XƏBƏR LENTİ

20 Sentyabr 2020
19 Sentyabr 2020

Digər Xəbərlər

07 Sentyabr 2018 - 13:49

İsrailin gizlicə silahlandırdığı, sonra da güdaza verdiyi Suriya üsyançıları:“İsrailə bel bağlamaq böyük yanlışlıq idi” – Araşdırma

Yelizaveta Tsurkov

Foreign Policy (ABŞ), 06.09.2018

 

Üsyançılaırn iyirmidən çox səhra komandirinin açlıqlamalarına əsasən, İsrail son bir neçə ilin gedişində Suriyanın cənubunda İranyönlü qüvvələrin və İŞİD döyüşçülərinin İsrail sərhədinin yaxınlığında mövqe tutmağına mane olan üsyançıların, ən azı, 12 qrupunu gizlicə silahlandırıb və maliyyələşdirib.

Döyüşçülərə 2018-in iyulunda başa çatan tədarüklər hücum tüfəngi, pulemyot, minaatan və nəqliyyat vasitələrini ehtiva edib. İsrail təhlükəsizlik xidmətləri İsrailin işğal etdiyi Holan təpələrini Suriya ilə birləşdirən üç marşrut üzrə silah tədarük edib. İsrail bu marşrutu Suriyanın cənubunun sakinləri üçün humanitar yardım tədarük etməyə də istifadə edib.

Suriya döyüşçüləri və yerli jurnalistlərin sözlərinə görə, İsrail üsyançılara habelə ayda 75 $-a yaxın maaş ödəyib və Suriyanın qara bazarından silah alqısı üçün əlavə vəsait verib.

İsraillə belə işgüzar münasibətlər döyüşçülər arasında gözlənti doğurub ki, Suriya hökumət qoşunları cənuba üz tutsa, İsrail onlara arxa duracaq. Suriya hökumət qoşunları Rusiya HKQ-nin dəstəyi ilə ölkənin cənubunda yay hücumuna başlayanda İsrail qiyamçıların müdafiəsi üçün heç bir iş görməyib. Döyüşçülər anlayıblar ki, onlara xəyanət ediblər. Döyüşçülərdən biri bildirib: “İsrail bizə unutmayacağımız bir dərs verdi”.

İsrail döyüşçülərlə münasibətlərini gizli saxlamağa səy edib. Amma İsrailin əvvəllər əl tutduğu döyüşçülər İsrailin fəaliyyəti haqda “The Foregn Policy”-ə ətraflı hesabat təqdim ediblər. Səhra komandirləri bu şərtlə müsahibə veriblər ki, əsil adları gizli qalacaq.

İsrailin qiyamçılara verdiyi silah və pulun miqdarı Qətər, Səudiyyə Ərəbistanı, Türkiyə və ABŞ daxil olmaqla başqa ölkələrin sərf etiyi məbləğlə müqayisədə nisbətən böyük deyil. Hətta Səhra komandirləri 2018-in əvvəlində İsrailin yardım proqramının qızğın çağında gileyləniblər ki, İsrailin yardımı bəs etmir.

İsrail 2013-cü ildə Kuneytra və Dərya əyalətlərindəki, habelə Dəməşqin cənub rayonları daxil olmaqla üsyançı Azad Suriya Ordusuna birləşmiş üsyançı qrupları silahlandırmağa başlayıb. O zaman təhvil verilmiş silah, əsasən, ABŞ-da istehsal edilmişdi. İsrail sonradan döyüşçülərə, əsasən, qeyri-Amerika silahları verməyə keçib – görünür, qaynağı gizlətməkdən ötrü İranın Livan “Hizbullah”ı üçün nəzərdə tutulmuş və ələ keçirilən silahlarının tədarükünə keçib.

Döyüşçü qruplarına yardım müəyyən müddət boyunca sabit qalıb, amma 2017-də xeyli genişlənib. İsrail yüzlərlə döyüşçüyə dəstəkdən min döyüşçüsü olan qruplara keçib. Yardımın artırılması İsrailin Suriya siyasətindəki dönüşlə üst-üstə düşüb. İsrailin ABŞ və Rusiya administrasiyalarına Suriyanın cənubunda İranyönlü qüvvələrin önlənməsi haqda çağırışlarının iflasından sonra İsrail daha təcavüzkar siyasətə keçib. Onun hərbi-hava qüvvələri Suriya ərazisinin daha dərinliklərinə nüfuz etməyə başlayaraq təkcə İranın “Hizbullah”a ayrı-ayrı silah tədarüklərinə deyil, həm də bütün Suriyada İran bazalarına zərbə endirib.

İsrail rəsmiləri 2018-in iyulunda, görünür, Rusiya ilə anlaşma əldə ediblər ki, bu da Suriya hökumət qüvvələrini Dərya və Kuneytra əyalətlərinə, habelə Holan təpələrinə bitişik bölgələrə qaytarmağa imkan verib. Xəbər verildiyi kimi, əvəzində Rusiya vəd edib ki, İran qüvvələri Holan təpələrinə 80 km-dən yaxın yerləşməyəcək. Həmçinin razılaşma əldə olunub ki, Rusiya Suriyada İsrailin İran mövqelərinə hava zərbələrinə mane olmayacaq.

Hətta Suriyanın cənubunda hökumət qüvvələrinin hücumu başlanandan sonra üsyançıların çoxu bu ümiddən yapışmaqdaydılar ki, İsrail, ən azı, hökumət qoşunlarının Holan təpələrinə bitişik Kuneytra əyalətinə girməyinə imkan verməz. Müxalifətin minlərlə təmsilçisi Kuneytraya qaçıb, amma İsrail onları müdafiə etməyə başlamayıb. Dərya əyalətindən müxalifət liderlərindən biri Əbu Xalid deyib ki, İsrailə bel bağlamaq böyük yanlışlıq idi.

Xalid bildirib: “Mənə inanın, İsrail Suriyanın cənubunda baş verənlər haqda sükuta görə təəssüflənəcək. Biz şəhərimizdə və qonşu şəhərlərdə rejimlə könülsüz barışdıq, amma bu barış ən yaxın gələcəkdə İsrailə təsir edəcək”.

Döyüşçülər Suriya hökumət qüvvələri yaxınlaşdıqca israilli kuratorlarla əlaqə saxlayıb və Suriya hökuməti tərəfindən qisasdan qorxaraq  sığınacaq xahiş ediblər. İsrail rəsmiləri 2018-ci il iyulun 22-ə keçən gecə az sayda səhra komandirlərinə və ən yaxın qohumlarına İsrail ərazisinə keçmək icazəsi veriblər. Qalan döyüşçülər rədd olunub.

Sıravi döyüşçülərə gəlincə, çoxu İdlibə – döyüşçülərin qalan sonuncu anklavına qaçmağa deyil, Suriya hökumətinə təslim olmağa üstünlük verib. Görünür, İsraillə əməkdaşlığa görə, bəziləri həbs olunub, qalanları rejimin təqibindən yayınmaq üçün hökumətyönlü könüllülərə birləşib, ya da Suriya ordusuna daxil olub.

Tərcümə Strateq.az-ındır.

 

 

 




Yuxarı Əvvələ Ana Səhifə