XƏBƏR LENTİ

21 Oktyabr 2020

Digər Xəbərlər

22 Sentyabr 2018 - 09:55

Amerikanın İran siyasəti dəyişilir:Tehranı diz çökdürə bilməyən Tramp Ruhani ilə görüşəcəkmi? – Təhlil

Stanislav Tarasov

regnum.ru, 21.09.2018

 

Amerikanın BMT-dəki daimi təmsilçisi Nikki Heyli qalmaqallı xəbərlə çıxış edib. Məlumat verib ki, İran prezidenti Həsən Ruhani BMT Baş Assambleyasının sentyabrın 18-də Nyu-Yorkda açılmış növbəti sessiyasında ABŞ prezidenti Donald Trampla görüşmək istəyini bildirib. O, qeyd edib ki, “İran lideriylə şəxsi görüş  qərarını ABŞ prezidenti qəbul edəcək və hər şey yalnız ondan asılıdır”.

Əvvəllər hər şey tam əksinəydi. İran prezident aparatının rəhbəri Mahmud Vaizi deyib ki, “Trampın özü səkkiz dəfə Ruhaniylə danışmağa cəhd edib və həmişə rəddlə üzləşib”. Trampın özü isə jurnalistlərə etiraf edib ki, “iranlı həmkarı Ruhaniylə görüşü istisna etmir, amma bu danışıqlara təkid etmir”. Onun sözlərinə görə, “İran görüşmək istəyirsə, onda yaxşıdır, amma istəmirsə, mənə fərq etməz”. Hər hansı gümanlar sıralamaq üçün indiki halda konkret misalları göstərmək önəmlidir. Deməli, İranın keçmiş diplomatı Seyid Hüseyn Musəviyan bu yaxınlarda qeyd edib ki, Vaşinqton və Tehran son 40 ildə yüksək diplomatik səviyyədə rəsmi danışıqlar apararkən “altılığın” başqa üzvlərinin iştirakilə “nüvə sazişi” kimi tanınmış Birgə Əhatəli Fəaliyyət Planını (JCPOA, yəni BƏFP-red.) imzalamağa nail olub. Bir çox səhifələri indiyədək dərc edilməmiş bu sənəd müəyyən güzəştlər üzərində qurulub, sonradan həm yayılmama, həm də bölgə problemləri məsələlərini müzakirə etmək imkanı verib.

Xüsusən də ona görə ki, MAQATE-nin məlumatına görə, İran indiyədək sazişin şərtlərini pozmayıb. Tramp sonradan niyə İsrail və Səudiyyə Ərəbistanının tövsiyəsini qəbul edib və JCPOA-dan çıxıb, Tehrana münasibətdə sərt sanksiyaları bərpa edib  – fikrimizcə, bütün bunlar müəmmalı və az araşdırılmış olaraq qalır. Prinsipcə ya ABŞ yaranmış “altılq” formatında, ya da ikitərəfli danışıqlar səviyyəsində Ağ Evin – bir də təkcə o deyil – özü üçün önəmli saydığı problemlər üzrə danışıqlar aparmağı bacarardı. Amma İranda adı nüvə propqramı üzrə saziş əldə etməklə səsləşən Ruhanini niyə küncə qovublar?

Ola bilsin, “Vaşinqton Tehranda rejimin devrilməsini hazırlayır” ehtimalını ifadə edən Avropa siyasətçiləri haqlıdırlar? Amma eyni zamanda qeyd etmək asandır ki, görüş məsələsi, yaxud Tramp və Ruhani arasında belə bir şeyin olmaması Qərbin və İranın bəzi nəşrlərində həmişə gözə dəyən dayanıqlı informasiya torudur. Əvvəlcə İranın ruhani lideri Xamenei bildirir ki, “İran Birləşmiş Ştatlarla heç bir səviyyədə danışıqlar aparmayacaq”. Sonra İran XİN başçsı Məhəmməd Zərif Cavad deyir ki, “Tramp və Ruhaninin görüşündə bir məna görmür”, çünki “indi Trampla vaxt itirsək, başqa saziş imzalayacaq, bu nə qədər mövcud olacaq – administrasiyasının sonuna qədər?”

Bununla yanaşı, Zərif əvvəllər Tehranın ABŞ-la müqavilə bağlamağa hazır olduğu haqda daha ətraflı danışıb: “Bu, prezident Trampdan asılıdır. O bizi etibarlı tərəfdaş olduğuna inanmağa vadar etmək istəyir. Buna vaxt gərəkdir”. Bunun ardınca Ruhaninin özü də “sanksiyalar şəraitində ABŞ-la danışıqlar aparmağın mənasızlığı” haqda bildirib. Amma, budur, ABŞ-ın İran üzrə özəl təmsilçsi Brayan Huk xəbər verir ki, amerikalılar “həm İranın ballistik raket yaratmaq proqramına, həm də nüvə proqramına dair məqamlar daxil olmaqla saziş bağlamaq üçün iranlılarla danışıqlara can atırlar. Bizim ümid etdiyimiz kimi, İranla bağlaya biləcəyimiz yeni saziş sonuncu kimi iki hökumət arasında şəxsi saziş olmayacaq; biz müqaviləyə can atırıq”.

Deməli, heç olmasa, belə bir saziş layihədə var, ya yoxdur, varsa, onda Vaşinqton və Tehranda kim və necə və hansı səviyyədə onu müzakirə edir?

Ola bilsin, indiki halda rus atalar sözü düzgündür ki, od olmasa, tüstü çıxmaz. Qeyd edək ki, ictimai mühitdə ABŞ və İran arasında siyasi-diplomatik manevrlər İranın energetika sektoruna yönəlik növbəti Amerika sanksiyaları zərfinin qüvvəyə minəcəyi 4 noyabr ərəfəsində gedir. Və ola bilsin, ayətullah Xamenei prezident Ruhaninin BMT-yə səfəri ərəfəsində onu amansız daxili tənqid zərbələri altından  təsadüfən çıxarmayıb. İstina olunmur ki, Tramp Baş Assambleyanın sessiyasında Tehranın ünvanına tənqidlə çıxış etmək niyyətində olduğu Nyu-Yorkda “qeyri-rəsmi manevr” edəcək və İran strategiyasında hansısa dəyişikliklərə işarə etmək üçün “təsadüfən” Ruhaniylə rastlaşacaq. Hətta AB-nin rəsmi təmsilçiləri əvvəllər bildiriblər ki, Amerikanın İrana qarşı sanksiyalarının təsirini yumşaltmaq üçün bir sıra tədbilər üzərində işləyirlər.

Hələlik isə bir şeyi qeydə almaq olar: Vaşinqton və Tehran arasındakı qarşılıqlı münasibətlərdə çoxunun dərin və əsasən, çətin üzə çıxarılan səbəbləri olan xeyli düyünlər tarım çəkilib. Amma güman etmirəm ki, Trampın İranın “dizini qırmaq” səyləri uğurlu olsun, ancaq  təcrübəli diplomatların dedikləri kimi, hər bir ciddi milli siyasət, xüsusən də İranınkı biryanlı və birmənalı deyil. Bir də, ümumiyyətlə, “tez” anlamaq üçün qəlizdir.

Tərcümə Strateq.az-ındır.

 




Yuxarı Əvvələ Ana Səhifə