XƏBƏR LENTİ

21 Oktyabr 2020
20 Oktyabr 2020

Digər Xəbərlər

13 Sentyabr 2018 - 15:11

SURİYANIN ŞƏRQİNƏ BAĞLANMIŞ QAPI:kürd separatçıları dəstəkləməklə, ABŞ Əsədi neft-qaz resurslarından məhrum edir -TƏHLİL

Cared Şuba

“The Defence Post”

 

ABŞ Xəzinədarlığı (Maliyyə Nazirliyi) ötən həftə Suriya hökumətini iqtisadi cəhətdən təcrid etmə strategiyasına dair yenilənmiş öhdəliyinə əsasən, prezident Bəşər Əsəd rejiminə yanacaq və silah göndərmədə ittiham olunan dörd şəxs və beş təşkilat əleyhinə yeni sanksiyalar elan edib.

Sanksiya hədəfləri arasında Suriyadakı “Qətirci” şirkətinin icraçı direktoru, İŞİD rejiminə neft müqavilələrində vasitəçilik edən Məhəmməd əl-Qətirci və Suriya Neft Nazirliyi üçün xam neft idxalında köməklik etmiş Yasir Abbas var. Hər iki şəxs Şamın kəşfiyyat orqanlarının himayəsi altında Suriyaya silah satışında ittiham olunurlar.

Həmçinin, digər iki şəxsin və üç şirkətin “böyük miqyaslı yanacaq tədarük şəbəkəsi” hədəfə alınıb, onlar Suriyanın Bəniyas limanına xam neft və təbii qazın nəqlində iştirak etməklə, ABŞ sanksiyalarından yayınıblar.

Şəbəkə Livanın “Abar Petroleum” və “Nasco Polymers”, habelən BƏƏ-də olan “Sonex Investment”s şirkətlərindən ibarətdir.

Dövlət Departamenti sentyabrın 6-da açıqlayıb ki, “Əsəd rejimi və tərəfdarlarına maddi dəstək verənlərə qarşı ABŞ-ın konkret və güclü hərəkətləri davam edəcək”.

Sanksiyalar 2011-ci ilin avqustunda prezident Barak Obamanın imzaladığı sərəncama əsasən qüvvəyə minib. Tramp administrasiyası Əsəd rejiminin neft və qazdan istifadə imkanlarını məhdudlaşdırmaq üçün Dəməşq və müttəfiqləri arasına paz soxmağı nəzərdə tutan iqtisadi strategiya yürüdür. Lakin “İSİŞ-in nəzarət etdiyi sahələrdə tədarükü təmin etmək”də ittiham edilən Qətircinin niyə məhz indi cəzalanması aydın deyil.

Avqustun ortalarında ABŞ-ın İŞİD Əleyhinə Koalisiyasının xüsusi nümayəndəsi Brett Makqurk “İŞİD xilafəti”nin mövcud olduğu ərazinin təxminən 99 faizi artıq “Suriya Demokratik Qüvvələri” (SDQ) və Koalisiya tərəfindən ələ keçirilib”, – demişdi.

Qətircinin İŞİD-lə əlaqəsi isə ilk olaraq 2017-ci ilin oktyabrında “Reuters” tərəfindən açıqlanıb.

Dövlət Departamenti bu məsələyə şərh verməyib.

 

Suriyada neft uğrunda mübarizə

Suriya hökumətinin aktivlərinə nəzarət mövcud administrasiyanın Əsəd rejimi ilə bağlı uzunmüddətli strategiyasının əsas hissəsidir. Dövlət Departamentinin Suriya üzrə xüsusi nümayəndəsi Ceyms Cefri təyinatından əvvəl, hələ iyun ayında bunu “Defence Post”-a bildirib.

Rusiya və İran şirkətləri ölkənin xarabazar olan karbohidrogen infrastrukturunun yenidən qurulması üçün müqavilələr imzalamağa hazırlaşdığı zamanda, “Qətirci” qrupu neft fəaliyyətləri ilə yenicə məşğul olmağa başlayıb.

İyun ayında Məhəmməd əl-Qətirci qardaşı, parlament üzvü Hüsam, oğlu Məhəmmədin Əhməd Bəşir əl-Qətirci və digər iki qardaşı ilə birlikdə “Arfada Petroleum” şirkətinin qurulacağını açıqlayıb. Suriya xəbər agentliklərinin məlumatına görə, şirkət neft və qaz infrastrukturu, kəşfiyyat, qazma və ticarət sahəsində ixtisaslaşıb.

Beynəlxalq Valyuta Fondunun (2010-cu il) hesabatına görə, müharibədən əvvəl xam neft satışı Suriya hökuməti büdcəsinin təxminən dörddə bir hissəsini təşkil edib.

Əsəd hökuməti münaqişə nəticəsində demək olar ki, ölkənin bütün neft ehtiyatlarına nəzarəti itirib, amma Rusiyanın paramilitar podratçısı “Wagner”-in köməyi ilə ən azı bir neçə karbohidrogen yatağını geri ala bilib.

ABŞ dəstəkli SDQ 2017-ci ilin sentyabr ayından etibarən Deyr əz-Zor yaxınlığında ölkənin neft və qaz ehtiyatlarının əksəriyyətini İŞİD-dən geri almaq üçün həyata keçirilmiş “Fırtına” əməliyyatına maneə törədib. Həmin vaxt Pentaqon dolayısı ilə Suriyanın neft yataqlarını ələ keçirmə yarışına qoşulub.

Hava hücumları ilə dağılmış ölkənin karbohidrogen infrastrukturu rəsmi Şamı Rusiya və İrandan neft tədarükünə vadar edib. SDQ ilə danışıqlar uğursuz olsa da, hökumət neftlə zəngin şimal-şərq əyalətlərini qrupdan geri almaq istəyir. “Amerikalılar və ya amerikalılarsız bunu edəcəyik”, – deyə Əsəd Rusiyanın rəsmi “RT” xəbər şəbəkəsinə müsahibəsində bildirib.

SDQ və rejim arasında inam yaratmağı nəzərdə tutan ön danışıqlar iyun ayında başlayıb. Qurumun həmsədri İlham Əhməd tərəflərin neft resursları mövzusunu müzakirə etdiyini təkzib edib. Amma Koalisiya Deyr əz-Zor yaxınlığında, Fərat çayının neftlə zəngin şərq tərəfinə, SDQ ərazisinə rejimin irəliləməsinə qətiyyətlə sədd çəkib.

Fevral ayında “Wagner” qrupundan olan yüzlərlə döyüşçüsü Deyr əz-Zor şəhərindən təxminən 16 kilometr şimal-şərqdə yerləşən, SDQ-nin nəzarətindəki “Conoco” qaz yatağına hücum zamanı ABŞ aviasiyası və artilleriyasının zərbələri ilə öldürülüb. “The Washington Post” və “Financial Times” qəzetlərinin xəbərinə görə, hücum Rusiya prezidenti Vladimir Putinin bir köməkçisi tərəfindən, Əsədin Suriyanın enerji sektoruna nəzarətini bərpa etməklə, ABŞ-ın sanksiyalarını aradan qaldırmaq üçün Rusiya strategiyası kimi sifariş verilib.

Həm Kreml, həm də Şam hücumu inkar edib və ABŞ-ı hadisə ilə bağlı günahlandırıb.

O dövrdə ABŞ müdafiə naziri Ceyms Mattis rejim qüvvələrinin ABŞ dəstəkli SDQ bazasına hücum etdiyini təsdiqləyib, lakin onun strateji qaz sahəsində yerləşdiyini xatırlatmayıb. Mattis daha sonra hücumun ABŞ-ın Əsəd rejiminə qarşı İŞİD sonrası strategiyası ilə əlaqəli olduğunu da inkar edib. Aprel ayının sonlarında Mattis Senatın Silahlı Qüvvələr Komitəsinə bildirib ki, hücum edən qüvvə məhv edilib.

May ayında “Politico” nəşri “Conoco” hadisəsinin detallarını açıb.

Fevral hücumuna dağıdıcı ABŞ cavabı Əsəd hökumətini karbohidrogen ehtiyatlarına giriş imkanlarını yenidən bərpa etmək üçün gizli üsullar seçməyə məcbur edib. İyun ayında Türkiyənin “Anadolu” xəbər agentliyi bildirib ki, SDQ, Deyr əz-Zor yaxınlığında Əbu-Ömər yatağından hər 75 barel rafinə edilmiş yanacaq üçün 100 barel xam neft mübadiləsi barədə razılığa gəlib. Yerli mənbələr neftlə bağlı oxşar əməliyyatları təsdiq ediblər.

İyun ayında “AFP” gündə 60-a yaxın xam neft tankerinin təmizlənmə üçün “kürd əraziləri”nə göndərildiyini bildirib.

SDQ neftinin yeni “Qətirci” qrupu ilə əlaqəsi varmı?

Qurumun sözçüsü şərh istəyinə cavab verməyib.

 

Suriyanın yenidən qurulması

İyul ayının ortalarında Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimov ABŞ-ın Baş Qərargah rəisi Cozef Danforda məktub göndərərək, Suriyadakı müharibədən sonrakı dövrdə infrastrukturun yeniləşdirilməsində və qaçqınların geri dönüşündə ABŞ-ı əməkdaşlıq etməyə çağırıb.

Təklifin Vaşinqtonda yaxşı qəbul edilmədiyi bildirilir. “Reuters”-in məlumatına görə, Ağ Ev Rusiya təşəbbüsünün iyul ayında, Helsinkidə prezident Donald Tramp və Putinlə müzakirələrin nəticəsi olduğunu inkar edib.

Bu ilin əvvəlində Tramp dəfələrlə ABŞ qüvvələrinin Suriyadan çıxarılacağını deməklə, administrasiyanın missiyaya sadiq olmasına şübhə yaradıb. Lakin Dövlət Departamentinin Yaxın Şərq məsələləri üzrə köməkçisi David Satterfild yanvar ayında Senatın Xarici Əlaqələr Komitəsinə Suriyaya dair strategiyanı təqdim edib və avqustun 17-də administrasiyanın mövqeyini təsdiqləyib. “BMT-nin təsdiqlənməmiş siyasi prosesindən başqa heç bir beynəlxalq yenidənqurma yardımı olmayacağını Rusiya hökumətinə açıq şəkildə bildirmişik. Bu məsələdə qeyri-müəyyənlik olmamalıdır”.

 

Tərcümə: Strateq.az




Yuxarı Əvvələ Ana Səhifə