünün “çoxyönlü siyasət”ilə qürrələnə bilərdisə, bu gün bu çoxyönlülük ona tərs üzünü çevirə bilər”.

Ekspertin fikrincə, ikinci amil Ermənistandakı hadisələrdir.

Bu, Paşinyanın hakimiyyətə gəlişi və müxtəlif yönlərdə hansısa təlaşlı fəaliyyətidir. – Aleksandrovv hesab edir. –  Xüsusən də KTMT baş katibi, general Yuri Xaçaturovun həbsi Moskvada fitnəkarlıq kimi qəbul edilib. Bu həm də amerikalı kuratorların məsləhətiylə fitnəkarlıq idi. Keçmiş prezident Koçaryanın həbsi Moskvada əndişə doğurdu ki, RF ilə münasibətlərin inkişafı tərəfdarlarının siyasi “təmizlənməsi” başlanacaq. Moskvanın gözündə Ermənistanın mövqeyi açıqca zəifləyib. Bakı durumdan faydalanmaq və KTMT-yə daxil olmaq mövzusunda zəmini yoxlamaq qərarına gəlib”.

Aleksandrovun fikrincə, üçüncü amil Xəzər dənizinin hüquqi statusu haqda Konvensiyanın imzalanmasıdır: “Bu göstərdi ki, RF qonşuların maraqlarını nəzərə alaraq bölgədə müsbət, sabitləşdirici lider kimi çıxış edir”.

-Ermənistan KTMT-dədirsə, Azərbaycan ora necə daxil ola bilər?

-Bəs bunu Ermənistandan başqa KTMT-nin bütün üzvləri dəstəkləsə? Elə bir durum meydana çıxa bilər ki, onun fikriylə sadəcə, hesablaşmağa başlamayacaqlar. Ya da Ermənistan təşkilatdan çıxacaq. RF-yə hansı variantın sərfəli olduğunu ölçüb-biçmək lazımdır. Amma Ermənistan Bakının KTMT-yə qoşulması kartını savadlı oynaya bilər. Öz şərtlərini irəli sürərək. Məsələn, Azərbaycan tərəfdən iqtisadi blokadanın ləğvi. Bu, Ermənistan üçün çox sərfəli olardı.

Başqa bir ekspert anonimlik şərtilə “MK”-ya məlumat verib ki, Azərbaycanın KTMT-yə daxil olması mövzusu “böyük oyun”un bir hissəsidir, amma çətin ki, gerçək bir şeyə çevrilə bilsin. “Moskva bu məsələdən Ermənistana basqı üçün faydalana bilər, – o deyib. – Yəni özünüzü pis aparsanız, sizi KTMT-dən rədd edib Azərbaycanı götürəcəyik. Amma bu, gerçəklikdə mümkün deyil. Ermənistanı buraxıb Bakını götürmək mümkün deyil. KTMT-nin nəyə çevriləcəyini bilmək olmaziki üzvü arasında açıq hərbi münaqişə olan təşkilata. Həm də bu məsələ əməli müstəviyə keçərsə, Ermənistan Azərbaycanın daxil olması üçün Bakıya qətiyyən məqbul olmayan fantastik şərtlər irəli sürər. Həm iqtisadi, həm də siyasi. Ermənistanın nəqliyyat axınlarına qatılması, Qarabağın tanınması və s. Yəni Azərbaycan və Türkiyənin heç vaxt razılaşmayacağı məsələlər”.

Tərcümə Strateq.az-ındır.




Yuxarı Əvvələ Ana Səhifə