XƏBƏR LENTİ

28 Noyabr 2020
27 Noyabr 2020

Digər Xəbərlər

18 Sentyabr 2018 - 09:37

“OVAL KABİNET”DƏ ÇAXNAŞMA… –Trampı bitirmək üçün xüsusi prokuror istəyini əldə edə bildi

Sərdar TURQUT,

“Habertürk”ün Vaşinqton təmsilçisi, 17 sentyabr 2018-ci il

 

Tramp dövründə qalmaqala adətkar olan ABŞ cümə günü qalmaqalların ən böyüyü ilə qarşılaşıb. Trampın seçki kampaniyasına rəhbərlik edən və Rusiya ilə əlaqələrini yaradan Pol Manafort məhkəmədə artıq xüsusi prokurorla anlaşdığını açıqlayıb və haqqındakı ittihamlar götürülüb.

Prezident Tramp onun haqqında atdığı əvvəlki tweet”lərdə “O, cəsur adamdır, prokurorla anlaşmır. Kişi adamdır” deyərək, bəhs etmişdi. Trampın bu son hadisədən sonra o adam haqqında nə düşündüyü isə məlum deyil.

 

Xüsusi prokuror

 

Prezident Tramp haqqında istintaq aparan xüsusi prokuror Robert Müllerin əhatəli yeni məlumat alacağını düşünmədiyi halda Manafortla qətiyyən anlaşmaya getməyəcəyini bildirən şərhçilər, “Bu dəfə Tramp, həqiqətən, yanmağa başlayıb. Artıq xüsusi prokurorun əli Trampın yaxasındadır” deyirlər.

Manafort haqqında açılan iki ayrı cinayət işi vardı. İlk iş başa çatıb və o, çirkli pulların yuyulması və bankçılıq saxtakarlığı kimi cinayətlərə görə təqsirkar sayılır. Hazırkı iş ona qarşı açılan ikinci iş idi və 10 müxtəlif cinayət ittihamı önə sürülmüşdü.

 

Manafort nə üçün gözlədi?

 

Hüquqçular sual verirlər: “Əgər bir anlaşmaya gedəcəkdisə, görəsən, nə üçün bunu ilk məhkəmə işindən öncə etməyib?”

Şərhlərə görə, deməli, aradan keçən bu müddət ərzində xüsusi prokuror Manafortu elə yaxşıca sıxışdırıb ki, o da indi bir anlaşma əldə ətməyə ehtiyac duyub.

Xüsusi prokuror Manafortdan yaxşı məlumat aldığına qərar verərsə, hakimdən ilk cinayət işinə görə onun ala biləcəyi 10 ilə yaxın cəzanın da aşağı salınmasını istəyəcək.

İndi bütün Vaşinqton Manafortun xüsusi prokurora Trampın əleyhinə nələr söyləyəcəyilə maraqlanır.

 

“Oval kabinet”də çaxnaşma

 

Prezident Tramp şənbə günü səhər, hər gün MKİ-dən aldığı gündəlik kəşfiyyat raportundan belə öncə, sadəcə bu hadisə ilə maraqlanıb və vəkilləriylə görüşüb.

Bu son hadisənin “Oval kabinet”də (ABŞ prezidentinin iş otağı- red.) çaxnaşma yaratdığı da söylənilir. Çünki Pol Manafort prokuror Müllerin prezident haqqında araşdırdığı hər bir hadisəni birinci əldən bilən şəxsdir. Manafort daha öncə Ukraynada işləyərkən, Rusiya tərəfdarı olan qüvvələrlə (Yanukoviç və Regionlar Partiyası ilə — tərc.) əməkdaşlıq etmiş və oradan da Putinədək getmişdir. Trampla Putinin arasını düzəldən şəxsin Manafort olduğu məlumdur.

Manafort, FTX-nin araşdırdığı Tramp binasında ruslarla keçirilən gizli görüşdə də iştirak edib.

Prokurorla əldə edilən anlaşmaya görə, Manafort indi xüsusi prokurorun verəcəyi hər bir suala cavab verməlidi. Prokuror Müllerin ona xüsusilə Trampın ruslarla əlaqəsi haqqında suallar verməsi gözlənilir.

Baş verən bu son hadisə qış aylarında Ağ Evdə qalmaqalın heç əksik olmayacağını və Prezident Trampın başının da dərddən heç qurtula bilməyəcəyini göstərir.

 

Tramp çılğınlıq edərsə…

 

İndi Vaşinqtonda “Görəsən, Tramp çılğınlıq edərək, Manafortu əfv etməklə xüsusi prokurorun əlindən qurtararmı?” sualı verilir. Ancaq Trampın belə buna cəsarət edə bilməyəcəyi, çünki bunu etdiyi təqdirdə, “ədalətin işləməsinə əngəl olmaq” (obstruction of justice) kimi, ağır bir cinayət işləmiş olacağı bildirilir…

Tərcümə Strateq.az-ındır

 




Yuxarı Əvvələ Ana Səhifə