XƏBƏR LENTİ

28 Oktyabr 2020

Digər Xəbərlər

29 Avqust 2018 - 19:26

ABŞ “TALİBAN”LA GİZLİ SÖVDƏLƏŞMƏDƏ:Vaşinqton davamlı sülh naminə terrorçularla anlaşmaq istəyir - TƏHLİL

Vinay Kaura

“Middle East Institute”

 

2017-ci ilin avqust ayında Donald Tramp ABŞ-ın Əfqanıstan siyasətini əks etdirən bir çıxış edib. Onun əsas məqsədi “Taliban”ı Kabil hökuməti ilə sülh danışıqlarına məcbur etmək idi. Eyni zamanda, Tramp Pakistanı tənqid edərək, onu yalançı adlandırıb, qonşu Hindistanı Əfqanıstanın inkişafına verdiyi töhfəyə görə tərifləyib.

Prezidentin Pakistan iddiasını müdafiə naziri Ceyms Mattis davam etdirib, “Taliban” və “Həqqani” şəbəkəsini çökdürmədiyi, habelə Əfqanıstanda terror hücumlarını həyata keçirmək üçün Pakistan ərazilərindən istifadə edildiyinə görə rəsmi İslamabada “son şans” verib.

İllərdir Pentaqon “Taliban”la ABŞ-ın birbaşa danışıqlarını qətiyyətlə istisna edib. Bununla yanaşı, heç bir tərəf üstünlük əldə edə bilməyərək, döyüşləri dayandırmayıb.

ABŞ-ın 2017-ci il Əfqanıstan strategiyasının mühüm hərbi və strateji hədəflərinə yetişmək – Pakistanda təhlükəsiz sığınacaqları aşkarlamaq, “Taliban”ın döyüş qabiliyyətini və Pakistanın “Taliban”ı yetişdirmək səylərini azaltmaq hələ də mümkün olmayıb. ABŞ “Taliban”la danışıqları tabuya saysa da, artıq Vaşinqtonda bu, Əfqanıstanda sülhü təmin etmənin yeganə həll yolu kimi görünür.

Tramp administrasiyası, əsasən, Əfqanıstan münaqişəsinin ABŞ və “Taliban” arasında birbaşa danışıqlar olmadan başa çatdırılmayacağı qənaətindədir. “Taliban”la sülh danışıqlarında irəliləyiş əldə edilsə, bu ABŞ-ın, Trampın da mükafatlanacağı, ən uzun hərbi kampaniyadan çıxmasına kömək edəcək.

Dövlət katibi Mayk Pompeo iyulun 9-da Əfqanıstana sürpriz səfəri zamanı ABŞ-ın “Taliban”la “sülh müzakirələrinə dəstək olmaq, kömək etmək və iştirak etmək” istəyini ifadə edib. O əlavə edib ki, problemlər “beynəlxalq aktyorlarla birgə müzakirə olunacaq”. Bununla yanaşı, Pompeo Kabil hökumətinə son sülh həllinə dair “əfqanların qərar verəcəyini və yalnız onların dəstəkləcəyini” təsdiqləyib.

Amerikanın siyasətində diqqətçəkən bir dəyişikliklə, yüksək vəzifəli diplomat Alis Uellsin rəhbərliyi altında bir qrup iyulun ortalarında Qətərin Doha şəhərində Abbas Stanikzainin rəhbərliyi ilə “Taliban” nümayəndələri ilə gizli görüş keçirib. Müzakirələrdə Kabil hökumətinin heç bir nümayəndəsi iştirak etməyib. Bu, 17 illik müharibədə “Taliban” və ABŞ qüvvələri arasında ən etibarlı tədbirlərindən biri kimi qəbul olunub.

Vaşinqtonun “Taliban”la siyasi razılaşma naminə müzakirə istəkləri Pakistanın hərbi isteblişmenti üçün xoşagələn deyil. Əfqanıstanın siyasi gələcəyində öz roluna əminliyi olmadığı halda, Pakistanın əfqan münaqişəsinə son qoymaq niyyəti yoxdur. “Taliban”ın son əməliyyatı – strateji cənub-şərq şəhəri Qəzniyə şiddətli hücumun göstərdiyi kimi, həm dövlət qüvvələri, həm də vəkilləri vasitəsilə Pakistan Əfqanıstanın daxili işlərinə müdaxilə edir. Əfqan qüvvələri tərəfindən döyüşdə əsir alınan pakistanlılar və cəsədlərin dəfn üçün döyüş sahəsindən Pakistana nəqli də buna sübutdur.

İslamabad hazırda Əfqanıstan daxilində “Taliban”a konkret əməliyyat dəstəyi verə bilər. Həqiqətən, Əfqanıstan təhlükəsizlik qüvvələrinin zəifliyini və paytaxt xaricində Kabil idarəçiliyinin kövrəkliyini vurğulayan Qəzni hücumu ABŞ-la birbaşa danışıqlar ərəfəsində “Taliban”ın daha çox siyasi dəstək qazandırmağa yönəlib. Bu taktika Pentaqonu çox düşündürməlidir.

Həm Hindistan, həm də ABŞ ortaya çıxan Pakistan-Çin-Rusiya əlaqələrinin münaqişənin həlli şərtlərini diktə etməsini istəmir. Lakin Vaşinqtonla müqayisədə, Pakistanın hərbi isteblişmentindəki sərt tənzimçilər də “Taliban”ın Əfqanıstan dövlətinin idarəetmə strukturuna inteqrasiyasına mane ola bilərlər. Təəssüf ki, onlar tərəflərin maraq və tələblərini – hökumətdə bütün etnik qrupların təmsilçiliyi, milli azlıqların və qadınların hüquqlarının qorunmasını təmin etmək əvəzinə, öz ərazisindən Əfqanıstan torpaqlarının hücumlara baza kimi istifadə olunmayacağına zəmanət verməyə bilər.

İmran Xanın Pakistanın baş naziri seçilməsi Əfqanıstan dramına yeni bir ölçü əlavə edəcək. Xan həm Əfqanıstan, həm də Pakistanda “Taliban”la qarşılıqlı əlaqədə olmaq istəyir. Onun ilk xarici səfəri Kabilədir və burada Əfqanıstan prezidenti Əşrəf Qənini hakimiyyəti “Taliban”la paylaşma müqaviləsi imzalamağa təhrik edəcək. İslamabad Əfqanıstanda öz gündəmini zirvəyə gətirməyə çalışırsa, Tramp administrasiyası buna müqavimət göstərməlidir.

ABŞ real fürsətə sahibdir. İslamabadın dərin iqtisadi girdabdan çıxma səyləri istismar edilə bilər. Pakistan Beynəlxalq Valyuta Fondunun yardımı olmadan bunu edə bilməz və Tramp administrasiyası bunu ABŞ-Pakistan münasibətləri ilə əlaqəli olduğunu açıq şəkildə ifadə edir. Əfqanıstan sülh prosesində ikitərəfli əlaqələrdən imtina Pakistan üçün iqtisadi intihar olardı. İslamabad, ritorikasına baxmayaraq, Vaşinqtondan tam uzaqlaşmanın düzgün seçim olmadığını yaxşı bilir.

ABŞ “Taliban”la birbaşa ünsiyyət kanalını açarkən, İslamabadı ələ keçirmək imkanı qazanır. Hakimiyyəti bölüşdürmə formulu ilə bağlı ABŞ bəzi təfərrüatlarda mütəhərriklik göstərə, “Taliban”, həmçinin ABŞ-ın Əfqanıstanda hərbi varlığına praqmatik yanaşma göstərə bilər.

 

Tərcümə: Strateq.az




Yuxarı Əvvələ Ana Səhifə