XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

21 September 2018 - 20:30

BVF-dən həyəcan təbili:“Çin Zambiyanı satın alır” – Araşdırma

Yevgeni Krutikov

vz.ru, 21.09.2018

 

ÇXR-in Afrika ölkələrindəki ekspansiyası dillərdə ibrət hekayətidir, amma bunun həqiqətdə necə göründüyünü az adam təsəvvür edir. Lakin Zambiyanın macərası ayrıcadır – doğrudan da, unikaldır. Çinlilər “Afrika Yeltsini”n başçılığı altında olan bir ölkəni qaldırılmaz borca vadar edib onu faktiki satın alıb və indi “qaymaq yığmağa” hazırlaşırlar. Amma Zambiya Çinin nəyinə gərəkdir?

Zambiya ortabab olsa da, yenə də müstəqil, hökuməti özünü dağıtmaq siyasətini davam etdirən və 1964-cü ildə əldə edilmiş dövlət suverenliyinin faktiki itirilməsinə gedən bir ölkədir.

BVF ekspertləri, Zambiyanın donor ölkələrinin təmsilçiləri və digər əlaqədar şəxslər bu nəticəyə gəliblər. Səbəb – dövlətin Çin şirkətləri və fondları qarşısında rəsmi Lusakanın hətta BFV-dən, Afrika İnkişaf bankından və ya başqa qurumlardan  borc almaq hesabına bağlamaq iqtidarında olmadığı fantastik borcun həcmidir. Buna doğru gedir ki, Zambiya bütün energetika və nəqliyyat strukturunu, habelə almaz daxil olmaqla perspektivli hasilat sahələrini Çinə verməli olacaq.

Burada çinlilərin Hambantota limanı və Mattalu – “dünyada ən boş aeroliman” daxil olmaqla bir sıra çox böyük, əntər obyektləri inşa etməyinin gedişində meydana çıxan 8 milyard dollar borcu ödəmək imkansızlığı üzündən həmin  limanı Çinə vermiş (səhmlərin 70%-i 99 illiyə və Çin şirkətlərini idarəçiliyinə) Şri-Lankayla bağlı bu yaxınlardakı əhvalat yada düşür.

Zambiya ilə bağlı macərada da 8 milyard dollar “böhranlı məbləğ” iştirak edir. Görünür, bu, çinlilər üçün “ayırıcıdır” – sonra “qaytarmazlıq” prosesi başlanır.

 

Keş onli

 

Zambiya prezidenti Edqar Lunqu özünün kadensiyası (yavan ifa-red.) dönəmində Çinlə həmin 8 milyard məbləğlik sazişləri bağlayıb, amma indi 9,7 milyard dollar toplam borc müzakirə obyektidir, daha 5 milyard isə haradasa “sallanır”. Lunqu iddia edir ki, sazişlər “işlənir”, pullar isə “hələ tam həcmdə alınmayıb”. Zambiyada “hələ tam həcm” nə deməkdir, anlamaq qalır. Görünür, kimsə alıb, amma hamısını və tam deyil.

Hökumətin hətta ödəmək imkanı olmadan nüfuzlu kreditorlardan borc yığdığı durum hamıya xoş gəlmir. Hətta Zambiyada da.

Lunqu “cash travel” deyilən proqramla bağlı rüşvət qalmaqalına görə bu günlərdə sosial blokun bütün nazirlərini işdən azad edib. Qısa deyilsə, bu, xırda sahibkarlığa təkan vermək və əhalinin alıcılıq qabiliyyətini yüksəltmək məqsədilə   avropalı sponsorlardan kasıb ev sahiblərinə nəqd pulun paylanmasıdır. Banqladeşdəki kimi mikrokredit deyil, məhz paylanmadır.

Bu sərsəm layihənin əsas donorları kimi cürbəcür xeyriyyəçilik fondlarından ingilislər və şvedlər çıxış ediblər. Yəni varlı şved xırda əskinaslar kisəsilə haradasa Zambezinin sahilindəki Böyük Bemba kəndinə gəlir və pul paylamağa başlayır. Əsasən qadınlara, çünki Bembada ev təsərrüfatıyla əsasən onlar məşğul olur, kişilər zorlamaq və potensiyanı artırmaq məqsədilə (bu, zarafat deyil, insan qurbanlarına səbəb olan gerçək inam yeridir – timsahlar öz üzərlərində cinsi zorakılığı xoşlamır) timsah tuturlar. Bundan daha rüşvəttutumlu nəsə düşünmək olduqca çətindir. Aydındır ki, xüsusən düzgün xeyriyyəçi şvedlərdən savayı hamı oğurluq edib. Yeri gəlmişkən, amma onlar da son xəbərlərdən dəhşətə gəliblər və proqrama qatılmağı dayandırmağa hazırlaşırlar.

XİN başçısı Harri Kalaba yanvarda qapını möhkəm çırpıb. Hər şeyə əsasən, hadisəylə sıx bağlı çinlilər və rüşvət təzyiqi onu qane etməyib. İndi faktiki olaraq hökuməti hərfi mənada o cümlədən Çin “pulları içində üzən” maliyyə naziri xanım Marqaret Mvanakatve bir simada təcəssüm etdirir. Məhz o bildirib ki, Zambiya Çinin ölkədə 80 %-dən az inşa edilmiş bütün layihələrini dondurur, bu da Pekində müəyyən anlaşılmazlıq doğurub.

Lusakadakı Çin təmsilçiləri “Bu necə olur, dost? Sahili çaş-baş salmamısanmı?” tipli sualla prezident Lunqunun yanına gəliblər. Lunqu cavabında konfidensial şəkildə (söhbət özəl imiş) bildirib ki, hər şey qaydasındadır, “bütün layihələr plan üzrə gedəcək”, bu qadın nəyisə dolaşıq salıb. Amma çinlilər dayanmayıb və Lunqunu ictimai şəkildə bəyan etməyə vadar ediblər: “Çinin maliyyələşdirdiyi layihələrdə heç bir pozuntu yoxdur”.

 

Dirənmək mənasızdır

 

Zambiyanın əsas işğalçısı Çinin “Dəmiryolunun inkişafı üzrə təşəbbüs” (BRI) şirkətidir. O, əvvəlcə, doğrudan da, Tanzaniyada (əslində, ölkədə yeganə) dəmiryolu çəkirdi, amma sonradan kredit vermək və aktiv almaq alətinə çevrilib. Artıq indi Zambiyanın əsas dövlət telekanalı və ZNBC xəbərlər kanalı çinlilərə məxsusdur və dirənişi mənasız edir.

Çinlilərin (fiziki baxımdan menecer, mühəndis və hətta maşınçı kimi) dəmiryolu və elektrik stansiyasında oturmağı azmış. Zambiya hökumətindən məcburi qaydada öz vəsaiti ilə bütün layihələrdə 15% iştirak tələb olunur ki, bu da borcun məbləğini həndəsi silsilə ilə yüksəldir – sadəcə, ölkədə pul yoxdur. Hətta polislərin maaşına yoxdur, başqa dövlət qulluqçuları isə onu aylarla gec alırlar ki, əslində, bu da xanım Mvanakatveni antiçin üsyanına qaldırıb.

Təkcə borc və yatırımlara xidmət Zambiyaya ildə yarım milyard dollara başa gəlir ki, bu da iqtisadiyyatı can üstə olan ölkə üçün özünəməxsus şəkildə qəribədir. Üzərinə götürdüyü, amma vaxtı keçmiş öhədliklər üzrə maliyyə cərimələri ölkənin cəmi qənaətlərini artıq çoxdan keçib. Bu, sadəcə, qaçılmaz defolt deyil, fəlakətdir.

Hətta təkcə Zambiyadakı kreditləşmədən deyil, həm də daha iyirmi ölkədə Çinin apardığı “borc diplomatiyası” haqda danışılmağa başlanan BVF-də də həyəcan qaldırıblar. Prezident Lunqu cavabda tələb edib ki, BVF-nin Lusakadakı təmsilçisi Alfredo Baldini ağzını yumsun və “donorlar arasında mənfi dedi-qodu yaymasın”.

ABŞ-da da lokal isterika baş verib: iki senator Çinin Afrika ölkələrində “infrastukturu yırtıcı maliyyələşdirməsi” haqda Trampa partiyadaxili məktub yazıb. Trampın xoşuna gəlib, o, antiçin hər şeyi sevir, amma iş bundan uzağa getməyib.

Lunqu, hər şeydən başqa, məhz nəqd pul paylamaq proqramı üçün zəmanət rolunu oynamalı olan 1 milyard dollarlıq avrobond buraxmağın yolunu tapıb. İndi rol oynamır və hər şey çöküb və təəccüblənməli heç nə yoxdur: Zambiya avrobondları 14% gəlirlə  faktiki QDİ (qısamüddətli dövlət istiqrazı-red.) idi.

Bununla yanaşı, Zambiya 95 milyon dollarlıq hərbi helikopterlər almağa hazırlaşır (ehtimal ki, Rusiyadan) və hərbi elektronikaya görə İsrailə 400 milyon dollar borcludur. Ölkəni qıfıllamaq olar.

Prezident Lunqunun dönəmində çinlilərin basqısına qarşı əvvəlki üsyan cəhdləri uğursuz olub. Müxalifət fevralda dövlət başçısına impiçment elan etməyə səy göstərib. Onun lideri Hakainde Hiçilema – prezidentliyə “əbədi” namizəd, milyoner, şəxsi partiyanın başçısı və Lunqunun şəxsi düşməni – Zambiya təbii resursların inkişafı Kollecinin Çinin “AVIC International” dövlət şirkətinə necə satıldığını incəliklə təsvir edən məxfi sənəd təqdim edib.  Kollec təhsil müəssisəsi deyil, geoloji kəşfiyyatla məşğul olan nəsə bir araşdırma kontorudur. Bu əhvalatın incəliyi bundadır ki, çinlilər müqavilədə imza kimi heroqliflərlə heç bir afrikalının anlaya bilməyəcəyi nəsə yazıblar. Yəni qaradərili qardaşlara əyri-üyrü xətlə hansısa kağızı soxuşdurublar və bu əsasla bütün ölkə ərazisində geoloji kəşfiyyata çıxış əldə ediblər. Dahiyanədir.

Bütün bunlara etiraz edən dağ hasilatı və mineral xammal naziri Kristofer Yalamu CAR-a gedib və artıq Keyptaundan bildirib ki, Zambiyada geoloji kəşfiyyat praktik olaraq aparılmır, amma çinlilər sanki ölkənin qərb və şimalında mikroalmaz tapıblar. Lunqu qiyamçını bir anda istefaya göndərib və bütün hökuməti xanım Mvanakatve – Britaniyanın məşhur bankının Afrika bölməsində iş  üzrə Lunqunun keçmiş həmkarı dolandırmağa başlayıb.

 

“Afrika Yeltsini”

 

Lunqu və ən yaxın çevrəsi son illərdə yeri gəldi-gəlmədi Mao Tszeduna rəhmət oxuyur, hətta portretini münasib divarlardan asırlar. Üzvi və təbii alınır – onların hamısı açıqca Çinə yön alan və bu vərdişi Zambuiya  siyasətçilərinin sonrakı nəslinə aşılayan prezident Kennet Kaundun dönəmində yetişib. Belə şey çinlilərə xoş gəlir, amma onları  yaltaqlığın belə formasıyla ələ almaq baş tutmur.

Lunqu BRHÇC-in CAR-da bu yaxınlardakı sammitində yoldaş Sidən bir addım da geri qalmır, ancaq Vladimir Putinə fikir verərdi, çünki hesab edir ki, bu şimallı ağdərililər də kredit verə bilər. Şimallı ağdərililər cavabında hərbi-texniki əməkdaşlıq təklif edirlər və MAR-ın (Mərkəzi Afrika Respublikası-red.) təcrübəsi göstərir ki, bu, səmərəli ola bilər.

Bununla belə, nəticə təsəlliverici deyil. Çin Zambiyanın elektrik enerjisi üzərində, sonralar isə ölkə borcun müxtəlif növləri (bondlar, istiqrazlar, suveren borc və s.) üzrə defolt elan etməyə məcbur olduqca dövlətin qalan aktivlərinə nəzarətin təhvil verilməsini tələb edəcək. Xanım Mvanakatve son iki həftədə, az qala, hər gün bəyanatlarla çıxış edir ki, heç bir defolt olmayacaq, rahat yatın, amma ona daha nə etmək qalır?

Cənubi Afrikada şayiələr dolaşır ki, çinlilər doğrudan da alkoqoldan istifadəyə meylli prezident Lunqunu açıqca içkiyə alışdırırlar, o buna görə artıq “Afrika Yeltsini” ayamasını qazanıb.

Xanım Mvanakatveyə də ölkənin faktiki ikinci şəxsi kimi (sərt deyilsə də) həmin şəxsi iradlar irəli sürülür. Zambiya və Cənubi Afrika KİV-ləri maliyyə nazirinin çoxmənalı  şəxsi həyatını diqqətlə izləyir. Onu sərxoş halda dəfələrlə videoya çəkiblər, bir dəfə isə o sanki 26 yaşlı (onun özünün 56 yaşı var) boyfrendini “Mayela” gecə klubunun qabağında maşında başqa qadınla seksdə yaxalayaraq döyüb.

Xanım Mvanakatve formal olaraq yerli mobil şirkətin müdirinin arvadıdır. O, “Mayela”dakı hadisəylə bağlı hər şeyi qəti inkar edərək iddia edir ki, KİV-lər həyasızcasına yalan danışır. O tvitterdə opponentlərilə qarışıq ingilis və bemba dillərində ünsiyyətə üstünlük verir ki, bu da yatırımçıların gözündə onun imici üçün dağıdıcı effekt verir. Həvəskarlar üçün nümunə: «I have no boyfriend. Bufi mwandi abantu babufi, which boyfriend is that? Awe mwandi bufi, bufi. There is nothing like that in my life».

Zambiya elitasının şəxsi həyatı yalnız buna timsaldır ki, ölkənin dövlət sistemi tamamilə gözdən düşüb və əslində, işləmir. Çinlilər özlərinin “borc diplomatiyası” ilə olduqca yeknəsəq hərəkət edirlər, amma Zambiya macərasında hər şeyin özü onların ayaqlarına düşür. Prezident Lunqu və adamları Zambiyanı birmənalı şəkildə hətta ingilis ağalığından da pis şəraitdə Çinin müstəmləkəsinə çevirən şərq ekspansiyasına müqavimət göstərməyə səy etmirlər.

İngilislər Şimali Rodeziyada (Zambiya 1964-ə qədər belə adlanırdı) bemba və Nyasalande torpaqlarında məktəb və missiyalar inşa ediblər. Sesil Rods orada dəmiryolu və misəritmə zavodu inşa edib, çinlilər isə nəsə də tikirsə, ancaq sonradan özlərilə aparmaq qəsdilə tikirlər.  Onlar ayrı-ayrı siyasətçilərin şəxsi zəifliyindən və davranış özəlliklərindən  bacarıqla istifadə edərək tədricən dövlətin bütün qurumlarına nüfuz edir və rəqibləri ölkədən sıxışdırırlar.

Bunda heç bir ideologiya yoxdur. Yaxada Maonun portretiylə gəzmək Kennet Kaundanın dönəmində dəbdəydi. İndi hər şey pul və səmimi söhbətlə həll olunur. Və keçən həftə 53 ölkədən ÇXR-ə nümayəndə heyətinin gəldiyi Pekində keçirilən Çin-Afrika əməkdaşlıq Forumunun vüsətinə əsasən ancaq pis olacaq.

Tərcümə Strateq.az-ındır.