XƏBƏR LENTİ

01 Oktyabr 2020
30 Sentyabr 2020

Digər Xəbərlər

04 Sentyabr 2018 - 11:35

DÜNYADA SÜLHƏ ƏSAS TƏHLÜKƏ AMERİKADIRMI? –ABŞ silaha ən çox vəsait sərf edən ölkə olaraq qalır

Talha Menteş

“Yeni Safak” (Türkiyə), 03.09.2018

 

Xalqın seçdiyi liderlərin yönəltməsinə birbaşa, ya da dolayı müdaxiləni “dövlət fəlsəfəsi” kimi mənimsəmiş ABŞ özünün kütləvi qırğınlarla zəngin tarixində, demək olar, 30 milyon adamı həyatından edib. ABŞ 1945-ci ildən bəri dünyanı  saysız-hesabsız “11 sentyabr”ı yaşamağa məcbur edib.

Türkiyənin terrorzimlə çarpışmasına mane olmağa çalışan ABŞ özünün bütün tarixi boyunca bu və ya başqa terrorçu təşkilatı dəstəkləyərək dünyaya terrorizm püskürüb. 242 illik tarixinin 221 ilini müharibəylə məşğul olan Amerika 1945-ci ildən dünyanı iki mindən çox adamın həlak olduğu 2001-in 11 sentyabrını saysız-hesabsız dərəcədə yaşamağa vadr edib.  Vaşinqton “bütün dünyada sülhə” birnömərli təhlükə olmağı davam etdirərək 1800-2017-ci illərdə ümumilikdə 392 hərbi müdaxilə həyata keçirib. Dünyanı hədələyən ABŞ 2017-də dünyanın bütün hərbi xərclərinin üçdə birindən çoxunu silahlanmağa sərf edərək Türkiyəyə qarşı yeni maliyyə savaşında divarla üzləşib. Cinayətkar ölkənin kütləvi qətllərini qısaca yada salaq…

 

Milyonlar həlak olub

 

ABŞ Vyetnam savaşında üstünlüyə nail olmağı bacarmayaraq 1969-da  Kambocada 2,5 milyon adamı qətlə yetirib.

MKİ 1982-ci ildə Çadda 40 min nəfəri öldürən Hissen Habreni hakimiyyətə gətirib.

Çilidə xalqın seçdiyi rejimə qarşı general Auqusto Pinoçetin əliylə çevriliş edən ABŞ prezidenti Riçard Nikson üç min nəfəri məhv edib. ABŞ-ın təhrikiylə başlanan Rusiya-Əfqanıstan savaşı (SSRİ-nin 1979-cu ildə Əfqanıstana hərbi müdaxiləsi nəzərdə tutulur-red.) 1,8 milyon nəfərin ölümünə səbəb olub.

1965-də İndoneziyada çevriliş təşkil etmiş ABŞ, törətdiyi vətəndaş savaşındakı üç milyon adamın həlakında günahkardır.

Koreya yarımadasında sərhəd münaqişəsinə qarışan ABŞ bölgəyə 650 min ton bomba atıb. Həlak olan koreyalı və çinlilərin sayı dörd milyona çatıb.

ABŞ 2003-də İraqı işğal edib, onun qətlə yetirdiyi müsəlmanların sayı 1,5 milyon təşkil edib.

 

ABŞ-ın sonu yaxınlaşır

 

“Sülh” və “insan haqları” baxımından Amerikanın pis xidmət siyahısı olduğunu deyən professor, doktor Təyyar Arı qeyd edib ki, Türkiyəyə həmləylə dolu olan son dövr ABŞ-ın sonunu yaxınlaşdıracaq.

ABŞ II dünya savaşından sonra bütün dünyada müxtəlif bəhanələrlə hakim rejimlərin siyasətinə qarışıb, – Arı deyib. – O, həm maliyyə, həm də siyasi hücumları günümüzdə də davam etdirir. Onlar özlərini “seçilmiş millət” sayırlar. Görünür, bütün dünyada, o cümlədən dini miotivləşmənin təsirilə həyata keçirilən hücumlar nəticə vermir. Türkiyəyə həmləsiylə dost və düşmənə ayırmadan hamıya hücum edə biləcəyini göstərən ABŞ dünyanı yeni həll yolları aramağa vadar edib. Bu isə ABŞ-ın sonunu yaxınlaşdıracaq”.

 

Dünya arxamızdadır

 

Biz ölkəmizə hücuma düzgün cavab verdik, bundan sonra da bu ruhda davam etmək gərəkdir, – ekspert davam edib. – İqtisadiyyatın həcminə görə Türkiyəni 20 dəfə üstələyən ABŞ-ı humanitar yardıma görə hətta geridə qoyan ölkəmiz məzlumların dəstəyini qazanıb və buna görə özünün siyasi gücünü də artırıb. Bundan savayı, Türkiyəyə bu həmlələr göstərib ki, biz , hansısa bir ölkə deyilik. Hücuma məruz qalan başqa ölkələrin həmişə bu cür müqavimət göstərməyi bacarmadığı bir dövrdə bizim ölkə bu həmlələr qarşısında duruş gətirdi və sübut etdi ki, bizə qarşı həyata keçirilən hücumlar bütün dünya üçün ibrət dərsi ola bilər. ABŞ gördü ki, bütün dünyanın dəstəyini əldə edən bizlər işimizə istənilən müdaxiləyə cavab verəsəyik və indi yeni dünya düzənində onun gücü tükənir”.

 

172 ölkədə 291 min hərbçi

 

2017-ci ilin durumuna görə, dünyanın 172 ölkəsində ABŞ-ın 291 min nəfərlik hərbi personalı yerləşir. Dünyada hərbi xərclərə hamıdan çox vəsait ayıran ABŞ 2016-da silaha 611 milyard dollar sərf edib. Dünyada müdafiə xərcləri 1,69 trilyon dollar təşkil edir. Bu durum göstərir ki, dünyada silaha bütün məsrəflərin üçdə biri ancaq ABŞ-ın payına düşür.

Tərcümə Strateq.az-ındır.




Yuxarı Əvvələ Ana Səhifə