Gündəm

  • " width="300" height="266" />
    Netanyahu Putinə zəng etdi, təkliflər verdi –Rusiya təyyarəsinin vurulmasına görə
  • " width="300" height="266" />
    Prezident İlham Əliyevdən cəbhədəki son hadisəyə reaksiya:"Əsgərlərimiz onlara elə dərs veriblər ki..."
  • " width="300" height="266" />
    Rəsmi Pekindən ABŞ-a “60 milyardlıq vergi” cavabı gəldi:"Qərarımız sentyabrın 24-də qüvvəyə minəcək"
  • " width="300" height="266" />
    Donald Tramp rəsmi Pekini hədələdi:"Biz iqtisadi cəhətdən sürətli və sarsıdıcı cavab verəcəyik”
  • " width="300" height="266" />
    İsraildən Rusiyanın hərbi təyyərəsinin vurulmasına rəsmi reaksiya:"Bütün məsuliyyət Suriyanın üzərindədir"
  • " width="300" height="266" />
    “Rusiya Suriyadakı hərbçilərinin təhlükəsizliyini təmin edəcək, bunu hamı görəcək” –Putindən bəyanat
  • " width="300" height="266" />
    Türkiyə Suriyaya əlavə qoşun yeridir:"İdlib terroçulardan təmizlənəcək"
  • " width="300" height="266" />
    Ekspertdən neftin qiyməti ilə bağlı təhlükəli proqnoz:"Yeni “neft şoku"nun yaranma riskləri güclənir”
  • " width="300" height="266" />
    Politoloqdan Ərdoğan-Putin razılaşmasına şərh:"Hər iki şərtin yerinə yetirilməsi Türkiyənin çiyinləri üzərinə düşəcək"
  • " width="300" height="266" />
    Rusiya müdafiə naziri Əsəd rejiminin adından da cavab verdi:"İdlibdə hərbi əməliyyatlar aparılmayacaq"

Müsahibə

  • " width="300" height="266" />
    PUTİNİN AZƏRBAYCANLI DOSTU:"Mənə hər hansı tapşırıq verilsə, onu həyata keçirməyi özümə borc biləcəm" - MÜSAHİBƏ
  • " width="300" height="266" />
    Rusiyalı təhlilçi Qriqori Trofimçuk:"Koçaryan hakimiyyətə idda etsə, ölkədə durum sabitsizləşəcək" - MÜSAHİBƏ
  • " width="300" height="266" />
    Keçmiş deputat Kərim Kərimov:“Naxçıvana - Heydər Əliyevin yanına gedənlər arasında Etibar Məmmədov da vardı”
  • " width="300" height="266" />
    Yaqub Mahmudov:“Nuru Paşa Azərbaycan ordusu ilə əməkdaşlıq etmədən tarixi vəzifələri yerinə yetirə bilməzdi” – MÜSAHİBƏ
  • " width="300" height="266" />
    DEPUTAT MƏLAHƏT İBRAHİMQIZI:“Bu yubiley tədbiri ermənilərə və onları dəstəkləyən qüvvələrə mesajdır”- MÜSAHİBƏ
  • " width="300" height="266" />
    Professor Cəmil Həsənli:"15 sentyabrı «Qurtuluş günü» adlandıra bilmirlərsə, «Paytaxt günü» desinlər"
  • " width="300" height="266" />
    Sülhəddin Əkbər:"Hazırda sionizm öz gücünün zirvəsindədir" - MÜSAHİBƏ
  • " width="300" height="266" />
    PROFESSOR XALƏDDİN İBRAHİMLİ:"Suriyada konsensus Qarabağ məsələsində də anlaşmaya yol aça bilər" - MÜSAHİBƏ
  • " width="300" height="266" />
    Zərdüşt Əlizadə:“Mümkündür ki, Bəşər Əsəd getsin...” – MÜSAHİBƏ  
  • " width="300" height="266" />
    Türkiyənin keçmiş xarici işlər naziri:"Bağlı qapıların arxasında Türkiyə ilə sərt danışılıb" (Müsahibə)

Qaynar Qazan

  • " width="300" height="266" />
    “STRATEQ BAXIŞI”nda QARABAĞ MÜZAKİRƏSİ:“Rusiya ilə indiki anda anlaşma bütün Azərbaycanı itirmək deməkdir" - VİDEO
  • " width="300" height="266" />
    Zəlimxan Məmmədli:"Görürəm ki, mənim mindiyim gəmi batır" - VİDEO
  • " width="300" height="266" />
    Dostu “Basqal Həsən” Əbülfəz Elçibəydən danışdı:“Dünyasını dəyişəndə elə bildim ki, həyatım dayandı”-VİDEO
  • " width="300" height="266" />
    Zəlimxan Məmmədli:“Gürcüstanın xoşbəxtliyi Azərbaycan, Türkiyə və Türk Dünyası ilə bağlıdır”-VİDEO
  • " width="300" height="266" />
    Zəlimxan Məmmədli Elçibəyə xəyanətdən danışdı:“Elçibəyin namizədliyinə əngəl olan hər kəs mükafatını aldı”-VİDEO
  • " width="300" height="266" />
    DEPUTAT FƏZAİL AĞAMALIDAN ZƏRDÜŞT ƏLİZADƏYƏ SƏRT CAVAB:“Elçibəyin əleyhinə ifadə verən onun atası Məmməd Mübariz olub” - MÜSAHİBƏ
  • " width="300" height="266" />
    ZƏRDÜŞT ƏLİZADƏDƏN QALMAQAL SALACAQ AÇIQLAMALAR:"Qapı açıldı və Vaqif Hüseynovla Əbülfəz bəy gülə-gülə çıxdılar...“ - VİDEO
  • " width="300" height="266" />
    Zərdüşt Əlizadədən ağır sözlər:"KQB ARXİVLƏRİ AÇILMADIĞINIDAN, BU GÜNDƏYİK"-VİDEO
  • " width="300" height="266" />
    Zərdüşt Əlizadə:“HEYDƏR ƏLİYEV GƏLƏNDƏN SONRA 12 İRAN GENERALI DA GƏLİB OTURMUŞDU BAKIDA” - VİDEO
  • " width="300" height="266" />
    “STRATEQ BAXIŞI”nda növbəti müzakirə:“İRAN VURULARSA, NƏLƏR OLAR?” - VİDEO

Qapalı Mövzu


Vəkil Bürosu

Qadın Sözü

Sentyabr 2018
BE ÇA Ç CA C Ş B
« Avq    
 12
3456789
10111213141516
17181920212223
24252627282930



XƏBƏR LENTİ

19 Sentyabr 2018
18 Sentyabr 2018

Digər Xəbərlər

12 Sentyabr 2018 - 12:02

SURİYADA YENİDƏNQURMA DÖVRÜ:müharibədən sonra ittifaqlar dəyişə, Tehran-Pekin oxu yarana bilər - TƏHLİL

Həmidrza Əzizi

“Əl-Monitor”

 

İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif sentyabrın 3-də Şama rəsmi səfər edib və Suriyanın yüksək məqamlı səlahiyyətliləri ilə görüşüb. Suriyadakı müharibə sonrası yenidənqurma prosesində İranın rolu müzakirə olunan məsələlər arasında ən mühümü olub. Suriya baş naziri İman Xamislə görüşündə Zərif iki ölkə səfirliyinin bu prosesi asanlaşdıracağını söyləyərək, yenidənqurmada İranın özəl sektorunun iştirakı fikrinə toxunub.

Tehranın Suriyanın yenidən qurulmasında özü üçün ciddi rol müəyyən etmə arzusu avqustun 18-də İranın iqtisadiyyat və şəhərsalma üzrə nazirinin müavini Əmir Amininin başçılıq etdiyi nümayəndə heyətinin Dəməşqə səfərindən diqqət mərkəzindədir. Səfər çərçivəsində iki ölkə arasında uzun müddətli iqtisadi əməkdaşlıq müqaviləsi müzakirə edilib.

Tərəflərin razılığa gəlib-gəlmədiyinə dair heç bir detal ortaya çıxmasa da, Yol və Şəhərsalma üzrə Nazirliyin təmsilçisi avqustun 31-də müqavilənin əsaslarını açıqlayıb. Nazirliyin beynəlxalq əlaqələr şöbəsinin müdiri Teymur Bəşir Qonbadi bildirib ki, İran şirkətləri Suriyanın nəqliyyat infrastrukturunun yenidən qurulmasına və ölkədə 30 min evin inşasına cəlb olunacaqlar. Qonbadi, həmçinin İraq vasitəsilə İran və Suriya arasında dəmir yolu inşasının planlaşdırıldığını açıqlayıb. O, Çinin BRI layihəsi çərçivəsində Aralıq dənizinə çıxışın təmin edilməsi istəyi nəzərə alınaraq çəkiləcək.

İranın müdafiə naziri Əmir Hatəminin avqustun 27-də Dəməşqə səfəri ilə aydın olub ki, Suriyadakı yenidənqurma planı hərbi ölçüyə də sahibdir. Hatəminin Suriyaya ikigünlük səfəri zamanı müdafiə tərəfdaşlığı mövzusunda razılaşma imzalanıb və bu da İranın Suriya silahlı qüvvələri və hərbi sənaye sektorunda iştirakını nəzərdə tutur.

Suriyanın yenidən qurulması strategiyası xüsusi iqtisadi, geosiyasi və hərbi aspektlərə malikdir. İqtisadi olaraq prezident Donald Trampın 2015-ci ilin nüvə sazişindən çəkilmə qərarı sonrasında təkrar tətbiq olunan ABŞ sanksiyalarının mənfi təsirlərini aradan qaldırmaq düşünülür. Çünki Vaşinqtonun “xəyanət”indən sonra bir çox böyük beynəlxalq şirkət İrandakı fəaliyyətini dayandırıb. Nəticədə, beynəlxalq iqtisadi fəaliyyətini davam etdirmək üçün İranın ümidi kiçik və orta müəssisələrə (KOM) bağlanıb.

İyunun 24-də çıxış edərkən, Zərif bildirib ki, ABŞ-ın nüvə razılaşmasından çıxmasının ardınca Avropa ölkələri İranda işlərini davam etdirmək üçün KOM-lara müraciət edib, çünki bu müəssisələrin ABŞ bazarı ilə daha az əlaqəsi və sanksiya riskləri var. Zərifin sözlərinə görə, İran KOM-lara dəstək verməli və onları Avropalı həmkarları ilə əlaqələndirməlidir.

Suriyanın yenidən qurulması təkcə İranın özəl sektoru. xüsusilə KOM-ları xaricdə sərfəli iş fəaliyyətlə deyil, həm də bu prosesdə iştirak edə biləcək digər beynəlxalq şirkətlərlə yeni əlaqələr qurma imkanı ilə təmin edə bilər. Bu, İranın iqtisadi əlaqələrinin genişləndirəcək və son dövrlərdə baş verən böhrana baxmayaraq, iqtisadiyyatı canlı saxlamaq üçün mühüm arteriya olacaq.

Geosiyasi səviyyədə Tehran İraq və Suriyadakı təsirinə arxalanır və Çinlə sıx əlaqələr qurmağa çalışır, özünü BRI-nin əsas komponenti kimi tanıtmaq üçün Pekinə Asiyanı Aralıq dənizi və Qərbi Avropaya birləşdirən quru yolununun alternativi kimi təqdim edir. İran və Çin artıq BRI çərçivəsində bir sıra əməkdaşlıq sazişləri imzalayıb. Ali lider Əli Xamnəi də daxil olmaqla, yüksək məqamlı rəsmilər İranın Çin meqalayihəsində iştirakını dəstəkləyirlər.

İran ABŞ-ın artan təzyiqi ilə üzləşir, BRI-nin fəal üzvü olmaqla, özünü Şərq-Qərb ticarəti və nəqliyyatının mərkəzinə yerləşdirmək istəyir, bu da Birləşmiş Ştatların beynəlxalq səviyyədə İranı təcridlə səylərini çətinləşdirir.

Digər tərəfdən, Suriyada müharibədən sonrakı dövr üçün öz iqtisadi planlarını Çin kimi böyük bir gücə bağlayaraq, Tehran Suriyadakı gələcək iqtisadi rolunun potensial rəqiblər tərəfindən məhdudlaşmayacağına əmin olmaq istəyir.

İranın Suriyadakı yenidənqurma planlarının hərbi cəhətinə gəldikdə isə, birbaşa hərbi varlığını davam etdirmədən hərbi təsirini qorumağa çalışır, buna görə də, ABŞ və İsrail deyil, eyni zamanda, müttəfiqi Rusiyanın təpkisini oyada bilər. Ancaq Suriya silahlı qüvvələrinin yenidən qurulmasında İranın iştirakı İslam Respublikasına silahlı birləşmələrini Suriya ordusuna inteqrasiya etmək, Suriyadakı hərbi təsirini gücləndirmək imkanı verəcək. Bu da İrana “məsləhətçi” missiyalarla, ən azı minimal hərbi varlığı təmin edəcək.

Suriyanın yenidən qurulmasında aktiv rol oynama istiqamətli son cəhdlər müharibənin təxminən bitməsi deməkdir. Artıq yeni amillərə əsaslanaraq, Tehranın bu ölkədəki rolunu yenidən təyin etmək zamanıdır. İranın Suriyadakı ittifaq və tərəfdaşlıq modelləri müvafiq olaraq dəyişə, məsələn, Rusiya Suriya infrastrukturunun yenidən qurulmasında və xüsusilə enerji sektorunda potensial rəqib kimi görünə bilər. Nəticədə, Tehran-Moskva oxu Tehran-Pekin əməkdaşlıq çərçivəsi ilə əvəzlənəcək.

Nəhayət, bütün bu inkişaflar göstərir ki, İran Suriya rejiminə tam dəstəyini davam etdirəcək, çünki son razılaşmaların həyata keçirilməsi yaxın gələcəkdə Suriyada eyni rejimin davamlılığından asılıdır.

 

Tərcümə: Strateq.az