XƏBƏR LENTİ

30 May 2020
29 May 2020

Digər Xəbərlər

09 Fevral 2016 - 15:11

Putinin ”varisi” danışdı:“Mənə dedilər ki, Putin müvəqqətidir, onu başqa adam əvəz edəcək”

dyuVladimir Putinin “varisi” kimi qələmə verilən Aleksey Dyumin “Kommersant” qəzetinə müsahibəsində Rusiya prezidenti ilə bağlı maraqlı məqamları açıqlayıb.

Hazırda Tula vilayətinin qubernatoru vəzifəsini icra edən Dyuminə Qərbdə Putinin gələcək varisi kimi baxırlar. Rusiya prezidentinin şəxsi mühafizə xidmətində olmuş Dyumin daha sonra bir sıra vəzifələrdə çalışıb. O, Putinin mühaifzə xidmətinə necə düşməsi barədə danışıb.

Dyuminin sözlərinə görə, 1999-cu ildə o zaman hökumətə başçılıq edən Stepaşini regionlara səfərində müşayət edib.

“Hakim elitada Putinə keçici fiqur kimi baxırdılar”

“Səfərdən qayıqan günün gecəsi mənə zəng vurub dedilər ki, sabah Vladimir Putinin şəxsi mühafizə xidmətinə çıxmalıyam.  Mən xidmətə çıxan gün Putin hələ baş nazirin vəzifəsini icra edirdi. Bu, 9 avqust 1999-cu ildə olmuşdu”.

Dyumin bildirib ki, hakim elitada Putinə keçici fiqur kimi baxırmışlar:

“İndi adını çəkmək istəmədiyim bir rəis mənim yanıma gəldi və dedi ki, “sadəcə növbəti hökumət başçısı gəlib və bu Putin, keçici fiqurdur”.

O mənə bildirdi ki, “Putini heç kim tanımır, onun barəsində heç kim heç nə eşitməyib”. Həmin rəis dedi: 

“Sizin vəzifəniz bizi sadəcə utandırmamaqdır. İşləmək lazımdır. Putin 1-2 aylığa gətirilib, sonra baş nazir başqa adam olacaq, odur ki, yola vermək lazımdır…”

dyu ox.jpg

“Putinin vertolyotu sərt şəkildə yerə düşdü”

Dyumin prezident Putini mühafizə edərkən baş vermiş təhlükəli hadisələrdən bəzilərini açıqlayıb.

Onun sözlərinə görə, dövlət başçısının təhlükəsizliyi ilə bağlı kifayət qədər anlar olub. Bu barədə yəqin ki, çox illər sonra danışmalı olacaq:

“Bu hadisələr indiyə qədər məxfi qrifi altındadır. Bəzi hadisələri deyə bilərəm… Çeçenistanda Znamenski kəndini azad etdikdən sonra Putin ora gəldi. Kənd ağsaqqalları ilə görüş çox ağır keçdi. Kənd azad olunsa da, müəyyən məsələlər hələ həll olunmamışdı. Ağsaqqallarla görüşdən sonra  biz vertolyotlara tərəf getdik. Prezidentin uçacağı əsas vertolyot onu gözləyirdi. Mən “cənab prezident, bununla uçacaqsınız”, – desəm də, Putin mənə qulaq asmayıb arxadakı müşayiətçi vertolyota mindi.

Vertolyot uğurla göyə qalxdı. Biz isə prezidentin minməli olduğu vertolyota oturduq. Mühərriki işə saldıqdan sonra vertolyot yerdən 2 metr qalxdı, nəsə gurultu səsindən sonra tüstü qalxdı və maşın çox sərt şəkildə yerə oturdu.

Pilot ağappaq ağarmış və tərləmiş halda kabinədən çıxıb “uşaqlar, köynəkdə doğulmşuq”, – deyə qışqırdı.

dyumin.jpg

“Prezidentin yatdığı evin qapısında ayı durmuşdu”

Başqa bir hadisəni deyim: Çox dağlıq bir yerdə idik. Mən evdə növbə çəkirdim. Prezident dincəlirdi. Birdən mənə ratsiyada xəbər verdilər ki, qapının girişində ayı var. Mən əvvəl elə bildim, kimsə zarafat edir. Qapını açdıqda yekə bir ayının kandarda durduğunu gördüm. Qapı isə perimetr boyu şüşədən idi. Mən silahlı idim. Ayı ilə ilə bir qədər bir-birimizə baxdıq. O, bir qədər geri çəkildi, mən qapını açdım və ayının ayaqları altına bir neçə güllə atdım. Ayıya yazğım gəlirdi. Amma əgər ayı şüşəni qırsaydı… Ayı ağıllı çıxdı. Başa düşdü ki, onu öldürmək istəmirlər, yavaş-yavaş çıxıb getdi. Səhər bunu prezidentə məruzə etdim. Putin dedi ki, “yaxşı ki, ayını öldürməmisən. Afərin”.

Dyumin 2012-ci ildə Ukrayna prezidenti Yanukoviçin Kiyevdən çıxarılması ilə bağlı məxfi əməliyata rəhbərlik etmədiyini deyib və bu barədə yazılanları “mif” adlandırıb.

X. SƏFƏROĞLU

Strateq.az

 




Yuxarı Əvvələ Ana Səhifə