Gündəm

  • " width="300" height="266" />
    Netanyahu Putinə zəng etdi, təkliflər verdi –Rusiya təyyarəsinin vurulmasına görə
  • " width="300" height="266" />
    Prezident İlham Əliyevdən cəbhədəki son hadisəyə reaksiya:"Əsgərlərimiz onlara elə dərs veriblər ki..."
  • " width="300" height="266" />
    Rəsmi Pekindən ABŞ-a “60 milyardlıq vergi” cavabı gəldi:"Qərarımız sentyabrın 24-də qüvvəyə minəcək"
  • " width="300" height="266" />
    Donald Tramp rəsmi Pekini hədələdi:"Biz iqtisadi cəhətdən sürətli və sarsıdıcı cavab verəcəyik”
  • " width="300" height="266" />
    İsraildən Rusiyanın hərbi təyyərəsinin vurulmasına rəsmi reaksiya:"Bütün məsuliyyət Suriyanın üzərindədir"
  • " width="300" height="266" />
    “Rusiya Suriyadakı hərbçilərinin təhlükəsizliyini təmin edəcək, bunu hamı görəcək” –Putindən bəyanat
  • " width="300" height="266" />
    Türkiyə Suriyaya əlavə qoşun yeridir:"İdlib terroçulardan təmizlənəcək"
  • " width="300" height="266" />
    Ekspertdən neftin qiyməti ilə bağlı təhlükəli proqnoz:"Yeni “neft şoku"nun yaranma riskləri güclənir”
  • " width="300" height="266" />
    Politoloqdan Ərdoğan-Putin razılaşmasına şərh:"Hər iki şərtin yerinə yetirilməsi Türkiyənin çiyinləri üzərinə düşəcək"
  • " width="300" height="266" />
    Rusiya müdafiə naziri Əsəd rejiminin adından da cavab verdi:"İdlibdə hərbi əməliyyatlar aparılmayacaq"

Müsahibə

  • " width="300" height="266" />
    PUTİNİN AZƏRBAYCANLI DOSTU:"Mənə hər hansı tapşırıq verilsə, onu həyata keçirməyi özümə borc biləcəm" - MÜSAHİBƏ
  • " width="300" height="266" />
    Rusiyalı təhlilçi Qriqori Trofimçuk:"Koçaryan hakimiyyətə idda etsə, ölkədə durum sabitsizləşəcək" - MÜSAHİBƏ
  • " width="300" height="266" />
    Keçmiş deputat Kərim Kərimov:“Naxçıvana - Heydər Əliyevin yanına gedənlər arasında Etibar Məmmədov da vardı”
  • " width="300" height="266" />
    Yaqub Mahmudov:“Nuru Paşa Azərbaycan ordusu ilə əməkdaşlıq etmədən tarixi vəzifələri yerinə yetirə bilməzdi” – MÜSAHİBƏ
  • " width="300" height="266" />
    DEPUTAT MƏLAHƏT İBRAHİMQIZI:“Bu yubiley tədbiri ermənilərə və onları dəstəkləyən qüvvələrə mesajdır”- MÜSAHİBƏ
  • " width="300" height="266" />
    Professor Cəmil Həsənli:"15 sentyabrı «Qurtuluş günü» adlandıra bilmirlərsə, «Paytaxt günü» desinlər"
  • " width="300" height="266" />
    Sülhəddin Əkbər:"Hazırda sionizm öz gücünün zirvəsindədir" - MÜSAHİBƏ
  • " width="300" height="266" />
    PROFESSOR XALƏDDİN İBRAHİMLİ:"Suriyada konsensus Qarabağ məsələsində də anlaşmaya yol aça bilər" - MÜSAHİBƏ
  • " width="300" height="266" />
    Zərdüşt Əlizadə:“Mümkündür ki, Bəşər Əsəd getsin...” – MÜSAHİBƏ  
  • " width="300" height="266" />
    Türkiyənin keçmiş xarici işlər naziri:"Bağlı qapıların arxasında Türkiyə ilə sərt danışılıb" (Müsahibə)

Qaynar Qazan

  • " width="300" height="266" />
    “STRATEQ BAXIŞI”nda QARABAĞ MÜZAKİRƏSİ:“Rusiya ilə indiki anda anlaşma bütün Azərbaycanı itirmək deməkdir" - VİDEO
  • " width="300" height="266" />
    Zəlimxan Məmmədli:"Görürəm ki, mənim mindiyim gəmi batır" - VİDEO
  • " width="300" height="266" />
    Dostu “Basqal Həsən” Əbülfəz Elçibəydən danışdı:“Dünyasını dəyişəndə elə bildim ki, həyatım dayandı”-VİDEO
  • " width="300" height="266" />
    Zəlimxan Məmmədli:“Gürcüstanın xoşbəxtliyi Azərbaycan, Türkiyə və Türk Dünyası ilə bağlıdır”-VİDEO
  • " width="300" height="266" />
    Zəlimxan Məmmədli Elçibəyə xəyanətdən danışdı:“Elçibəyin namizədliyinə əngəl olan hər kəs mükafatını aldı”-VİDEO
  • " width="300" height="266" />
    DEPUTAT FƏZAİL AĞAMALIDAN ZƏRDÜŞT ƏLİZADƏYƏ SƏRT CAVAB:“Elçibəyin əleyhinə ifadə verən onun atası Məmməd Mübariz olub” - MÜSAHİBƏ
  • " width="300" height="266" />
    ZƏRDÜŞT ƏLİZADƏDƏN QALMAQAL SALACAQ AÇIQLAMALAR:"Qapı açıldı və Vaqif Hüseynovla Əbülfəz bəy gülə-gülə çıxdılar...“ - VİDEO
  • " width="300" height="266" />
    Zərdüşt Əlizadədən ağır sözlər:"KQB ARXİVLƏRİ AÇILMADIĞINIDAN, BU GÜNDƏYİK"-VİDEO
  • " width="300" height="266" />
    Zərdüşt Əlizadə:“HEYDƏR ƏLİYEV GƏLƏNDƏN SONRA 12 İRAN GENERALI DA GƏLİB OTURMUŞDU BAKIDA” - VİDEO
  • " width="300" height="266" />
    “STRATEQ BAXIŞI”nda növbəti müzakirə:“İRAN VURULARSA, NƏLƏR OLAR?” - VİDEO

Qapalı Mövzu


Vəkil Bürosu

Qadın Sözü

Sentyabr 2018
BE ÇA Ç CA C Ş B
« Avq    
 12
3456789
10111213141516
17181920212223
24252627282930



XƏBƏR LENTİ

19 Sentyabr 2018
18 Sentyabr 2018

Digər Xəbərlər

11 Sentyabr 2018 - 15:29

SOVET İTTİFAQININ AQİBƏTİNİ TƏKRARLAYAN ÇİN:Maonun varisləri eyni səhvlərə yol verirlər - TƏHLİL

Minzin Pey

“Project Syndicate”

 

Sovet İttifaqı 1991-ci ildə süqut etdi, Çin Kommunist Partiyası (ÇKP) bunun niyə baş verdiyini anlamadı. Hökumətin beyin mərkəzləri bu məsələni araşdırıb, təqsiri bütünlüklə islahatçı lider Mixail Qorbaçovun boynuna qoydu. Çin liderləri digər əhəmiyyətli amillərə də diqqət yetirdilər, amma bu gün həmin amillərin heç də hamısı nəzərə alınmır.

Şübhəsiz, ÇKP ilk əsas dərsi anlayıb: güclü iqtisadi performans siyasi legitimlik üçün ən vacib şərtdir. Odur ki, son bir neçə onillikdə ÇKP-nin yeganə dərdi-səri ÜDM-in artımına təkan vermək olub, o, “iqtisadi möcüzə” yaradıb; 1991-ci ildə adambaşına düşən gəlir 333 $ olduğu halda, ötən il 7,329 $ səviyyəsinə yüksəlib.

Bu, ÇKP-nin iqtidarı qoruyub saxlamasının yeganə vacib səbəbdir.

Ancaq sadalanan səbəblər arasında qeyri-sabit iqtisadiyyat sovet liderlərinin yeganə səhvi deyildi. Onlar, həmçinin ABŞ-la bahalı və mənasız silahlanma yarışına cəlb edilmişdi və imperiya siyasəti ilə strateji dəyəri az olan, davamlı iqtisadi tənəzzüllü rejimlərin qarınlarını pul və digər resurslarla doydururdular.

Çin ABŞ-la yeni “soyuq müharibə” apardığından, ÇKP eyni fəlakətli səhvləri təkrarlamaq təhlükəsi altındadır.

İlk baxışda, Çin, həqiqətən, ABŞ-la silahlanma yarışında iştirak edir. Çinin builki rəsmi müdafiə büdcəsi – təxminən 175 milyard dollar – ABŞ Konqresi tərəfindən təsdiqlənmiş 700 milyard dollarlıq büdcənin yalnız dörddə biridir. Lakin Çinin faktik hərbi xərcləri rəsmi büdcədə göstəriləndən daha yüksəkdir.

Stokholm Beynəlxalq Sülh Tədqiqatları İnstitutunun məlumatına görə, keçən il Çin müdafiəyə 228 milyard dollar sərf edib.

Hər halda, əsas məsələ Çinin silahlanmaya sərf etdiyi məbləğ deyil, hərbi xərclərin ardıcıl artırılmasıdır və bu, ölkənin ABŞ-la uzunmüddətli tükənmə müharibəsi aparmağa hazırlığını göstərir.

Bununla belə, Çin iqtisadiyyatı məsrəf səviyyəsini bu həddə saxlamaq üçün kifayət qədər resursla təchiz olunmur.

Çinin yüksək səmərəli iqtisadiyyatı dəstəkləyən sürətli inkişaf modeli olsaydı, ABŞ-la mötədil silahlanma yarışına girişə bilərdi. Amma onda nə bu, nə də o biri var.

Makro səviyyədə Çinin böyüməsi əhalinin sürətlə yaşlanması, yüksək borc səviyyəsi, ödəmə mübadiləsi və ABŞ-ın təşəbbüsü ilə aparılan ticarət müharibəsi səbəbindən yavaşlamağa davam edəcək. Bütün bunlar ÇKP-nin məhdud resurslarını boşa çıxaracaq. Məsələn, ahılların nisbəti artdıqca, səhiyyə və pensiya xərcləri də yüksələcək.

Bundan əlavə, Çin iqtisadiyyatı sovet iqtisadiyyatına nisbətən daha səmərəli olsa da, ABŞ iqtisadiyyatı qədər səmərəli deyil. Bunun əsas səbəbi ölkənin ümumi bank kreditinin yarısını istehlak edən, lakin əlavə dəyər və işlə təminatın cəmi 20%-ini öhdəsinə götürmüş dövlət müəssisələridir.

ÇKP-nin problemi budur ki, həmin dövlət müəssisələri birpartiyalı üsul-idarənin saxlanılmasında mühüm rol oynayır. Çünki onlar həm də rejim tərəfdarlarının mükafatlandırılması və rəsmi makroiqtisadi hədəflər naminə hökumətin müdaxiləsini təmin etmədə istifadə olunurlar. Bu şişirdilmiş və səmərəsiz firmaların ləğvi – siyasi intihar deməkdir. Lakin onları qorumaq labüd aqibətə gətirib çıxara bilər, çünki iqtisadiyyatın məhdud resurslarını sorurlar və bu əsnada ABŞ-la silahlanma yarışı çətin olacaq, gerçəklik ÇKP iqtidarına daha çox meydan oxuyacaq.

Çin rəhbərlərinin yetərincə qiymətləndirmədiyi ikinci dərs – imperialist fəaliyyətdən çəkinmədir. Təxminən on il əvvəl, ticarət balansının müsbət saldosu sabit valyuta artığı yaratdıqda, Çin hökuməti çoxsaylı xarici öhdəliklər götürməyə və öləzi “müttəfiqləri” subsidiyasdırmağa başlayıb.

İlk növbədə, inkişaf edən ölkələrdə borcla maliyyələşdirilən infrastrukturun tikintisinə yönəlmiş, 1 trilyon ABŞ dolları məbləğində proqram – “Bir qurşaq-Bir yol” Təşəbbüsü (BRI). Sovet İttifaqının təcrübəsi ilə yanaşı, ÇKP-yə fasilə verməsi üçün lazım olan ilk uğursuzluq əlamətlərinə baxmayaraq, Çin rəhbərliyi BRİ ilə irəliləməyə qərarlı görünür və ölkənin liderləri onu yeni “strategiya”nın təməli sayırlar.

İmperiya iştahasının digər ifrat nümunəsi Çinin Kambocadan tutmuş Venesuelaya, hətta Rusiyaya qədər olan səxavətli yardımıdır. “AidData”nın məlumatına görə, 2000-ci ildən 2014-cü ilə qədər Kamboca, Kamerun, Kot d’İvuar, Kuba, Həbəşistan və Zimbabve Çindən 24 milyard dollar yardım və ya subsidiyalı kreditlər alıb. Eyni dövrdə Anqola, Laos, Pakistan, Rusiya, Türkmənistan və Venesuela da 98,2 milyard dollar vəsaiti cibinə qoyub.

İndi Pekin “Çin-Pakistan İqtisadi Dəhlizi” üçün 62 milyard dollar kredit verməyi öhdəsinə götürüb. Bu proqram Pakistanın ödəniş balansı böhranı ilə mübarizəsinə kömək edəcək; bununla bərabər, ticarət proteksionizminin gücləndiyi təhlükəli zamanda Çin hökumətinin kassalarını boşaldacaq.

Sovet İttifaqı kimi, Çin bir neçə dostunun borcunu ödəyir, getdikcə sürətlənən silahlanma yarışına qoşulmaqla, məhdud faydalar qazanır.

Çin-Amerika Soyuq müharibəsi hələ indi başlayır, ancaq Çin artıq məğlubiyyət yolunun ağına çıxıb.

 

Tərcümə: Strateq.az