XƏBƏR LENTİ

18 Noyabr 2018
17 Noyabr 2018
16 Noyabr 2018

Digər Xəbərlər

12 Sentyabr 2018 - 12:18

BİR QIĞILCIMLA HƏR AN PARTLAMAĞA HAZIR İDLİB… –"Mini Dünya Müharibəsi" məhz buradan başlaya bilər - TƏHLİL

Sərdar Turqut,

“Habertürk”ün Vaşinqton təmsilçisi, 11 sentyabr 2018-ci il

 

“Mini Dünya Müharibəsi” anlayışı mənim ortaya atdığım anlayış deyil. Bunu ABŞ Konqresinin Xarici əlaqələr komitəsinin demokrat üzvü Brendan Boyl söyləyib.

ABŞ-ın da regionda bəzi təlimlərə başlaması haqqında kəşfiyyat məlumatları gəlməsindən sonra ondan bu məsələ barədə fikrini soruşublar. O da “Bəli, doğrudur, bizlər də hərbi təlimlərə başlamışıq və durum çox gərgindir. Hətta elə ki, bir “Mini Dünya Müharibəsi” təhlükəsindən belə bəhs edilə bilər” deyib.

Onsuz da rus donanması ilə ABŞ gəmiləri Suriya sahillərinə və bir-birinə çox yaxın yerləşmiş vəziyyətdədirlər.

ABŞ quruda da bəzi hərbi əməliyyatları təlim adı altında icra etməyə başlayıb.

 

Ruslar bir müddətdir ki, hərbi aktivlik içindədirlər

 

ABŞ rəhbərliyi bu faktiki durumun bir qəza və ya təxribat nəticəsində qaynar münaqişəyə çevrilməsi ehtimalından qorxur.

Bu səbəbdən Rusiya ilə bütün rabitə xətlərinin açıq saxlandığını söyləyən bir vəzifəli şəxs, “İnsansız hava kəşfiyyatı toplama təyyarəsi qaldırsaq belə, anında ruslara xəbər verilir. Eyni şəkildə onlar da bizə xəbər verirlər” deyib.

Görüşdüyüm ABŞ mənbələri iki ölkə arasında sadəcə alt səviyyəli texniki xəbərləşmə xətlərinin deyil, milli təhlükəsizlik müşavirləri səviyyəsində siyasi xətlərin də qarşılıqlı olaraq daim açıq saxlandığını və Con Boltonun rus həmkarı ilə davamlı dialoq içində olduğunu söyləyirlər.

 

ABŞ nə istəyir?

 

İdlib beləcə bir qığılcımla tamamən patlamağa hazır haldaikən, ABŞ-ın bu mərhələdə nə üçün hərbi əməliyyatlar icra etməyə başladığını soruşduğumda, milli təhlükəsizlik sahəsində mütəxəssis olan jurnalist dostlarım bu cavabı verdilər: “İdlibdə nə olursa-olsun, Amerika növbəti mərhələnin artıq siyasi həll mərhələsi olduğunu düşünür. Yəni, Suriyada bundan sonrakı mərhələ siyasi həll yolunda addımların atılmasıdır”.

Vaşinqtondakı müvafiq qurumlar ABŞ-ın siyasi həll yolunda atılacaq addımlara təsir gücünün xeyli azaldığını və iplərin Rusiya və Türkiyənin əlinə keçdiyini düşünürlər. Bu üzdən də meydanda son dəfə bir güc nümayiş etdirildiyi təqdirdə, yenidən müəyyənedici güc ola biləcəkləri xüsusən də Pentaqondakı CENTCOM komandanlığı tərəfindən təsbit edilmişdir. Bu son aktivliyi də bu baxımdan qiymətləndirmək lazımdır.

 

Meydandakı kozrları YPG-dir

 

Həmin mənbələrə görə, Vaşinqton elə bu səbəblə meydandakı yeganə kozırı olan YPG-ni təkrarən önə sürmüş durumdadır. İŞİD-lə mübarizə koalisiyasının koordinatoru Bret Makgörkə Vaşinqtondan verilən vəzifə, YPG ilə danışaraq onun rəhbərliyinin Dəməşqlə danışıq kanallarını açıb Suriya rejiminin İdlibə yönlik gözlənilən əməliyyatına onların yanında qatıla biləcəkləri mesajını verdirməkdir.

Bu həmlənin yeganə məqsədi siyasi nəticələr alma zamanı gəldiyində, Fərat çayının şərqində bir kürd qurumunun yaradılmasına Dəməşqin izn verməsinin təmin edilməsidir.

ABŞ mənbələrinə görə, Rusiya, Tehrandakı üçlü zirvə görüşündən sonra verdiyi açıqlamada “Suriyada terror təşkilatları bircə İdlibdə qalıb” deyərək, Fərat çayının şərqiylə bağlı ABŞ-la daha öncə əldə edilmiş razılaşmaya sadiqlik nümayiş etdirib. Vaşinqtonun şərhinə görə, Rusiya da Fərat çayının şərqində bir YPG qurumunun yaradılmasına izn verilməsinə Dəməşqi razı salacaq.

Vaşinqton buna İranın etiraz etməsinə önəm vermir, lakin Türkiyənin mövqeyinin necə olacağını diqqətlə izləyir. Və bir həll yolu tapılması üçün formul axtarışı da davam edir.

 

Təxribat qorxusu

 

“Mini Dünya Müharibəsi” riskindən bəhs edən qurumlar meydandakı həssas durum səbəbilə, hər hansı bir təxribatdan qorxurlar. Onlara görə, bunun ABŞ, Rusiya və ya Türkiyədən gəlmə ehtimalı yoxdur. Bu mənbələr, İrana yaxın milislərdən və YPG-nin nəzarətdən çıxmış ünsürlərindən və ya regionda mövcud olan çoxsaylı muzdlu hərbi ünsürlərdən qorxurlar. Deyirlər ki, onların birindən hər hansı təxribat addımı gəldiyi təqdirdə, İdlib tam mənası ilə partlayar.

 

Son ümid Türkiyədir

 

ABŞ mediası və mütəxəssislər onsuz da bunu söyləyir, ancaq rəhbərliyin də ümidi belə bir inkişafı önləyə biləcək gücə meydanda sahib olan yeganə ölkə kimi Türkiyəyədir. Bu üzdən Türkiyə tərəfindən verilən açıqlamalar və atılan diplomatik addımlar Vaşinqtonda yaxından izlənilir və təhlil edilir.

Tərcümə Strateq.az-ındır





Yuxarı Əvvələ Ana Səhifə