XƏBƏR LENTİ

04 Dekabr 2020
03 Dekabr 2020

Digər Xəbərlər

04 Sentyabr 2018 - 20:59

QƏTƏR TÜRKİYƏNİN XİLASKARI ROLUNDA:cırtdan dövlətə təəssüb Ankaranın digər KƏŞ dövlətləri ilə əlaqələrini kölgədə qoymayıb

Robert Mogelniçki

Middle East İnstitute”

 

Avqustun 15-də Qətər əmiri Şeyx Tamim bin Həməd əl-Sani Türkiyə iqtisadiyyatına 15 milyard dollar sərmayə qoymağı vəd edib. Girov, lirənin dəyər itirməsinə gətirib çıxaran Türkiyə-ABŞ diplomatik gərginliyi dövründə türk bankçılıq sektoruna müəqqəti rahatlıq verəcək.

2017-ci ilin iyun ayında Körfəz qonşularının blokadası ilə sürətlənən Qətər-Türkiyə iqtisadi əlaqələri hər iki ölkə üçün qısa müddətli hədəflərə çatıb. Ancaq iki ölkə arasındakı iqtisadi əlaqələr rəsmi Dohanın ABŞ-la ikitərəfli əlaqələrini çətinləşdirə bilər, lakin Türkiyənin Körfəz Əməkdaşlıq Şurası (KƏŞ) ölkələri və Avropa İttifaqı üzvləri ilə olan mühüm iqtisadi əlaqələrini əvəzləmək gücündə deyil.

Ötən il başlayan KƏŞ böhranı Türkiyə-Qətər iqtisadi əlaqələri üçün mühüm hadisə olub. Səudiyyə liderliyi ilə iqtisadi embarqonun tətbiqindən sonra yarımadaya ərzaq idxalının çox hissəsi kəsilib, türk yük təyyarələri və gəmiləri ölkəyə minlərlə ton quru qida, meyvə-tərəvəz gətirib. 2016-cı ildən 2017-ci ilə qədər Türkiyənin Qətərə ixracatı 50% artıb və 750 milyon dollar həddinə çatıb – Qətərə ixracda səkkizinci yer. İki ölkə arasındakı illik ticarət dövriyyəsi təxminən 1,5 milyard dollar səviyyəsindədir və səlahiyyətlilər önümüzdəki illərdə ticarət axınını 5 milyard dollara çatdırmaq istəyirlər.

Bununla belə, Türkiyənin ümumi ticarət və ixracatında Qətər kiçik ticarət ortağı olaraq qalır. 2017-ci ildə Ankara ixrac-idxal dövriyyəsini 157.1 milyard dollardan və 234.2 milyard dollara çatdırıb. Türkiyənin Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) və Səudiyyə Ərəbistanı ilə ticarət əməliyyatlarının həcmi isə 2016-cı ildə 14.1 milyard dolları keçib və bu, Qətərlə olan ticarət həcmindən xeyli yüksək göstəricidir. Bundan başqa, 2017-ci ildə BƏƏ-yə türk ixracatı 7,5% artıb, yəni Türkiyə-Qətər iqtisadi əlaqələri Türkiyənin BƏƏ və Səudiyyə Ərəbistanı ilə ticarət əlaqələrinə maneə törətməyib.

Ancaq BƏƏ və Səudiyyə Ərəbistanı arasındakı ticarət əlaqələrində böyük pisləşmə vəziyyətində belə, Qətər Türkiyənin ticarət həcmlərini tarazlaşdıra bilməz.

Qətər, xüsusilə də embarqo nəticəsində yaranan mövcud iqtisadi məhdudiyyətləri idarə etmək üçün Türkiyəyə çox da güvənmir. 2017-ci ilin sentyabrında Türkiyə Qətərın neft ixracının təxminən 6,1 faizini istehlak edib, halbuki bu ixrac seqmentinin 44,6 faizi Ummanın (Oman) payına düşür. Xüsusilə Səlala və Suharin nəql mərkəzləri Qətəra gedən və Qətərdən gətirilən mallar üçün tədarük zəncirinin yeni marşrutlarının əsas elementləri olub.

Buna görə də, Qətər regional müttəfiqləri və ticarət tərəfdaşlarını Türkiyə ilə strateji əlaqələrindən kənarda saxlayır.

Ölkələr arasında ticarət axınlarının genişləndirilməsinə əlavə olaraq, Türkiyə və Qətər öz iqtisadiyyatlarını təvazökar investisiya portfeli ilə dəstəkləyirlər. Qətərda təxminən 205 türk firması təxminən 11,7 milyard dollarlıq müqavilələrlə fəaliyyət göstərir. Bu şirkətlər əsasən 2022-ci ilin Dünya çempionatı ilə bağlı iri layihələrdə iştirak edir.

Qətərin dövlət və özəl sektorunun aktyorları sərmayələri dərinləşdirməyə hazır görünürlər. Dohada təklif olunan 2,5 milyard dollarlıq mütəşəkkil sənaye zonasında 10 min türk vətəndaşını işə götürməyi hədəfləyir. Türk hökumətinin verdiyi şərhlər Türkiyənin embarqo dövründə Qətəra dəstək üçün zona planını təsbit edib, onların iddiasına görə, Qətər türk firmalarının layihə xərclərinin və s. 70 faizini təmin edəcək.

 

Türkiyədəki firmaların ölkələr üzrə sayı:

 

Səudiyyə Ərəbistanı – 1,036

BƏƏ – 445

Küveyt – 291

Qətər – 117

Bəhreyn – 63

Umman (Oman) – 21

Toplam: 1,973

 

Mənbə: Türkiyə İqtisadiyyat Nazirliyi

 

2006-cı ildən 2016-cı ilədək KƏŞ-in Türkiyəyə birbaşa xarici investisiyaların 65 faizi Qətərin payına düşürdü. Ancaq Qətər firmaları, KƏŞ tərəfdaşları ilə müqayisədə, kiçik kommersiya ölçülərinə malikdir. Türkiyədə fəaliyyət göstərən KƏŞ firmalarının 75 faizi Səudiyyə Ərəbistanı və BƏƏ-yə məxsusdur. KƏŞ bölgəsindən ticarət və investisiya axınları, qlobal xarici investisiyaların 2015-ci ildə 17,72 milyard dollardan 2017-ci ildə 10,86 milyard dollar səviyyəsinə qədər azalması nəzərə alınmaqla, təhlükəsizlik və siyasi qeyri-sabitlik baxımından, Türkiyə üçün çox vacibdir.

Avqustun 20-də elan olunan 3 milyard dollarlıq investisiya – son Qətər sərmayəsi, ABŞ-ın cəza sanksiyaları ilə Türkiyəyə təzyiq tətbiq etmə cəhdlərinin altını qazır. Prezident Donald Tramp və administrasiyası KƏŞ böhranı boyunca rəsmən neytral qalsa da, Qətərin Türkiyəyə investisiyaları Vaşinqtonun böhranı getdikcə daha çox kəskinləşdirməsi ilə nəticələnəcək.

Qətərin Türkiyə iqtisadiyyatında genişlənən nüfuzuna xüsusi diqqət yetirsək, bu, digər nüfuzlu iqtisadi tərəfdaşlara da maneə yaradır. Bu arada, Avropa bankları Türkiyəyə 150 milyard dollar borc verib, İspaniya bankları isə 80 milyard dollar kredit. Türkiyənin xarici borclarının ölçüsünü nəzərə alaraq, lirənin dəyər itkisi və xarici investisiyaların azalması, Qətərin 15 milyard dollarlıq krediti və s. bu, Türkiyənin iqtisadi problemlərinin uzun müddətli həlli hesab edilə bilməz.

İqtisadi blokadanın ən ağrılı elementlərini azaltmaq üçün Türkiyənin timsalında Qətər etibarlı ticarət və investisiya ortağı tapıb. Qətər kapitalı bu gün nüfuzlu regional müttəfiqi gücləndirməyə kömək edə bilər, lakin Doha, Vaşinqton və Ankara ilə münasibətlərində diqqətli olmalıdır.

Türkiyə Qətəri investisiyalarından dəyişkən bazarlarını sabitləşdirmək üçün istifadə edəcək, lakin ölkə KƏŞ və Aİ arasında digər mühüm iqtisadi əlaqələri görməməzliyə vurur.

 

Tərcümə: Strateq.az




Yuxarı Əvvələ Ana Səhifə