XƏBƏR LENTİ

18 Yanvar 2021
17 Yanvar 2021
16 Yanvar 2021

Digər Xəbərlər

21 Sentyabr 2018 - 12:04

Rusiya eksperti:“Çin ŞƏT-də Azərbaycana lobbilik edir, Ermənistanın müşahidəçi dövlət olmasına isə əngəl yaradır” – Təhli

Stanislav Tarasov

regnum.ru, 20.09.2018

 

Azərbaycan xarici-siyasi inkişaf yönündə ciddi addım atıb. Pekində Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) baş katibi Rəşid Alimov və Azərbaycan XİN başçısı Elmar Məmmədyarov arasındakı danışıqların yekunu üzrə  bildirilib ki, ŞƏT-ə üzv ölkələrin xarici işlər nazirliklərinin başçıları qarşıdakı toplantıda Bakının müşahidəçi statusu almaq ərizəsinə baxacaqlar.

Xatırladaq ki, Azərbaycan 2016-cı ildə dialoq üzrə tərəfdaş kimi təşkilata qoşulma prosesini başa çatdırıb, şübhəsiz, onun ŞƏT-dəki statusunun nəzərdə tutulan yüksəlişi  əməkdaşlığı dərinləşdirmək niyyətini sərgiləyir. Bu hadisə həm də ona görə əlamət işarəsi rolu qazanır ki, bəzi ekspertlərin fikrincə, “son dərəcə bürokratikləşmiş, iştirakçıların tərkibinin genişlənməsinə deyil, köklü islahata ehtiyac duyan”, “ŞƏT ən yaxşı halda az dərəcədə Rusiyada, daha çox Çində generasiya olunmuş, pis halda isə kənardan gətirilən tezis və yönlərdən istifadə edən” bu qurumla əməkdaşlığın perspektivi haqda bu yaxınlara qədər Bakıda diskussiyalar gedirdi. Belə durumda isə Azərbaycanın “üstmilli strukturlara dırmaşması deyil, ikitərəfli əlaqələr qurması daha yaxşıdır”.

Yeri gəlmişkən, “Cənubi Qafqaz” politolqolar klubunun rəhbəri İlqar Vəlizadənin bu yaxınlarda söylədiyi tipik mülahizəni misal gətirək: “ŞƏT panasiya yönlü təşkilatdır. Onun əsas iştirakçıları Asiyanın mərkəzi-şərqi hissəsinə meyllənən dövlətlərdir. Azərbaycan ŞƏT-in əsas coğrafi mərkəzindən uzaq düşüb. Bakı üçün ŞƏT-lə əməkdaşlığı fəallaşdırmağın əməli faydası hələlik az görünür”.

Hətta Qərbin “World Politics Review” nəşri iddia edir ki, bir tərəfdən “ŞƏT-in iqtisadi tərkibi müəmma ifadə etmir: ŞƏT iştirakçıları qeydə alıblar ki, İnkişaf fondu və İnkişaf bankının yaradılmasını davam etdirəcəklər, Çinin ən irihəcmli  infrastruktur təşəbbüsünü – “İpək yolu”nun iqtisadi qurşağının qurulmasını dəstəkləyiblər.

ŞƏT liderləri eyni zamanda işarə vururlar ki, barışmaz rəqiblərin işləyə biləcəyi meydançaya da çevrilmək niyyətindədirlər”. Məsələn, Hindistan və Pakistan tamhüquqlu üzv statusu əldə edib, amma potensial üzvlər Ermənistan və Azərbaycan, demək olar, otuz ildir Dağlıq Qarabağın taleyi haqda dartışır. KTMT və Avrasiya İqtisadi Birliyi (AİB) üzvü İrəvan üçün Şanxay Əməkdaşlıq Təşkilatında iştirak əhatəli inteqrasiya proseslərinə doğru daha bir məntiqli addımdır. Bəs Azərbaycan üçün? Bakının Dağlıq Qarabağ münaqişəsi üzündən Ermənistanla eyni qurumda durmaq niyyətində olmadığını bildirərək AİB-ə girməkdən necə uzaq düşdüyünü yada salaq.

Onda Bakın niyə indi bu prinsiplərə məhəl qoymamağı qərara alıb və ŞƏT-də öz statusunu yüksəltməyə, perspektivdə bu üstmilli qurumun tamhüquqlu üzvü olmağa çalışır? Bəzi erkspertlərin fikrincə, Çin ŞƏT-də Azərbaycanın maraqlarına fəal lobbilik edir. Məmmədyarovun Pekində Bakının iştirakilə gerçəkləşdirilən Şərq-Qərb, Şimal-Cənub və Cənub-Şimal nəqliyyat dəhlizləri layihələrindən danışması təsadüfi deyil.

Bu, praqmatik yanaşmanın sərgilənməsi, təkcə dünyanın ən nüfuzlu təşkilatlarından birinin daxilindəki proseslərə çıxış deyil, həm də müxtəlif inteqrasiya layihələrilə sonradan Asiyanın tutumlu bazarlarına çıxmaqla Şanxay “ailəsi”lə əməkdaşlığın yeni cizgilərinin sıralanmasıdır. Ola bilsin, gələcəkdə isə ŞƏT-in Cənubi Qafqaz haqda konkret planları da işarələnəcək.

Hələlik isə qeyd edək ki, Azərbaycan ŞƏT-də status qovğasında Ermənistanı ötməyə başlayıb. Görünür, Rusiyanı pozulmuş tarazlığı normallaşdırmaq gözləyir (məlumat var ki, Pekin İrəvanın müşahidəçi dövlət statusu əldə etmək haqda ərizəsinə blok qoyur). ŞƏT-də müşahidəçi statusu Bakıya fəaliyyətdə olan qarşılıqlı təsir mexanizmləri vasitəsilə təşkilatın çoxplanlı və çöxyönlü fəaliyyətinə fəal şəkildə qoşulmaq, işə salınmış energetika, nəqliyyat və başqa layihələrin əlaqələndirdiyi avropalı tərəfdaşları itirmədən Avrasiya iqtisadi sxemlərinə uyğun formatda inteqrasiya olunmaq imkanı verəcək.

Başqa bir məsələ aydın deyil. ŞƏT Qarabağ yönündə Azərbaycan və Ermənistanın mövqelərini yaxınlaşdırmağa nail olacaqmı? Axı Bakı və İrəvan ATƏT-in üzvüdür, ŞƏT-də bəyan edilmiş prinsiplər, demək olar, ATƏT-in əsas prinsiplərindən surət alıb. Və heç nə. Buna görə də istisna etmək olmaz ki, ŞƏT meydançası hansısa ana qədər Dağlıq Qarabağ münaqişəsi üzrə Azərbaycan və Ermənistan arasında siyasi cıdır məkanı olacaq, lakin Bakının yeni strateji seçimi bu yöndə yeni qərarlara da səbəb ola bilər.

Tərcümə Strateq.az-ındır.

 




Yuxarı Əvvələ Ana Səhifə