XƏBƏR LENTİ

22 Sentyabr 2020
21 Sentyabr 2020

Digər Xəbərlər

03 Sentyabr 2018 - 16:19

PUTİNİN AVROPAYA ŞƏRQDƏN BAŞLAYAN “SƏLİB YÜRÜŞÜ”:Qara Qitədən Moskvayadək uzanan geostrateji oxlar... - TƏHLİL

Stiven Kuk

“Foreign Policy”

 

Əslində, İkinci Dünya müharibəsi zamanı ABŞ ordusu və Vermaxt arasındakı ilk böyük döyüşlər Avropada baş verməyib. 8-10 noyabr 1942-ci il tarixində Birləşmiş Ştatlar və müttəfiq qüvvələr Əlcəzair və Mərakeşə müdaxilə edib. Fransanın Vişi qüvvələrini məğlub etdikdən sonra ordular alman silahlı qüvvələri ilə döyüşmək üçün şərqə, Tunisə üz tutub.

Niyə məhz Şimali Afrika?

Müttəfiq hərbi planlaşdırıcılar bilirdi ki, 1942-ci ildə Fransaya müdaxilə uğursuzluğa məhkum olacaq, buna görə də, Uinston Çörçillin təbirilə, “Aralıq dənizinin yumşaq qarnı”ndan Almaniyaya hücum planı hazırlanmışdı.

Beləliklə, Tunisdən İtaliyanın işğalına və Berlinin fəthinə qədər uzun, qanlı bir yürüş başlayıb.

Yəqin ki, Rusiya prezidenti Vladimir Putin də tarix düşkünüdür, ya da xəritələri sevir, ancaq hobbi nə olursa-olsun, o, coğrafiyanın əhəmiyyətini çox yaxşı başa düşür. Moskvanın hazırkı təsir xarakteri köhnə sovet dövründən, (Rusiyanın Suriya kampaniyası istisna olmaqla) müştəri dövlətlər toplama zamanından çox fərqlənir. Regional oyunçuların maraqlarını bölüşmə, özünü qeyri-ideoloji tərəfdaş kimi təqdim etmə kifayət qədər təsirli və səmərəlidir.

Rusiyanın hazırkı Yaxın Şərq-Avropa strategiyasında əsas məntiq: ABŞ-ın regiondakı mövqeyini zəiflətmək və bu prosesdə “yumşaq qarın”dan – cənub və cənub-şərqdən Avropa İttifaqına təzyiq göstərmək.

Xəritə üzərində Moskvadan Dəməşqə və Suriya paytaxtından İraqın Kürdüstan bölgəsindəki Ərbilə qədər xətt çəkin.

Hər kəs Suriyadakı hadisələri bilir: ruslar müttəfiqi xilas etmək üçün orada döyüşə girib və milyonlarla qaçqınının əksəri Avropaya üz tutan müharibədə ona köməklik edib. Avropa siyasətinə təsir dərinləşib, populist, nativist və rusiyapərəst çağırışlar Avropanın İkinci Dünya müharibəsindən sonrakı liberal konsensusuna təhdid yaradıb.

Suriya məlum bir hekayət olsa da, Vaşinqtonda yalnız bir neçə adam 2017-ci ildən etibarən Rusiyanın Kürdüstanın neft və qaz sektoruna 4 milyard dollar sərmayə qoymasına diqqət yetirib. Ərbildən, İraq Kürdüstanından İrana qədər, üzü şərqə Rusiyanın təsir və güc xətti uzanır.

Moskva-Şam-Ərbil-Tehran xətti Rusiya təsirinin əhəmiyyətli oxunu təmsil edir. Ancaq Rusiyanın hakim olduğu digər coğrafi mövqelər Avropa üçün daha aktualdır.

Bir xətt də birbaşa Rusiya paytaxtında başlayır və cənubda Türkiyənin paytaxtı Ankaraya doğru uzanır. Moskva Türkiyəni tam olaraq ələ almayıb, amma Putin Suriyada hakimi-mütləqdir; Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın baxışları, Soyuq müharibədən sonra beynəlxalq siyasətin dəyişən xarakteri Türkiyə-Rusiya tərəfdaşlığını mümkün edir.

2019-cu ilin iyulunda türklərin Rusiyadan qabaqcıl “S-400” hava müdafiə sistemi alması planlaşdırılır. Türkiyənin Rusiya ilə ticarət həcmi ABŞ-dan daha böyükdür və Ərdoğan bu yaxınlarda Vaşinqtona alternativ olaraq, Pekin və Tehranla birlikdə Moskva ilə eyni bloka qoşulmağa səy göstərir. Bütün bunlar Vaşinqtonun siyasi çevrələrində “Türkiyəni itirmək”lə bağlı qorxular doğurub, ancaq mal və xidmətlər axını ilə Ankaraya bağlı olan və Anadolu ilə Moskva arasındakı bufer-tampon olaraq qəbul edən Qoca Qitə – avropalılar üçün Türkiyə-Rusiya əlaqələri – problemdir.

Xəritəyə yenidən göz gəzdirin, ancaq bu dəfə Aralıq dənizini keçib Qahirədə dayanın, kəskin hərəkətlə xətti sola yönəldin və oxun ucunu Binqaziyə birləşdirin. Bu – üçüncü oxdur.

İslamizm təhlükəsi ilə bağlı iradəli mövqedə olan ruslar yüksək texnologiyalı silahlar və insan haqlarına dair heç bir sorğu-sual etməyən siyasət təklif edirlər, odur ki, Misir liderləri üçün bu, Birləşmiş Ştatlara nisbətən, cəlbedici alternativdir. Halbuki ABŞ-ın Yaxın Şərqdəki gücünü ən az üç onillikdə bərqərar etmək üçün mövcud regional siyasi quruluşda Misir daim mühüm bir parça olub.

Henri Kissincerin 1970-ci illərdə misirlilərin üzünü Qərbə çevirməsindən sonra Moskva amerikalılar və misirlilərin laqeyd qaldığı boşluqları doldurub. Bu, avropalı liderləri narahat etməyə bilməz. Dünya ticarətinin təxminən 10 faizindən çoxu Avropaya Süveyş kanalı vasitəsilə keçir. Üstəlik, Misirin Rusiya ilə əlaqələri uzun müddətdə ilk dəfə olaraq ABŞ və Avropa hərbi dəniz qüvvələrinin Şərq Aralıq dənizində tamamilə maneəsiz fəaliyyət göstərə bilməyəcəyini ortaya qoyur.

Liviya – Moskvanın bölgədəki bütün oyunlarının ortaya çıxardığ ən maraqlı yerdir. Ölkənin şərqindəki proseslərdə onun nə qədər dərindən iştirak etdiyi aydın deyil, ancaq ruslar Tripolidəki yeni hökumətlə, daxilində islamçı komponent olan istənilən siyasi tənzimləməyə qarşı çıxır; o, misirlilər və Əmirliklərlə həmrəydir.

Əlbəttə, Liviya lideri Xəlifə Həftar bir neçə dəfə Rusiya rəsmiləri ilə görüşüb və 2017-ci ildə Putin (təsadüfi deyil) Liviya sərhəddən təxminən 60 km məsafədə, Misirin qərbində hərbi dəniz bazasına azsaylı rus qoşunu yerləşdirib.

Rəsmi olaraq ruslar Liviya siyasi qüvvələri arasında uzlaşma yönündə fəaliyyət göstərir, amma avropalılar Moskvanın Həftarı dəstəklədiyindən şübhələnirlər.

Liviya, xarici siyasətdə Putin üçün onun önəmi nədir? Liviyanın şərqində dünyanın ən böyük xam neft yataqları və Afrikada təbii qazın beşinci böyük ehtiyatları var.

Liviyanın neft və qaz ixracatının böyük hissəsi Avropaya istiqamətlənir. Avropaya enerji tədarükünün potensial təsirə  malik olduğu məkana, Liviyaya barmaqarası baxma Putin üçün strateji cəhətdən uzaqgörməzlik olardı. Bu, Rusiya prezidentinin ağılından keçdiyinə görə, deməli, risk etməyə dəyərmiş.

Keçən ilə qədər Rusiya ekspertləri ölkənin Suriyaya müdaxiləsini, Avropadakı informasiya kampaniyasını və Krımın ilhaqının ekspansiya olduğunu inkar edirdilər. Ancaq indi, Suriyanı bir kənara qoyaq, Moskvanın Yaxın Şərqə qayıdışı qutuda daha böyük bir şeyin olduğuna işarədir. Sadəcə xəritəyə nəzər salın…

 

Tərcümə: Strateq.az




Yuxarı Əvvələ Ana Səhifə