XƏBƏR LENTİ

28 May 2020
27 May 2020

Digər Xəbərlər

10 Fevral 2016 - 16:33

Cəmiyyətin ehtiyac duyduğu müşavirələrdən: Heydər Əliyev generalı bu günə saldı –VİDEO

Heyder-Eliyev-mushavireMəlum olduğu kimi, mərhum prezident Heydər Əliyev keçirdiyi müşavirələrdə hər zaman fəaliyyətində ciddi nöqsanlara yol vermiş məmurları ayağa qaldırıb kəskin şəkildə danlayar, tənbeh edər və bu hal da hər kəsə özünü yığışdarması üçün yaxşıca bir dərs olardı.

Etiraf edək ki, hazırda ölkədə məmur özbaşınalığı, əksər vəzifəli şəxslərin özlərinin və övladlarının, qohum-əqrabalarının harın həyat tərzi ifrat həddə çatdığından, Azərbaycan cəmiyyəti Heydər Əliyevin belə müşavirələri üçün, sadəcə, çox darıxıb… 

Strateq.az oxucu marağını nəzərə alaraq, belə müşavirələrdən birini – mərhum prezident Heydər Əliyevin aeroportdakı vəziyyətlə bağlı Sərhəd Qoşunlarının rəisini danlaması səhnəsini təqdim edir.

Həmin müşavirədən təqdim edəcəyimiz epizoddan görünür ki, AZAL-ın hazırda da rəhbəri olan Cahangir Əsgərov Sərhəd Xidmətinin rəisindən şikayətçi olub.

Videodan görəcəksiniz ki, hazırda Baş nazirin müavini olan Artur Rasi-zadə və prezdent İlham Əliyevin köməkçisi olan Əli Əsədov da nöqsanlarını boynuna almaq istəməyən generalı necə çətin vəziyyətdə qoyurlar…

Strateq.az həmin müşavirədən çəkilən videonu təqdim edir:




Yuxarı Əvvələ Ana Səhifə