Gündəm

  • " width="300" height="266" />
    Netanyahu Putinə zəng etdi, təkliflər verdi –Rusiya təyyarəsinin vurulmasına görə
  • " width="300" height="266" />
    Prezident İlham Əliyevdən cəbhədəki son hadisəyə reaksiya:"Əsgərlərimiz onlara elə dərs veriblər ki..."
  • " width="300" height="266" />
    Rəsmi Pekindən ABŞ-a “60 milyardlıq vergi” cavabı gəldi:"Qərarımız sentyabrın 24-də qüvvəyə minəcək"
  • " width="300" height="266" />
    Donald Tramp rəsmi Pekini hədələdi:"Biz iqtisadi cəhətdən sürətli və sarsıdıcı cavab verəcəyik”
  • " width="300" height="266" />
    İsraildən Rusiyanın hərbi təyyərəsinin vurulmasına rəsmi reaksiya:"Bütün məsuliyyət Suriyanın üzərindədir"
  • " width="300" height="266" />
    “Rusiya Suriyadakı hərbçilərinin təhlükəsizliyini təmin edəcək, bunu hamı görəcək” –Putindən bəyanat
  • " width="300" height="266" />
    Türkiyə Suriyaya əlavə qoşun yeridir:"İdlib terroçulardan təmizlənəcək"
  • " width="300" height="266" />
    Ekspertdən neftin qiyməti ilə bağlı təhlükəli proqnoz:"Yeni “neft şoku"nun yaranma riskləri güclənir”
  • " width="300" height="266" />
    Politoloqdan Ərdoğan-Putin razılaşmasına şərh:"Hər iki şərtin yerinə yetirilməsi Türkiyənin çiyinləri üzərinə düşəcək"
  • " width="300" height="266" />
    Rusiya müdafiə naziri Əsəd rejiminin adından da cavab verdi:"İdlibdə hərbi əməliyyatlar aparılmayacaq"

Müsahibə

  • " width="300" height="266" />
    PUTİNİN AZƏRBAYCANLI DOSTU:"Mənə hər hansı tapşırıq verilsə, onu həyata keçirməyi özümə borc biləcəm" - MÜSAHİBƏ
  • " width="300" height="266" />
    Rusiyalı təhlilçi Qriqori Trofimçuk:"Koçaryan hakimiyyətə idda etsə, ölkədə durum sabitsizləşəcək" - MÜSAHİBƏ
  • " width="300" height="266" />
    Keçmiş deputat Kərim Kərimov:“Naxçıvana - Heydər Əliyevin yanına gedənlər arasında Etibar Məmmədov da vardı”
  • " width="300" height="266" />
    Yaqub Mahmudov:“Nuru Paşa Azərbaycan ordusu ilə əməkdaşlıq etmədən tarixi vəzifələri yerinə yetirə bilməzdi” – MÜSAHİBƏ
  • " width="300" height="266" />
    DEPUTAT MƏLAHƏT İBRAHİMQIZI:“Bu yubiley tədbiri ermənilərə və onları dəstəkləyən qüvvələrə mesajdır”- MÜSAHİBƏ
  • " width="300" height="266" />
    Professor Cəmil Həsənli:"15 sentyabrı «Qurtuluş günü» adlandıra bilmirlərsə, «Paytaxt günü» desinlər"
  • " width="300" height="266" />
    Sülhəddin Əkbər:"Hazırda sionizm öz gücünün zirvəsindədir" - MÜSAHİBƏ
  • " width="300" height="266" />
    PROFESSOR XALƏDDİN İBRAHİMLİ:"Suriyada konsensus Qarabağ məsələsində də anlaşmaya yol aça bilər" - MÜSAHİBƏ
  • " width="300" height="266" />
    Zərdüşt Əlizadə:“Mümkündür ki, Bəşər Əsəd getsin...” – MÜSAHİBƏ  
  • " width="300" height="266" />
    Türkiyənin keçmiş xarici işlər naziri:"Bağlı qapıların arxasında Türkiyə ilə sərt danışılıb" (Müsahibə)

Qaynar Qazan

  • " width="300" height="266" />
    “STRATEQ BAXIŞI”nda QARABAĞ MÜZAKİRƏSİ:“Rusiya ilə indiki anda anlaşma bütün Azərbaycanı itirmək deməkdir" - VİDEO
  • " width="300" height="266" />
    Zəlimxan Məmmədli:"Görürəm ki, mənim mindiyim gəmi batır" - VİDEO
  • " width="300" height="266" />
    Dostu “Basqal Həsən” Əbülfəz Elçibəydən danışdı:“Dünyasını dəyişəndə elə bildim ki, həyatım dayandı”-VİDEO
  • " width="300" height="266" />
    Zəlimxan Məmmədli:“Gürcüstanın xoşbəxtliyi Azərbaycan, Türkiyə və Türk Dünyası ilə bağlıdır”-VİDEO
  • " width="300" height="266" />
    Zəlimxan Məmmədli Elçibəyə xəyanətdən danışdı:“Elçibəyin namizədliyinə əngəl olan hər kəs mükafatını aldı”-VİDEO
  • " width="300" height="266" />
    DEPUTAT FƏZAİL AĞAMALIDAN ZƏRDÜŞT ƏLİZADƏYƏ SƏRT CAVAB:“Elçibəyin əleyhinə ifadə verən onun atası Məmməd Mübariz olub” - MÜSAHİBƏ
  • " width="300" height="266" />
    ZƏRDÜŞT ƏLİZADƏDƏN QALMAQAL SALACAQ AÇIQLAMALAR:"Qapı açıldı və Vaqif Hüseynovla Əbülfəz bəy gülə-gülə çıxdılar...“ - VİDEO
  • " width="300" height="266" />
    Zərdüşt Əlizadədən ağır sözlər:"KQB ARXİVLƏRİ AÇILMADIĞINIDAN, BU GÜNDƏYİK"-VİDEO
  • " width="300" height="266" />
    Zərdüşt Əlizadə:“HEYDƏR ƏLİYEV GƏLƏNDƏN SONRA 12 İRAN GENERALI DA GƏLİB OTURMUŞDU BAKIDA” - VİDEO
  • " width="300" height="266" />
    “STRATEQ BAXIŞI”nda növbəti müzakirə:“İRAN VURULARSA, NƏLƏR OLAR?” - VİDEO

Qapalı Mövzu


Vəkil Bürosu

Qadın Sözü

Sentyabr 2018
BE ÇA Ç CA C Ş B
« Avq    
 12
3456789
10111213141516
17181920212223
24252627282930



XƏBƏR LENTİ

19 Sentyabr 2018
18 Sentyabr 2018

Digər Xəbərlər

12 Sentyabr 2018 - 13:27

ƏRDOĞANIN ARDINCA PUTİN DƏ BAKIYA GƏLİR:Rusiya prezidenti bu dəfə Azərbaycandan nə aparacaq? – Təhlil

 

Stanislav Tarasov

regnum.ru, 11.09.2018

 

Rusiya Dövlət Duması MDB məsələləri üzrə komitəsinin başçısı Leonid Kalaşnikov bu günlərdə məlumat verib ki, Rusiya prezidenti Vladimir Putin sentyabrın 25-də Bakıya səfər edəcək. Rusiya prezidentinin beynəlxalq məsələlər üzrə köməkçisi Yuri Uşakov bu məlumatı təsdiqləyib.

Yada salaq ki, Putin artıq Soçidə azərbaycanlı həmkarı İlham Əliyevlə  danışıqlar aparıb. Tərəflər iqtisadi və siyasi xarakterli tam 17 sənəd imzalayıb, 2024-cü ilədək əməkdaşlığın əsas yönlərinin inkişafı üzrə fəaliyyət planı təşkil edən beş “yol xəritəsi” üzrə memorandum qəbul edib, hər iki ölkə arasında qarşılıqlı münasibətlərin inkişafındakı mühüm problemləri, həm də bölgəsəl və beynəlxalq durumu müzakirə ediblər. Bununla belə, Kalaşnikov bildirib ki, Bakıya səfərin gedişində iki prezident “Soçi danışıqlarının gedişində tərəflərin anlaşdığı və ya anlaşmadığı məsələləri cilalayacaq”.

Düzdür, məhz hansı məsələləri – bunu dəqiqləşdirməyib. Amma bunların olduğunu hərbi-texniki əməkdaşlıq, energetika və çox ehtimal ki, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi probleminə toxunan Rusiya-Azərbaycan dialoqunun qeyri-adi qızğınlığı göstərir.

Habelə bütünlükdə qonşu Yaxın Şərqdə və xüsusən də Suriya ilə İranda inkişaf edən qəliz proseslər nəzərə alınmaqla bölgəsəl təhlükəsizlik sisteminin qurulmasında kəskin problemlər var. Hamı anlayır ki, İranda istənilən qarışıqlıq bütün Cənubi Qafqaza hərc-mərclik yaymaqla  obyektiv şəkildə birinci növbədə Azərbaycana toxunacaq. Bakı bölgədə mənfi prosesləri cüziləşdirməyə can ataraq inkişafda gerçək dayaq nöqtəsi olarsa, bu, başqa məsələdir. Nəhayət, Dağlıq Qarabağ münaqişəsi amilini geniş geopolitik kontekstdə gərəyincə dəyərləndirməmək olmaz. Buna görə də fəal Rusiya-Azərbaycan dialoqu, Tehranın şimalda “qaynar nöqtə”yə malik olmaq istəksizliyi hadisələrin bu yöndə “qaynar sseanri” üzrə inkişafına yol verməmək üçün önləyici məqama çevrilir. Gözlənilir ki, bu ilin axırına qədər Rusiya, İran və Azərbaycan prezidentlərinin iştirakilə Rusiyada çox şeyin müəyyən edilə biləcəyi üçtərəfli sammit baş tutacaq.

Daha bir önəmli özəllik gözə dəyir. Çoxsaylı ticari-iqtisadi və başqa birgə layihələrin ətrafında inkişaf edən Rusiya-Azərbaycan dialoqunun fəallaşması fonunda Türkiyənin xarici siyasətində Cənubi Qafqaz yönündə resursların tükəndiyi müşahudə olunur. Səbəblər aydındır: Ankara sərhədlərinin bütün perimetri boyu öz ərazi bütövlüyü üçün təhlükəli geopolitik problemlər cücərdib və Rusiyanın dəstəyinə ehtiyacı var. Buna görə də fəal Moskva-Bakı dialoqu istənilən halda Ankarada Türkiyənin Azərbaycandakı nüfuzunu sarsıdan trend kimi qəbul olunmur. Ankara eyni zamanda hadisələrin inkişafını böyük diqqətlə izləyir.

Məlum olub  ki, Putinin Bakıya səfəri ərəfəsində Türkiyə prezidenti Rəcəb Tayib Ərdoğan türk generalı Nuru Paşanın başçılıq etdiyi Qafqaz İslam Ordusunun Bakını azad etməyinin 100 illiyinə həsr olunmuş tədbirlərə qatılmaq üçün orada olacaq.

Qeyd edək ki, Türkiyə prezidenti Azərbaycana son dəfə iyulda səfər edib. Ankara Suriya yönündə Rusiya və İranla alyansda olmaqla İdlib probleminin həlli qismində ora-bura vurnuxur. Ərdoğan İran, Rusiya və Türkiyə başçılarının sammitində bu əyalətdə barışıq elan etməyi istəyib. Sonra elan edib ki, Putinlə bir daha görüşmək niyyətindədir, indi isə ABŞ-ın başçılıq etdiyi beynəlxalq koalisiyaya İdlib əməliyyatına qoşulmaq çağırışıyla çıxış edib. Bu, güzəştlərin pozulduğu həddə oyun, dərhal bir neçə geopolitik meydançada fəaliyyətdə var olan qəlizliklərin sərgilənməsidir.

Perspektivdə ehtimal yüksəkdir ki, Azərbaycan istiqamətində İranın bölgə rəqibi Türkiyənin maraqları Ankara və Tehran arasındakı qarşılıqlı münasibətlərdə əngələ çevrilə bilər. Moskva və Bakı bunu görür və yaxşı başa düşür. Bax, buna görə onların uzunillik əməkdaşlığın parametrlərinin müəyyən edilməsilə bir-birinə doğru konkret addımının əlamətdar önəmi ola bilər. Əlbəttə, bu zaman Rusiyanın bölgədəki ən yaxın müttəfiqinin – Ermənistanın maraqlarını unutmağına dəyməz.  Amma bu haqda növbəti dəfə.

Tərcümə Strateq.az-ındır.