XƏBƏR LENTİ

18 Sentyabr 2020

Digər Xəbərlər

16 Sentyabr 2018 - 20:29

350 MİLYARD DOLLARA YENİDƏN QURULACAQ SURİYA… –Türkiyə şirkətlərinə bu "tort"dan nə çatacaq? - TƏHLİL

Sərdar TURQUT,

“Habertürk”ün Vaşinqton təmsilçisi, 15 sentyabr 2018-ci il

 

Vaşinqtonda Suriya və İranı izləyən bütün qurumlar avqustun 18-də səhər saatlarından başlayaraq, diqqətlərini yalnız bir məsələyə cəmləmişdilər. O gün İranın Yol və şəhərsalma naziri Amir Amin Dəməşqdə görüşlər keçirirdi. Bura gələn kəşfiyyat məlumatına görə, görüşlərin əsas mövzusu Suriyada siyasi həll prosesi başladıqdan sonra ölkənin yenidən qurulması idi. Bu, ABŞ rəhbərliyinin çox yaxından maraqlandığı və ən böyük payı almaq istədiyi məsələ olduğu üçün həmin gün bütün qurumlar diqqəti İranın nələr etdiyinə vermişdilər.

O gün Dəməşqdə keçirilən görüşlərin sonunda, Vaşinqton vaxtı ilə saat 14.00-15.00 arası, bir anlaşmanın imzalanması xəbəri burdakı qurumlara gəldi. İki ölkə arasında əldə edilən anlaşmaya görə, İran Suriyanın nəqliyyat infrastrukturunu inşa etmək işini öz üzərinə götürəcək və ayrıca, 30 min də ev tikəcək.

 

İranın planı

 

ABŞ mənbələrinə görə, İran bu işləri beynəlxalq bazarlarda böyük oyunçu olmayan və bu səbəblə Amerika bazarında da işi olmayan kiçikmiqyaslı şirkətlərinə verəcək. Beləliklə, onların ABŞ sanksiyalarının təsiri altına düşməməsini təmin edəcək. İran eyni zamanda bu kiçikmiqyaslı şirkətlərə pərdə arxasından dövlət dəstəyi də təmin edəcək.

 

Türkiyə üçün təhdid

 

İranın Suriyadakı bu həmləsini ABŞ kimi, Türkiyə də diqqətlə izləməlidir. Çünki Vaşinqtonda bu günədək Suriyanın yenidən qurulmasında, infrastruktur və inşaat sektorlarında böyük təcrübəsi və logistika imkanı sarıdan böyük rola sahib olması gözlənilən Türkiyənin İranın bu həmlələrilə “böyük tortu” əldən qaçırması riskinin ortaya çıxa biləcəyi düşünülür.

 

İranın “Çin kartı”

 

Vaşinqtondakı mənbələr həmçinin İranın Suriya ilə bağlı “Çin kartı”nı da açmağa başladığını düşünürlər. İran, Böyük İpək Yolu strategiyası çərçivəsində İrandan başlayıb, İraq üzərindən keçməklə, Suriyanın qərbinə qədər uzanacaq dəmir yolu layihəsilə bağlı Çinlə görüşlər keçirir. Həmin mənbələrə görə, bu, böyük layihə olacaq. Ayrıca, İran Çinlə Suriyanın yenidən qurulmasının maliyyələşdirilməsi məsələsini də müzakirə edir.

 

350 milyard dollar

 

ABŞ Konqresinin qəbul etdiyi və Əsədə heç bir yardımın edilməməsini nəzərdə tutan H.R. 4681 saylı bir qanun var (No Assistance for Assad Act). Həmin qanunda Suriyanın yenidən inşası üçün 200-350 milyard dollar arası maliyyə vəsaitinin lazım olacağı bildirilir.

Anlayacağınız odur ki, Suriyanın yenidən qurulması böyük pullar tələb etdiyindən, burada böyük maraqlar vardır. Bu üzdən Türkiyə, İranın Suriyada nələr etdiyini diqqətlə izləməli və Çinlə yaxın əlaqədə olmalıdır.

ABŞ hakimiyyəti bu böyük “tort”un əsas hissəsini Amerika şirkətlərinin alması üçün çalışacaq. Pərdə arxasında regionda iş görməyə girişəcək ABŞ şirkətlərinin həm regiondakı mövqeyi, həm də iş barəsində təcrübəli olmaları səbəbilə, türk şirkətləriylə birgə çalışmasının üstünlüyünün böyük olacağı söylənilir.

Hakimiyyət elə buna görə Türkiyənin həm “Fərat qalxanı” bölgəsində, həm də Afrində gördüyü infrastruktur və inşaat işlərini yaxından izləyir və rəsmən açıqlamasa da, bu işləri müvafiq qurumlara təqdirlə anladır.

Buradakı mənbələr, Türkiyənin logistika mövqeyi və təcrübəsilə birlikdə aktiv iştirakı olmadan, Suriyanın yenidən qurulmasının mümkün olmayacağını düşünürlər.

İranın bu məsələ ilə bağlı həmlələri Vaşinqtonda qayğı ilə izlənilir, buradakı müvafiq qurumlar eyni duyğuları Ankaradan da gözləyirlər.

Tərcümə Strateq.az-ındır

 




Yuxarı Əvvələ Ana Səhifə