XƏBƏR LENTİ

25 Sentyabr 2020
24 Sentyabr 2020

Digər Xəbərlər

15 Sentyabr 2018 - 15:39

PUTİN BAKIDAN SONRA DA İRƏVANA GEDƏCƏK? –Trampla görüşü pozulan Paşinyanın uyğunlaşma müddəti tamamlanır – TƏHLİL

Stanislav Tarasov

regnum.ru, 14.09.2018

 

Məlumat gəlib ki, Rusiya prezidenti Vladimir Putin Ermənistana rəsmi səfər edəcək.

Prezidentin “İzvestiya”nın sitat gətirdiyi mətbuat katibi Dmitri Peskovun sözlərinə görə, səfərin müddəti sonralar razılaşdırılacaq. Bütün əlamətlərə əsasən, Putin böyük turne formatında Bakıya səfərdən sonra İrəvana uçacaq (ayın son günlərində MDB ölkələri liderlərinin görüşünün baş tutacağı Düşənbəyə səfər edəcək).

Olsun ki, Ermənistan baş naziri Nikol Paşinyan da bu forumun işinə qatılacaq, amma Regnum İA hələlik rəsmi məlumata malik deyil. Ancaq hər necə olsa da, Putinin İrəvana Moskvanın elan etdiyi səfəri Ermənistan KİV-ləri tərəfindən baş nazirin bu yaxınlarda Moskvaya baş tutmuş səfəri və Kremldə Rusiya liderilə danışıqlarından sonra “Paşinyanın dəvətinə cavab” kimi təqdim olunur. Düzdür, o zaman səfərin vaxtı “cari ilin sonu, ya da növbəti ilin başlanğıcı” kimi göstərilib. Amma durum elə şəkildə yetişir ki, görünür, sentyabrın 8-də Kremldə Paşinyanla danışıqlar aparılandan sonra Rusiya prezidenti və Ermənistan baş nazirinin iki ölkə arasında qarşılıqlı münasibətlərdəki bəzi məqamları aydınlaşdırmaq imkanı verən yeni görüşə ehtiyac meydana çıxıb. Bunlar isə üzdədir. Hər şeydən əvvəl, gözə bu dəyir ki, Rusiyadakı danışıqlardan sonra yeni Rusiya-Ermənistan dialoqunun “parlaq” dəyərləndirilməsilə təkcə Paşinyan çıxış edib. O, “Kommersant” qəzetinə müsahibədə bildirib ki, “Ermənistan-Rusiya münasibətləri hazırda çox yüksək, görünməmiş şəkildə yüksək səviyyədədir” və “münasibətlərimizdə faktiki heç bir problem yoxdur”.

Halbuki Moskva yüksək səviyyədə hər hansı dəyərləndirmədən vaz keçib. Düzdür, RF Dövlət Duması MDB məsələləri, Avrasiya inteqrasiyası və həmvətənlərlə əlaqələr üzrə komitəsinin sədri Leonid Kalaşnikov başda olmaqla nümayəndə heyəti bu günlərdə İrəvanda olub. İki ölkə parlamentarilərinin ünsiyyəti vaxtı iki ölkənin qanunvericilik məclisləri arasında münasibətlərin inkişaf perspektivləri haqda fikir mübadiləsi olub. Kalaşnikov bu zaman qeyd edib ki, “Rusiya və Ermənistan arasındakı əlaqələr yükəsk səviyyədə olub və yüksək qalmaqdadır”“parlament diplomatiyasının və beynəlxalq parlament platformalarında effektli əməkdaşlığın önəmli rolunu” vurğulayıb.

Hələlik olan  budur. Eyni zamanda KİV-lərdə məlumat meydana çıxıb ki, Moskvanın İrəvana təqdim etdiyi 100 milyon dollar həcmində hərbi kreditin gerçəkləşdirilməsi üçün Rusiya-Ermənistan danışıqları başlanıb. Bu, bir tərəfdən, sərgiləyir ki, Ermənistandakı siyasi sarsıntılara baxmayaq, Rusiya onunla hərbi-texniki xətt üzrə əməkdaşlığın inkişafını davam etdirir. Amma məhz bu anda İrəvanda ssenari üzrə Ermənistan Milli Məclisinin Azərbaycana müharibə elan edilməsi haqda qərar verdiyi  “Şantaj-2018” komanda-qərargah təlimlərinin keçirildiyini bildiriblər. Paşinyanın bununla bağlı bəyan etdiyi kimi, “təlimlərin əsas hədəfi dinc vəziyyətdən hərbi əməliyyatlara keçdiyi şəraitdə dövlət idarəçiliyi qurumlarının fəaliyyət məşqidir”.

Əlbəttə, istənilən ölkənin ordusu təlimlər keçirməyə borcludur. Lakin indiki halda, təbii ki, anaoloji təlimlərin keçirilməsini elan etmiş Bakıda uyğun reaksiya doğuran bu cür ssenaridən istifadə nəyə lazım idi? Və burada məsələ təkcə bunda deyil ki, belə hərəkət Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi üzrə danışıqlar prosesini pozur. Axı BMT Baş Assambleyası meydanlarında Azərbaycan və Ermənistan XİN baçılarının əvvəlki gündəliyin saxlanması şərtilə mümkün olası görüşü hazırlanır: düşmənlik edən tərəflərin təmas xəttində monitorinqi və beynəlxalq müşahidəçilərin gəlişini ifadə edən Vyana və Sankt-Peterburq sazişlərinin gerçəkləşdirilməsi.

Rusiya hərbi krediti də intriqa kontekstinə obyektiv şəkildə hörülməyə başlanıb. Hətta İrəvan ayrıca duran Rusiya-Ermənistan hərbi-texniki əməkdaşlıq aspektini təkcə Ermənistan və Rusiya ilə deyil, həm də Azərbaycan arasında artıq dialoq gündəliyinə inteqrasiya etməyə başlayır.

Bütün bunlar düşüncə doğurur ki, Paşinyanın davranışı və ziddiyyətli bəyanatlarına görə fikir yürüdərkən, onun bölgəsəl təhlükəsizlik üzrə son dərəcə şəxsi konsepsiyası hələ indi-indi formalaşır ki, bu da ayrıca analiz tələb edir. Və qəribə şəraitdə hakimiyyətə gələrək hazırda  kəskinləşən daxili-siyasi mübarizə durumunda ola-ola. Belə ki, Rusiya prezidentinin İrəvanda Ermənistan baş naziriylə dialoqu mürəkkəb, Moskva üçün isə hətta diaqnostik səciyyəli ola bilər. Buna görə də sirrə çevirməyəcəyik ki, hazırda Rusiya dairələrində Ermənistanla necə və hara hərəkət etmək haqda müxtəlif variantların ölçü-biçisi gedir. Məsələ həm də Ermənistanın özünün hara hərəkətlənmək istəyindədir.

“Sputnik Armenia”-nın xəbər verdiyi kimi, hələlik Nyu-York səfəri zamanı Paşinyanın ABŞ prezidenti Donald Trampla  sentyabra nəzərdə tutulmuş görüşü baş tutmayacaq. Agentlıik görüşün ləğvinin üç səbəbini sadalayır: Paşinyanın Rusiyaya səfərləri, Ermənistan hərbçilərinin Suriyada humanitar missiyaya qatılması və Rusiya mütəxəssislərinin Ermənistandakı Amerika laboratoriyalarına buraxılması.

Baxaq, sonra nələr olacaq. Ermənistanın yeni baş nazirinə konkret geopolitik gerçəkliklərə uyğunlaşmağa verilən müddət artıq tamamlanır.

Tərcümə Strateq.az-ındır.




Yuxarı Əvvələ Ana Səhifə