XƏBƏR LENTİ

21 Yanvar 2021
20 Yanvar 2021

Digər Xəbərlər

18 Sentyabr 2018 - 16:01

RUSİYA İSRAİLİ HƏDƏLƏDİ:"Təyyarəmizin vurulması və 14 əsgərin ölümünə görə cavab vermək hüququmuz var"

Set Frantzman

“Jerusalem Post”

 

Rusiya Müdafiə Nazirliyi sentyabrın 18-də İsrailin “məsuliyyətsiz hərəkətlər”inin Rusiya hərbi təyyarəsinin Latakiya (Suriya) üzərində vurulmasına və 14 əsgərin ölümünə bais olduğunu bildirib. Moskvanın iddiasına görə, hava hücumları ilə bağlı İsrail tərəfi cəmi 1 dəqiqə öncədən Rusiyanı xəbərdar edib.

Suriyanın hava hücumundan müdafiə sistemi bazar ertəsi Latakiya üzərində çox sayda raketi hədəfə alarkən, Rusiya hərbi təyyarəsini səhvən atəşə tutub. “İL-20” təyyarəsi 14 hərbi qulluqçusu ilə Xmeymim hava bazasının yaxınlığında radardan itib. Rusiya mətbuatının verdiyi məlumata görə, təyyarə “İsrail F-16-larının hücumu” əsnasında radardan itərkən, “Fransa freqatından raketlərin buraxılması” qeydə alınıb.

Müdafiə Nazirliyinin verdiyi məlumata görə, “İsrail təyyarələri ərazidəki gəmilər və təyyarələr üçün bilərəkdən təhlükəli vəziyyət yaradıb”. Rusiyanın bəyanatında deyilir ki, İsrail təyyarəsi “İL-20”-nin yaxınlığında uçaraq Rusiya təyyarəsini təhlükəyə atıb: “Nəticədə, ölçüsü “F-16”-dan daha böyük olan “İL-20” “S-200” raketləri ilə vurulub”.

Rusiya bildirib ki, “İsrail təyyarələri qəsdən bu təxribatı həyata keçiriblər”. Çünki Moskva və Qüds arasında “qaynar xətt” vasitəsilə bir dəqiqə öncəyə qədər rus qoşunları hücum barədə xəbərdar edilməyib. Bu, Rusiya təyyarəsinin təhlükəsiz bölgəyə uçmasına imkan verməyib: “İsrailin təxribatçı hərəkətlərini düşmən davranışı hesab edirik, İsrail əsgərlərinin məsuliyyətsiz hərəkətləri nəticəsində 15 rus əsgəri öldürülüb. Bu, Rusiya-İsrail tərəfdaşlığının ruhuna qətiyyən uyğun deyil. Biz oxşar cavab vermək hüququna malikik”.

Bazar ertəsi gecə Latakiya üzərinə gedən kompleks döyüş hərbi qüvvələrin sıx yaxınlığının təhlükəli olduğunu göstərir. Bölgədəki Rusiya donanması və hava qüvvələrinə əlavə olaraq, Rusiyanın hazırladığı Suriyanın hava hücumundan müdafiə sistemləri, şimalda Türkiyə qüvvələri, iranlı milislər və iddia edilən raket istehsal təsisləri var.

Latakiya və qonşu Hama ərazisi yalnız 100 km genişliyə və 80 km-lik sahil zolağına malikdir. Suriya rejimi son bir ildə Hama üzərində İsraili çox sayda hava hücumunda ittiham edib. Sentyabrın 6-da Latakiya-Hama yolunda olan Masyaf yaxınlığında hava hücumunun nəticələrini göstərən yeni peyk şəkilləri dərc olunub. “Image Sat International”-dakı görüntülərdə sentyabrın 2-də Bəniyasın şərqindəki Vadi Cəhənnəmdə (Tartusda Rusiyanın dəniz qurğusundan təxminən 20 km məsafədə) İran raket kompleksi əks olunub.

Suriya dövləti mətbuata bildirib ki, hava hücumundan müdafiə sistemi axşam saatlarında dənizdən gələn “xarici əşyalar”ı qarşılayıb. Videoda hədəflər üçün göyə buraxılan raketlər, yanan obyektlər göstərilib. Digər bir videoda Latakiya ətrafındakı bir kəndə düşən raket hücumunun hədəfi göstərilir…

Suriya tərəfdarı rejimlərin sosial media hesablarında hücum ya İsrail və ya Birləşmiş Ştatları tərəfindən qanadlı raketlərlə həyata keçirilən hücum kimi təsvir edilib. Pentaqonun Dəniz Qüvvələri Komandanlığındakı sözçüsü Son Robertson “Amerikanın Səsi”nə (VOA) açıqlamasında deyib: “Mən bunu birmənalı olaraq söyləyə bilərəm ki, hücum bizə aid deyil”. CNN “İL-20” ilə bağlı “suriyalı qüvvələrin fövqəladə axtarış və xilasetmə çağırışı” etdiyini bildirib. Həmçinin, bir ABŞ səlahiyyətlisi “İsrailin Suriya rejiminə istiqamətli raket hücumlarından məsuliyyət daşıdığını təsdiqləyib”.

Rus mətbuatı konkret bəyan edib ki, hücumda İsrail “F-16”-ları iştirak edib. Suriyalılar hava hücumunun müdafiəni hərəkətə keçdikdən təxminən bir saat sonra, saat 11-də rus təyyarəsi radardan itib. Sosial mediadakı suriyapərəst hesablarda Suriyaya edilən hücumların təkcə Latakiya kəndlərində deyil, həmçinin Bəniyas və Tartus yaxınlığında, Hama şəhərində baş verdiyini iddia edilib.

Hücumun miqyası Suriya rejimini təəccübləndirib və onun hərəkətləri müttəfiq təyyarəsinin vurulmasına səbəb olub. Bəlkə də Suriya hava hücumundan müdafiə sistemləri rus həmkarlarının uçuşlarını izləmir, ya da müdafiə sistemləri layiqincə fəaliyyət göstərmir.

Bu uğursuzluğu malalamaq üçün Rusiya və Suriya rejimi Fransanın “Auvergne” freqatını bəhanə göstərir.

…Rusiya Suriyanın şimalında “S-400” sistemi də daxil olmaqla, öz hava hücumundan müdafiə sisteminə malikdir. Müttəfiqini və ya Suriyadakı İran hədəflərini hədəf alan hava hücumlarını qorumaq üçün sistemin aktivləşdirilməsinə dair istəklər ortaya çıxıb. Lakin sistemin dünən gecə istifadə edilmədiyi görünür.

İsrail ordusunun 4 sentyabr hesabatına görə, ötən yarım il ərzində 200 hava hücumu həyata keçirib və Suriyaya təxminən 800 zərbə endirilib. Sentyabrın 17-də, hava hücumlarından bir neçə saat əvvəl “Suriya İnsan Hüquqları Müşahidəsi” Suriyadakı İsrail hava hücumlarında 113 iranlı və milisinin öldürüldüyünü açıqlayıb.

 Tərcümə: Strateq.az




Yuxarı Əvvələ Ana Səhifə