XƏBƏR LENTİ

01 Oktyabr 2020
30 Sentyabr 2020

Digər Xəbərlər

19 Sentyabr 2018 - 17:03

İDLİBDƏ BUFER ZONA:Ankara radikalları bölgədən təmizləmək kimi çətin bir işi öhdəsinə götürüb - TƏHLİL

Maksim Suçkov

“Əl-Monitor”

 

Rusiya prezidenti Vladimir Putin sentyabrın 17-də İdliblə bağlı yekun rəy üçün türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanı Soçidə qəbul edib. Suriyanın bu əyalətindəki vəziyyət bir aydan çoxdur ki, Yaxın Şərq müşahidəçilərinin diqqət mərkəzindədir, çünki iki tərəf arasında gərginlik genişmiqyaslı humanitar böhran təhlükəsi doğura bilər.

“Əl-Monitor” İdlibə dair “sülh ssenarisi” hazırlamaq üçün rus və türk diplomatları, hərbi və kəşfiyyat səlahiyyətliləri arasında daha əvvəl edilən səylərlə əlaqədar məlumat verib, ancaq bufer zona yaradılması iki prezident arasında razılaşma sayəsində əldə edilib. Əslində, Soçi görüşü son iki həftə ərzində prezidentlər arasında üçüncü şəxsi görüş olub.

Putin deyib: “Müzakirə etmək üçün çox şey var və bəzi məsələlər mürəkkəbdir”. İki lider arasında əvvəlki görüşlərə istinad edən Ərdoğan deyib ki, fikir mübadiləsi “əməkdaşlığı gücləndirir”.

İdliblə bağlı gərginlik həftəsonu görüşü ilə, deyəsən, sakitləşib. Bəşər Əsədin dəstəklədiyi qüvvələr şimal-qərbdəki cəbhə xəttindən geri çəkilib, tərəflər diplomatik kanalları aktiv şəkildə işlədirlər.

Türkiyə, Rusiya, Fransa və Almaniyanın yüksək səviyyəli nümayəndələri də vəziyyəti müzakirə etmək üçün İstanbulda görüşüblər. Ankaranın təklif etdiyi təşəbbüsün məqsədi geniş miqyaslı hücumla yeni kütləvi qaçqın axınının qarşısını almaq üçün Türkiyə gündəmini avropalılara qəbul etdirmək idi. Tərəflər hər hansı bir hücumun “ağır nəticələrə” səbəb olacağı və “siyasi həldən uzaqlaşdıracağı” barədə razılığa gəliblər. Lakin humanitar dəhlizə dair xarici işlər naziri Sergey Lavrovun ideyasını Türkiyə tərəfi rədd edib.

Almaniyalı vəzifədaşı Hayko Maas ilə Berlində keçirilən görüşdə Lavrov Moskvanın İdlibdə “zəruri hallarda” terrorçulardan qaçmaq üçün dinc sakinlərə dəhlizlər açılması təklifini irəli sürüb.

Görüşdən əvvəl Putin Rusiya Təhlükəsizlik Şurasının iclasında “İdlibdə hərbi gərginlikdən narahat olduğunu” bildirib.

Anonimlik şərti ilə danışan yüksək səviyyəli rus diplomatı vəziyyəti mətbuata şərh etmək səlahiyyətinə malik olmadığını deyərək, iki prezidentin Soçi görüşündən əvvəl Moskvanın “həll variantlarına çevik, lakin qətiyyətli olduğunu” vurğulayıb. “İdliblə əlaqədar türklərlə müxtəlif səviyyələrdə 24/7 əlaqə saxlayırıq və əgər Qərbin müdaxiləsi, daim təhdidlər və təzyiqlər olmasaydı, biz sakitcə bu işlə məşğul ola bilərik. Avropalılar da, amerikalılar da bu məqamda əsaslı və konstruktiv bir şey təklif etmirlər, yalnız daimi ultimatumlar verirlər”.

İki lider sonda beş saatlıq görüşlə bufer zonasına dair müqavilə imzaladıb.

Putin deyib: “Biz oktyabrın 15-ə qədər hökumət qüvvələri və militanlar arasında hərbisizləşdirilən zona yaratmaq barədə razılığa gəlmişik. Zona 15-20 km genişlikdə olacaq, oradan, “Cəbhət əl-Nusra” da daxil olmaqla, qatı terrorçular tam çıxarılacaq”.

Suriya müxalifətinin nəzarət etdiyi ərazilər hərbisizləşdirilməlidir və bu ərazilərdə olan Suriya müxalifəti orada qalacaq. Ancaq Rusiya ilə birlikdə bu əraziləri radikal elementlərdən təmizləmək üçün səy göstərəcəyik”, Ərdoğan deyib.

Müqavilənin təfərrüatları hələ dəqiqləşdirilməyib, lakin tərəflər artıq 10 oktyabrdan əvvəl zonadan tanklar və artilleriya daxil olmaqla, bütün ağır silahların çıxarılması barədə razılığa gəliblər, – bu, türk tərəfinin təklifidir. Zonanın özü Rusiya və Türkiyə hərbi birləşmələri tərəfindən birgə patrul ediləcək.

İdlibdən kənarda, Hələb və Hama, habelə Hələb və Latakiya arasında yollar ilin sonuna qədər tranzit trafik üçün yenidən açılacaq.

Putinin sözlərinə görə, Suriya hökuməti Moskva ilə Ankara arasında razılaşmanı “ümumi dəstəklə” qəbul edib, amma praktikada risklər var.

Hazırda Ankarada yerləşən Rusiya Beynəlxalq Əlaqələr Şurasında Türkiyə üzrə ekspert Teymur Əhmədov “Əl-Monitora” ə deyib: “Ümumiyyətlə, razılaşma Rusiyanın maraqlarına yaxındır. Türkiyə Astana prosesinə olan bağlılığını saxlayır və müvafiq siyasi məsələlərdə kömək edir. Həm də Rusiya hərbi obyektlərinə terror qruplarının hücumlarının qarşısını almaq üçün məsuliyyət daşıyır. Ankara İdlibi həm Suriya ordusunun, həm də müxalifəti bir-birindən ayıraraq, radikal qruplarla bağlı da məsuliyyət daşıyır”.

Razılaşma müvəqqəti olsa da, qısamüddətli perspektivdə Rusiya-Türkiyə münasibətlərinin gələcək perspektivlərini uzun müddətə həll edən ən vacib məsələlərə toxunur. Ərdoğan sazişin Suriyadakı yeni humanitar böhranın qarşısını almaqla, Türkiyənin daha çətin vəziyyətdən yayınmasına kömək edəcəyini vurğulayıb.

Rusiya-Türkiyə məsləhətləşmələrində iştirak etmiş başqa bir rus diplomatı “əl-Monitor”-a deyib ki, Soçi müqaviləsində “iradənin olduğu həll yolu var”…

 Tərcümə: Strateq.az




Yuxarı Əvvələ Ana Səhifə