XƏBƏR LENTİ

01 Oktyabr 2020
30 Sentyabr 2020

Digər Xəbərlər

31 Avqust 2018 - 17:06

PUTİNİN PENSİYA İSLAHATI İLƏ LAXLANAN TAXTI:nüfuzunu itirən Rusiya prezidenti könüllü istefa verə bilər - TƏHLİL

Con Lloyd

“Reuters”

 

Rusiya – Qərbə qarşı düşmənçiliyinə barmaqarası baxılmayacaq ölkədir. Demokratik ölkələr Ukraynaya qarşı təcavüzkar hərəkətlərə və NATO üzvü olan Baltikyanı ölkələrə hədə-qorxulara həssas olmalı və buna sərt cavab verməlidir. Ancaq onlar mədəni əlaqələri də təşviq etməli, rusiyalılarla açıq müzakirələr aparmalı, rus ziyalıları və siyasətçilərinə platforma verməyə daha çox çalışmalıdır.

Helsinki dialoqunda həlak olan ümidin böyük hissəsi, amerikalı vəzifədaşından fərqli olaraq, Putinin yaxşı, güclü, ardıcıl görünməsidir və Rusiya KİV-ləri bunu qürurla vurğulayıblar.

O, dünyaya mesaj göndərib: Helsinkiyə gələn – dördüncü dəfə prezident seçilmiş, yenidən altı il müddətinə hakimiyyətdə olacaq fateh liderdir.

Bəlkə belə deyil?!

Amma son aylarda Putinin şöhrəti kəskin şəkildə azalıb. Avqustun 12-də “İctimai Rəy Fondu”nun (Фонд общественного мнения) keçirdiyi sorğuya əsasən, respondentlərin yalnız 46 faizi (iyun ayında 62 faizi) həmin gün seçkilərin keçirildiyi təqdirdə, Putinə səs verəcəklərini bildirib. Müstəqil “Levada” Mərkəzinin (Центр Левада) başqa bir sorğusu ölkənin yanlış yön aldığını düşünən rusların sayının (may ayında – 27, iyulda – 40 faiz) artdığını göstərir; yarıdan az (48 faiz) işlərin düzgün getməsi fikrindədir.

Bu rəqəmlər demokratik ölkələrdəki liderlərin standartları ilə fəlakətli sayıla bilməz, ancaq Putinin təsdiq reytinqinin 80 faizdən çox olduğu günlərdən bəri kəskin bir azalma meydana gəlib. Azalma əsasən, pensiya yaşını qadınlar üçün 55-dən 63-ə və kişilər üçün 60-dan 65-ə çatdırmaq istəyən hökumət qərarı ilə izah olunur və bu, Putinin 2005-ci ildə verdiyi vədin pozulması deməkdir.

Kişilərin orta ömür həddi cəmi 66 yaş olduğu bir ölkədə pensiya islahatı, xüsusilə lider olaraq Putinə çox sadiq olan ahıl və ortayaşlı təbəqə arasında narazılıq yaradıb. Demoqrafik göstəricinin üsyanı – hətta passiv – Krımın “birləşdirilməsi” və Şərqi Ukraynadakı separatçıları dəstəkləmə kimi hərəkətlərlə ictimai təqdir qazanmasına baxmayaraq, Putinə qarşı ümumi məyusluğun əlamətidir. Bəzi sorğular göstərir ki, pensiya qanununda dəyişiklik planları açıqlandıqdan sonra Putinin fərdi təsdiq reytinqi 69 faizə düşüb.

İndi Putin qəti şəkildə nəzarətdədir, bu tendensiyaya əsasən, artıq o, əlçatmaz fiqur deyil və prezidentlik dövrü qısa ola bilər.

Əgər könüllü istefa onun tale yazısıdırsa, – çünki populyarlığı itirir və Kremldəki vəzifədaşları da ona qoşulur, – kütləvi dəyişiklik gözləniləndir.

Əksər şərhçilər Putini Rusiya siyasətinin nüvəsi, hətta onu ölkənin sinonimi tək nəzərdən keçirirlər: Putin=Rusiya.

Putin sonrası dəyişiklik olacaqmı?

Olacaq, lakin kütləvi yox.

Birincisi, birləşmiş müxalifət və ya müxalifətin “intizarda olan hökumət”i mövcud deyil. Nə sistem müxalifəti olan kommunistlərin, nə qeyri-populyar liberal və digər partiyaların. Hətta ən harizmatik şəxs, korrupsiya mövzusunu əsas məsələ edən cəsur müxalifətçi Aleksey Navalnının.

Qərbə münasibətdə ruslar arasında mənfi rəy bir neçə ildir geniş yayılıb. Putinin özü bu ovqatı yaratmayıb, ancaq Qərbin Rusiya dəyərlərinə laqeyd yanaşdığını, NATO-nun ölkənin sərhədlərinə yaxınlaşdığını və Moskvanın homofobiyanı siyasi alət kimi istifadə etdiyi halda, əks tərəfin cinsi tolerantlığı dəstəklədiyini vurğulayaq, təəssüratı bu yönə itələyib.

Rusiyadakı milliyyətçi ekstremizm çoxlarını, xüsusilə də gənc, hətta ortabab rusları cəlb edir. Ruslar öz ölkələrini Avropanın bir hissəsi deyil, nadir mədəniyyət nümunəsi tək görürlər.

Putin Sovet İttifaqının dağılmasının 20-ci əsrin ən böyük geosiyasi fəlakəti olduğunu bildirib, bunu son seçkidən əvvəl də bir daha təkrarlayıb və inamla hakimiyyətə gəlib. O, Rusiyanı dünyada köhnə güclü mövqeyinə qaytarmaq üçün çalışıb – iqtisadi və demoqrafik zəiflikləri nəzərə alaraq, böyük bir vəzifə. Onun gələcək varisi Qərbə qarşı düşmənçiliyin ləğvini istəyə bilər, amma bu, ləng və məhdud olacaq, Rusiyanın nadir mədəniyyət olması hissi və dünyadakı mövqeyi baxışını qoruyacaq.

Putin 2024-cü ilədək olan müddətin bitməsinə qədər istefa verə bilər. Hər halda, “putinizm” – Qərbə qarşı düşmənçilik edən bir ölkənin formasıdır, hər hansı bir varis ən azı Rusiyanın yenidən güclü görünməsi uğurunun qorunmasını istəyəcək.

Dünyanın demokratik dövlətləri Rusiya kimi təcavüzkar və potensial olaraq qeyri-sabitləşdirici bir dövlətlə normal münasibətlər qura bilməz. NATO üzvlərini risk altında saxlayana müqavimətlə, demokratik və liberal dəyərlərə olan bağlılığını vurğulayaraq, onlar sanksiya rejimini davam etdirməlidirlər.

Eyni zamanda, ABŞ-ın Moskvadakı sabiq səfiri Maykl MakFolun yazdığı kimi, Amerika və digər Qərb liderləri “Rusiya ilə sonsuz münaqişəni istəmədiklərini açıq-aydın ifadə etməlidirlər”. Çünki Putinsiz Rusiya, ehtimal ki, Putinli Rusiya kimi qalacaq və bu, uzun bir yol olacaq.

 

Tərcümə: Strateq.az

 




Yuxarı Əvvələ Ana Səhifə