Gündəm

  • " width="300" height="266" />
    Netanyahu Putinə zəng etdi, təkliflər verdi –Rusiya təyyarəsinin vurulmasına görə
  • " width="300" height="266" />
    Prezident İlham Əliyevdən cəbhədəki son hadisəyə reaksiya:"Əsgərlərimiz onlara elə dərs veriblər ki..."
  • " width="300" height="266" />
    Rəsmi Pekindən ABŞ-a “60 milyardlıq vergi” cavabı gəldi:"Qərarımız sentyabrın 24-də qüvvəyə minəcək"
  • " width="300" height="266" />
    Donald Tramp rəsmi Pekini hədələdi:"Biz iqtisadi cəhətdən sürətli və sarsıdıcı cavab verəcəyik”
  • " width="300" height="266" />
    İsraildən Rusiyanın hərbi təyyərəsinin vurulmasına rəsmi reaksiya:"Bütün məsuliyyət Suriyanın üzərindədir"
  • " width="300" height="266" />
    “Rusiya Suriyadakı hərbçilərinin təhlükəsizliyini təmin edəcək, bunu hamı görəcək” –Putindən bəyanat
  • " width="300" height="266" />
    Türkiyə Suriyaya əlavə qoşun yeridir:"İdlib terroçulardan təmizlənəcək"
  • " width="300" height="266" />
    Ekspertdən neftin qiyməti ilə bağlı təhlükəli proqnoz:"Yeni “neft şoku"nun yaranma riskləri güclənir”
  • " width="300" height="266" />
    Politoloqdan Ərdoğan-Putin razılaşmasına şərh:"Hər iki şərtin yerinə yetirilməsi Türkiyənin çiyinləri üzərinə düşəcək"
  • " width="300" height="266" />
    Rusiya müdafiə naziri Əsəd rejiminin adından da cavab verdi:"İdlibdə hərbi əməliyyatlar aparılmayacaq"

Müsahibə

  • " width="300" height="266" />
    PUTİNİN AZƏRBAYCANLI DOSTU:"Mənə hər hansı tapşırıq verilsə, onu həyata keçirməyi özümə borc biləcəm" - MÜSAHİBƏ
  • " width="300" height="266" />
    Rusiyalı təhlilçi Qriqori Trofimçuk:"Koçaryan hakimiyyətə idda etsə, ölkədə durum sabitsizləşəcək" - MÜSAHİBƏ
  • " width="300" height="266" />
    Keçmiş deputat Kərim Kərimov:“Naxçıvana - Heydər Əliyevin yanına gedənlər arasında Etibar Məmmədov da vardı”
  • " width="300" height="266" />
    Yaqub Mahmudov:“Nuru Paşa Azərbaycan ordusu ilə əməkdaşlıq etmədən tarixi vəzifələri yerinə yetirə bilməzdi” – MÜSAHİBƏ
  • " width="300" height="266" />
    DEPUTAT MƏLAHƏT İBRAHİMQIZI:“Bu yubiley tədbiri ermənilərə və onları dəstəkləyən qüvvələrə mesajdır”- MÜSAHİBƏ
  • " width="300" height="266" />
    Professor Cəmil Həsənli:"15 sentyabrı «Qurtuluş günü» adlandıra bilmirlərsə, «Paytaxt günü» desinlər"
  • " width="300" height="266" />
    Sülhəddin Əkbər:"Hazırda sionizm öz gücünün zirvəsindədir" - MÜSAHİBƏ
  • " width="300" height="266" />
    PROFESSOR XALƏDDİN İBRAHİMLİ:"Suriyada konsensus Qarabağ məsələsində də anlaşmaya yol aça bilər" - MÜSAHİBƏ
  • " width="300" height="266" />
    Zərdüşt Əlizadə:“Mümkündür ki, Bəşər Əsəd getsin...” – MÜSAHİBƏ  
  • " width="300" height="266" />
    Türkiyənin keçmiş xarici işlər naziri:"Bağlı qapıların arxasında Türkiyə ilə sərt danışılıb" (Müsahibə)

Qaynar Qazan

  • " width="300" height="266" />
    “STRATEQ BAXIŞI”nda QARABAĞ MÜZAKİRƏSİ:“Rusiya ilə indiki anda anlaşma bütün Azərbaycanı itirmək deməkdir" - VİDEO
  • " width="300" height="266" />
    Zəlimxan Məmmədli:"Görürəm ki, mənim mindiyim gəmi batır" - VİDEO
  • " width="300" height="266" />
    Dostu “Basqal Həsən” Əbülfəz Elçibəydən danışdı:“Dünyasını dəyişəndə elə bildim ki, həyatım dayandı”-VİDEO
  • " width="300" height="266" />
    Zəlimxan Məmmədli:“Gürcüstanın xoşbəxtliyi Azərbaycan, Türkiyə və Türk Dünyası ilə bağlıdır”-VİDEO
  • " width="300" height="266" />
    Zəlimxan Məmmədli Elçibəyə xəyanətdən danışdı:“Elçibəyin namizədliyinə əngəl olan hər kəs mükafatını aldı”-VİDEO
  • " width="300" height="266" />
    DEPUTAT FƏZAİL AĞAMALIDAN ZƏRDÜŞT ƏLİZADƏYƏ SƏRT CAVAB:“Elçibəyin əleyhinə ifadə verən onun atası Məmməd Mübariz olub” - MÜSAHİBƏ
  • " width="300" height="266" />
    ZƏRDÜŞT ƏLİZADƏDƏN QALMAQAL SALACAQ AÇIQLAMALAR:"Qapı açıldı və Vaqif Hüseynovla Əbülfəz bəy gülə-gülə çıxdılar...“ - VİDEO
  • " width="300" height="266" />
    Zərdüşt Əlizadədən ağır sözlər:"KQB ARXİVLƏRİ AÇILMADIĞINIDAN, BU GÜNDƏYİK"-VİDEO
  • " width="300" height="266" />
    Zərdüşt Əlizadə:“HEYDƏR ƏLİYEV GƏLƏNDƏN SONRA 12 İRAN GENERALI DA GƏLİB OTURMUŞDU BAKIDA” - VİDEO
  • " width="300" height="266" />
    “STRATEQ BAXIŞI”nda növbəti müzakirə:“İRAN VURULARSA, NƏLƏR OLAR?” - VİDEO

Qapalı Mövzu


Vəkil Bürosu

Qadın Sözü

Sentyabr 2018
BE ÇA Ç CA C Ş B
« Avq    
 12
3456789
10111213141516
17181920212223
24252627282930



XƏBƏR LENTİ

19 Sentyabr 2018
18 Sentyabr 2018

Digər Xəbərlər

11 Sentyabr 2018 - 17:44

Putin İdlibdə Türkiyənin kürəyinə xəncər soxdu:“2017-dən bəri əsas plan Suriyada Türkiyəni küncə sıxmaq idi” – Təhlil

Karar (Türkiyə), 10.09.2018

 

Rusiya Astanada Türkiyə ilə birgə yaratdığı təhlükəsizlik zonalarını bu bölgələrdə “terrorçu qrupların iştirakı” bəhanəsilə dalbadal ləğv edib. Terrorçular da qanlı mühasirədən qaçan yüz minlərlə dinc sakinlə bərabər İdlibə göndərilib. Amma Putin eyni bəhanəni irəli sürüb 3,5 milyon dinc sakinin yaşadığı sonuncu deeskalasiya zonasına da zərbə endirməyə başlayıb.

Sentyabrın 7-də bütün diqqətlər Suriya vətəndaş savaşının düyün nöqtəsinə çevrilmiş İdlib böhranının həlli üçün Tehranda baş tutan üçtərəfli sammitə yönəlmişdi. Lakin prezident Ərdoğanın kritik önəmli görüşdə səsləndirdiyi təkidli “təcili barışıq” çağırışları cavabsız qalıb. Yalnız bütün tərəflərə atəşi dayandırmaq çağırışı ifadə olunub.

Humanitar həyəcanın ifadəsilə təklif edilən qeyri-hərbi həlli bloklayan Rusiya aviazərbələr endirməyi ötən gün də davam etdirib. Kreml Astana masası arxasında Türkiyə və İranla birgə yaradılmış deeskalasiya zonasının zamini olmaqla bu bölgədəki terrorçu qrupları bəhanə gətirərək  göstərilən cəhdləri heçə endirib. Müxalif ünsürlər aparılan bir sıra əməliyyatlar nəticəsində İdlibə cəmləşiblər. İndi Putin  yekun mərhələsi üçün təyyarələri havaya qaldıraraq bu bölgəni də vurur. 3,5 milyon dinc sakinin yerləşdiyi şəhərdən qaçqın axını sel kimi axır. Yeni humanitar faicələrə yoç açılıb.

Biz Suriyada vətəndaş savaşına son qoymaq qəsdilə Türkiyənin 2017-də Rusiya və İranla birgə başlatdığı Astana prosesinin kritik mühüm dövründən keçirik. Bu savaş indiki anda artıq yeddi ildir davam edir və yüz minlərlə dinc adamın həyatını aparıb. Prezident Ərdoğanın və Rusiya lideri Putinin təklifilə qan töküləməsini dayandırmaq üçün Astana görüşündə yaradılması qət edilən təhlükəsizlik zonası layihəsi tədricən çöküb. 2017-ci ilin mayında yaradılmış 4 təhlükəsizlik zonasından dörd milyona yaxın adamın yaşadığı İdlib əyaləti qalıb. Rusiyanın addımbaaddım həyata keçirdiyi planın gerçəkləşdirilməsi 2017-ci il mayın 4-də başlanıb. O zaman Hamə, Hələb və Dəməşqin bəzi rayonları, habelə İdlib təhlükəsizlik zonası elan olunub – birinci mərhələdə qan axıdılmasını bu cür dayandırmaq planlaşdırılmışdı. Amma Rusiya bu plana heç vaxt əməl etməyib. Həmişə eyni səbəb üzündən – Rusiya əvvəlcə əl-Kuneytrada, sonra Suriyanın cənubunda Dəryada və nəhayət, Hamədə “terrorçu təşkilatların iştirakı” bəhanəsilə təhlükəsizlik zonalarına dalbadal hücum edib. Küncə qovulmuş həm müxalif və terrorçu təşkilatların üzvləri, həm də Əsəd rejimini qəbul etməyən yüz minlərlə dinc sakin üçün mühasirədən yeganə çıxış yolu kimi İdlib göstərilib.

Digər təhlükəsizlik zonalarındakı kimi İdlib səhnəsində də eyni ssenari təqdim olunub. Əvvəlcə hədəf qismində Rusiya və Suriya rejiminin  bazalarına hücum edən təşkilatlar işarələnib, sonra isə bölgə mühasirəyə alınıb. Tehrandakı kritik önəmli sammitə 48 saat qalmış isə fəal hərəkətlərə start verilib. Rusiya aviasiyası və Əsəd artilleriyası bölgəyə qızğın atəş açmağa başlayıb. Bu hücumlar hətta liderlərin Tehranda görüş keçirdiyi saatlarda da davam edib. Rusiyanın bəhanə və tezisləri üç digər təhlükəsizlik zonası barəsində olduğu kimiydi. Hazırda Türkiyə sərhədi dörd milyon dinc sakin və 100 minə yaxın silahlı şəxs, o cümlədən bütün Suriyadan toplanan terrorçular üçün yeganə çıxış qapısıdır. Putinin 2017-dən bənd-bənd həyata keçirdiyi planın son bəndi kimi Rusiya və İranın dəstəyi ilə Dəməşq qüvvələrinin İdlibə hücum edəcəyi və milyonlarla adamın Türkiyə sərhədinə axışacağı ehtimalı isə böyük humanitar fəlakətdən xəbər verir.

Bu durumun ən aydın mənzərəsini tarixi Tehran sammitində prezident Ərdoğan təqdim edib. Ardıcıl şəkildə tətbiq edilən plandan danışan Ərdoğan qeyd edib: “Astana prosesi çərçivəsində həyata keçirilən ən önəmli addım təhlükəsizlik zonalarının yaradılması olub. Amma bu, zaman keçdikcə müxtəlif bəhanələrlə öz varlığına son qoyub. Bu gün təhlükəsizlik zonalarından təkcə İdlib qalıb. Burada olan müxalifət zonaların yaradılması ardınca baş verən hadisələr üzündən özünü aldadılmış hiss edir”.

Və bu sözlər durumun bütün ciddiliyini üzə çıxarıb.

Eyni qiyməti Tehran sammitindən 48 saat qabaq Ankaraya səfər edən Almaniya xarici işlər naziri Hayko Maasla birgə mətbuat konfransında xarici işlər naziri Mövlud Çavuşoğlu da səsləndirib. Çavuşoğlu vurğulayıb ki, Astanada dörd təhlükləsizlik zonası müəyyən olunub, amma  bunlardan təkcə İdlib qalıb. “Rejimin İdlibə hücum etmək və ələ keçirmək istəyi göz qabağınadır, – o, qeyd edib. – Amma zamin ölkələr – Rusiya və İran var. Burada kimsə kimsəni yanlışlığa aparmamalıdır. Hamımız radikal qrupların buradan çıxmalı və ya ayrılmalı olduğu fikrində bir araya gəlirik. Amma bu hücumların hədəfi İdlibi ələ keçirməkdir. Bu, özündə ciddi təhlükə yaşadır. Bu, bütün baxımlardan fəlakət olacaq. Həm təhlükəsizlik, həm də humanitar yön baxımından. Bu radikal, terrorçu qrupları bura Türkiyə gətirməyib. Əgər bu qruplara qarşıyıqsa, onda niyə onları Hələbdən, Şərqi Qutadan, Xomsdan və hətta ölkənin cənubundan bura gətirmişik? Ya niyə dəhliz açdıq və onlara silahla birgə buraya gəlmək imkanı verdik? Plan ta başdan aydın idi: “Bu dəstələri bura göndərmək, sonra isə bu qrupların iştirakı bəhanəsilə bu torpaqları ələ keçirmək””.

Nazir bu qayda ilə işarə edib ki, lap əvvəldən Rusiyanın baş planı Türkiyəni bu bölgədə küncə qısnamaq idi…

Tərcümə Strateq.az-ındır.