XƏBƏR LENTİ

01 Oktyabr 2020

Digər Xəbərlər

01 Sentyabr 2018 - 17:34

TÜRK GENERALDAN S-400 QALMAQALIYLA BAĞLI MARAQLI AÇIQLAMA:“İmtina etsək, Türkiyə-Rusiya münasibətləri pisləşəcək” – Təhlil

Fatih Erboz

“Yeni Çağ” (Türkiyə), 31.08.2018

 

Türkiyənin istefadakı zabitlər Birliyinin (TESUD) başçısı, Türkiyə SQ-nin istefadakı general-leytenantı  Ərdoğan Karakuş qeyd edib ki, ABŞ-da Türkiyənin Rusiyadan S-400 raket sistemi almasıyla bağlı qaldırılan səs-küyün səbəbi bu ölkədəki yəhudi lobbisidir.

Ekspertin fikrincə, burada, bir yandan, Türkiyə və Rusiya arasına çiv vurmaq, o biri yandan, İrana hücumdan qabaq Türkiyənin S-400 almasına əngəl olmaq məqsədi güdülür. Və artıq birinci dəfə deyil ki, ABŞ sıxışdırılmış durumda xristian ruhanisi problemini ön plana sürür və durumu xristian-müsəlman münasibətləri müstəvisinə keçirməyə səy edir.

Türkiyə S-400 almaqda tamamilə haqlıdır, – Karakuş deyib.- Bu, müdafiə raket sistemidir, Türkiyə həm də hüquqi baxımdan da haqlıdır. S-400 raketinin alqısıyla bağlı ABŞ-da hay-küyü isə yəhudi lobbisi qaldırır. S-400 yalnız bəhanədir. ABŞ bu mövzuda dünyaya və NATO ölkələrinə bəzi şeylər deyir. Aydındır ki, bu raket sistemlərinin müdafiəyə hədəfləndiyinə əsasən, hücum niyyətində olanlar bunun alqısını istəmirlər. Mən bu başdan ehtimal etmirəm ki, bölgədə hansısa ölkəylə, hər şeydən qabaq Yunanıstanla mübarizə aparacaq. Amma yanlış xarici siyaətimizin nəticəsində mübarizə aparılma ehtimalı son dərəcə yüksək olan ölkələr meydana çıxıb. ABŞ hazırda Cənubi Kiprdə baza əldə etməyə çalışır, Fransa ora gəlməyə can atır. Bu şəraitdə heç kim istəmir ki, Türkiyə bu raketlərə sahib olsun”.

Ərdoğan Karakuş habelə vurğulayıb ki, S-400 raketləri eyni zamanda siyasi oyunun tərkib hissəsidir. Onun sözlərinə görə, bəzi ölkələr S-400 raketi bəhanəsi altında son zamanlar yaxşı inkişaf edən Rusiya-Türkiyə münasibətlərini korlamaq, iki ölkə arasına çiv vurmaq istəyir. “Türkiyə S-400 raketlərindən imtina etsə, Türkiyə-Rusiya münasibətləri pisləşəcək, – Karakuş davam edib. – Bu halda İrana hücum etmək asan olacaq. Bax, məsələ bundadır. Uyğunluqla bağlı problem yoxdur”.

Ərdoğan Karakuş qeyd edib – Fransa silahlarının çoxu NATO-ya uyğun deyil. “Yunansıtanda da S-300 raketləri var, – o, davam edib. – Amma heç kim heç nə demir. Orada İsrail təyyarələri təlim keçir. Hədəf – Rusiya və Türkiyə arasına çiv vurmaq və İrana asanlıqla hücum etməkdir. Amma, görünür, onlar bu məsələdə də heç nə edə bilmirlər. Buna görə də pastor meydana çıxıb. S-400 raketləri müdafiə silahıdır və Türkiyə onu öz puluyla alır. Bu, hücum və ya nüvə silahı olsaydı, onda başqa məsələ. Biz tərəfdən NATO ölkələrinə hücumdan söhbət getmir. S-400 NATO müttəfiqinin müdafiəsinə hədəflənib. Məgər İncirlikdə Amerika qoşunları yerləşməyib? İncirliyi qoruyursansa, məgər Amerika qoşunlarını müdafiə etmirsən? Nəticədə S-400 sövdələşməsində heç nədən yapışa bilməyiblər. Hökumətlərarası sazişlər, müdafiə qurğuları, hər şey hüquqi baxımdan qaydasındadır. Bu zaman pastor problemi ortalığa çıxıb. Təəssüf ki, tarixboyu bizə qarşı belə oyunlar aparılır. Kiprdə də heç nə edə bilməyəndə məsələni yenə də müsəlman-xristian münasibətləri müstəvisinə keçirdilər və baş keşiş Makarios problemini ön plana sürdülər. Xristianların reaksiyasını bu cür legitimləşdirməyə cəhd etdilər”.

Tərcümə Strateq.az-ındır.




Yuxarı Əvvələ Ana Səhifə