XƏBƏR LENTİ

30 Sentyabr 2020
29 Sentyabr 2020

Digər Xəbərlər

30 Avqust 2018 - 11:32

ƏRƏB DÜNYASININ ƏN BÖYÜK SƏRMAYƏÇİSİ:çinlilər Yaxın Şərq liderlərini öz orbitinə çəkir - TƏHLİL

Səbinə Siddiqi

“Əl-Ərəbiyyə”

 

Avropa və Asiyanın enerji istehlakçı ölkələrinin əksəriyyəti ilə strateji qonşuluqda yerləşən Yaxın Şərq öz geoiqtisadi rolunu oynayır. Bununla birlikdə, 2014-cü ildən etibarən neft qiymətlərində eniş Yaxın Şərq enerji sənayesinin dinamikasını pozub.

Siyasi iqlim regional tənliyi pozduğuna görə enerji təchizatı üçün Yaxın Şərqdən asılı olan ölkələrdə narahatlıq yaranıb. Ənənəvi olaraq, Çin enerji təhlükəsizliyi risklərinə meylli olub və bu faktor Yaxın Şərq geosiyasətində onun payını artırıb.

Bu gün ən sürətli qlobal iqtisadiyyatlardan biri olan Çin 6 faizlik artımını davamlı etmək üçün etibarlı enerji mənbələrinə ehtiyaclıdır. Hər il qlobal enerji tədarükünün təxminən dörddə birini istehlak edərək, Çin hər hansı bir səbəbə görə enerji tədarükünü itirmək istəmir.

Evdə onun neft (1,5%) və qaz (2,9%) ehtiyatları məhduddur. Enerji səmərəliliyi üzərində işləyərkən, nüvə və bərpa olunan enerji kimi alternativ enerji vasitələrindən faydalanan Çin bir müddətdən bəri enerji təhlükəsizliyi risklərini azaltmağa çalışır.

Buna baxmayaraq, Çin idxal olunan enerjidən çox asılı və Yaxın Şərqdəki neft-qaz istehsal edən ölkələrin əksəriyyətinin əsas ticarət tərəfdaşıdır. Çinin enerji idxalı artdıqca, Yaxın Şərq ölkələrində daxili tələbat da artır.

Digər variantları nəzərə alaraq, Çin 2015-ci ildən etibarən neft tədarükünün mənbələrini şaxələndirməyə çalışır, lakin Səudiyyə Ərəbistanı, İraq və İran ən iri ixracatçılar olaraq qalır.

Beləliklə, Yaxın Şərqdəki sülhü və rifahı qorumağa kömək etmək – Çinin ən önəmli prioritetidir.

 

Ərəb Dünyasında sərmayəçi

Buna görə də, Çin infrastruktur və investisiya layihələrinin həcmini artıraraq, 29,5 milyard dollar dəyərində limanlar, boru kəmərləri və yol kimi iri tikinti layihələrini genişləndirib və 2016-cı ildən Ərəb Dünyasında ən böyük sərmayəçi olub.

Yeni sənaye sahələrinin yaradılması ilə, Çin iqtisadi maraqlarını enerji ticarəti ilə məhdudlaşdırmayıb, Ərəb Dünyasının iqtisadiyyatlarını şaxələndirməyə kömək edib. Məsələn, Səudiyyə kralı Salmanın 2017-ci ildə Pekinə səfəri zamanı bərpa olunan enerji, neft və kosmik sahələrdə 65 milyard dollarlıq ticarət müqavilələri imzalanıb.

Yeni Süveyş Kanalının planlaşdırılması ilə, Misir-Çin əməkdaşlığı davam edərkən, Çin investisiyası ilə, Duqmədə (Oman) 10,7 milyard dollar dəyərində Çin-Oman sənaye şəhəri inşa edilib.

“Bir qurşaq-Bir yol” təşəbbüsü (BRI) istiqamətində inkişafı planlaşdırma ilə həm İordaniya, həm də Səudiyyə Ərəbistanı müxtəlif perspektivlərlə bağlı Çinlə məsləhətləşmələr aparır.

Kommersiya fəaliyyətinin aktivləşdirilməsi üçün Pekində xarici ticarət nazirləri üçün 21 ölkənin Ərəb Sammiti təşkil edilib. Bölgədəki iqtisadi artımı sürətləndirmək üçün “neft-qaz plyus” modelinin təməlini qoyan Çin prezidenti Si Yaxın Şərq ölkələrinə 20 milyard dollarlıq borc və 106 milyard dollarlıq maliyyə yardımı söz verib.

Səudiyyə Ərəbistanının xarici işlər naziri Adil əl-Cubeyr bu münasibətlə deyib: “Pekin – siyasi, iqtisadi və təhlükəsizlik tərəfdaşıdır. Çin və Ərəb Dünyasının yaşadığı böhranlar və çətinliklər bir-birinə bənzəyir, həm ərəblər, həm də çinlilər əməkdaşlığı bütün sahələrdə gücləndirməyə çalışırlar”.

“Strateji tərəfdaşlıq” bağlarını artıraraq, mart ayında yenidən prezident seçilən Si ilk xaric səfərini Ərəb bölgəsinə edib. Onun BRI vizyonuna əsasən, ticarət marşrutlarının təmin edilməsi ilə, Körfəz Əməkdaşlıq Şurası (KƏŞ) ölkələri BRI-dən əmtəələrini satmaq üçün bir körpü kimi istifadə edə bilərlər.

 

Əməkdaşlıq forumu

Əməkdaşlığı sürətləndirmək üçün Çin-Ərəb Əməkdaşlıq Forumu, Çin və KƏŞ dövlətləri arasında Strateji Dialoq kimi siyasət koordinasiya mexanizmləri hazırlanıb.

Pekinin rəyincə, 2016-cı ildə nəşr olunan “Ərəb Siyasəti Sənədi” “Bir qurşaq-Bir yol”un tərkib hissəsi hesab edilə bilər. “1 + 2 + 3” əməkdaşlıq nümunəsi ilə “Sənəd”də Çinlə tikinti, sənaye, bərpa olunan enerji və ticarət, eləcə də kosmik və nüvə enerjisinin yenilikçi sahələri qeyd olunur.

Bütün bölgə üçün bir çox imkanlarla beynəlxalq maliyyə mübadiləsi BRI çərçivəsində ticarətə xidmət edə bilər. “Yaşıl inkişaf” sahəsində qabaqcıl olan Çin, bütün BRI marşrutu boyu, Çin standartlarına uyğun olması tələbi ilə, yaşıl pilot bölgələri yaratmağı planlaşdırır.

Çin və ərəb xalqları “azad ticarət” razılaşması üçün danışıqlar apararkən, Pekin də maliyyə imkanları ilə birlikdə xüsusi ticarət imtiyazları verməyi planlaşdırır.

Beləliklə, Çin və Yaxın Şərq arasındakı iqtisadi əlaqələr neftdən kənara çıxan zirvədir.

Nəhayət, Yaxın Şərqdə süni intellekt, fintek, avtomatlaşdırılmış maşınlar və bərpa olunan enerjiyə tələbatı artır. Bütün bu sahələrdə liderlik edən Çin – ən yaxşı seçimdir.

Əslində, yeni maliyyə konsorsiumu – 3 milyard dollarlıq “sənaye dirçəlişi” fondu yaradılacaq. Bununla da ticarətin genişlənməsi ərəb ölkələrini daha da gücləndirəcək.

 

Tərcümə: Strateq.az




Yuxarı Əvvələ Ana Səhifə