XƏBƏR LENTİ

24 Noyabr 2020
23 Noyabr 2020

Digər Xəbərlər

22 Sentyabr 2018 - 11:00

“MƏSULİYYƏTSİZ DAVRANIŞI” ÖZGƏNİN AYAĞINA YAZMA:"İL-20"-nin vurulmasından sonra Suriya səması İsrailin üzünə bağlanacaqmı? - TƏHLİL

Herb Keynon, Anna Ahronhaym

“Jerusalem Post”

 

İsrailin kəşfiyyat naziri Katz “Kan Bet”-ə müsahibəsində Rusiya təyyarəsinin vurulmasından “Hizbullah”ın narahat olduğunu bildirib: “İndi hərəkat Suriya vasitəsilə strateji silahların köçürülməsinə maneə törətmək istəyən Rusiya tərəfinin təzyiqinə məruz qalacaq”.

Lakin İsrail də narahatdır ki, Bazar ertəsi günü baş verən hadisənin nəticəsi olaraq, Rusiya Suriya səmasında İsrailin hərəkət qabiliyyətini azaltmağa çalışa bilər.

Netanyahu bu ehtimalı aradan qaldırmaq üçün İsrail hava qüvvələrinin komandanı general Amikam Norkini Moskvaya göndərib. O, Rusiya hərbi liderlərini meydana gələn hadisəyə görə İsrailin heç bir şəkildə məsuliyyət daşımadığına inandırmalı və eyni zamanda, İsrailin Suriyadakı İran və “Hizbullah” hədəflərinə qarşı özünü müdafiə etmə haqqına uyğun davrandığını vurğulamalıdır.

Benyamin Netanyahu Rusiya prezidenti Vladimir Putinlə telefon söhbətində deyib ki, problemin kökü – “İranın Suriyadan İsrailə hücuma keçməyə və “Hizbullah” kimi düşmənlərimizi silahlandırmağa cəhd etməsi”dir.

Baş nazirin sözlərinə görə, Rusiya prezidenti bildirib ki, İsrail “özünü müdafiə etmə hüququna malikdir və buna görə də, təhlükəsizlik koordinasiyasının qorunması çox vacibdir”.

General Norkin və İsrail ordusunun nümayəndə heyəti Rusiyanın hava qüvvələri komandanı və digər yüksək səviyyəli səlahiyyətlilərlə Moskvada Rusiya Baş Qərargahında bir araya gəlib. Yığıncağın “yaxşı ruhda” keçirildiyi və hər iki ölkənin maraqlarının əhəmiyyətini vurğulayan hərbisizləşdirmə mexanizmlərinin davamlı şəkildə həyata keçirilməsi mövzusunun peşəkar, açıq və şəffaf şəkildə müzakirə edildiyi açıqlanıb.

Yəhudi zabitləri Rusiyanı insidentlə bağlı İsrail ordusunun ilkin və əsas nəticələri ilə məlumatlandırıb, həmçinin İranın Suriyada özünü necə möhkəmləndiyini və “Hizbullah”ın strateji silahlar çatdırdığını vurğulayıblar.

Lakin Rusiya Xarici İşlər Nazirliyi görüşündən əvvəl Təl-Əvivdəki səfirliyi ilə “İL-20” təyyarəsini təhlükəyə məruz qoyan və 15 hərbçinin ölümünə səbəb olan İsrail Hava Qüvvələrinin düşmənçilik hərəkətləri” və İsrailin “məsuliyyətsiz davranışı” barədə bəyanat verib, Putin isə hadisəni “fəci səhv” adlandırıb.

Rusiyanın bəyanatında deyilir ki, “hərbçilərimizin terrorla mübarizədə həyatı və təhlükəsizliyinə təhdidini ortadan qaldırmaq üçün bütün lazımlı tədbirlər görüləcək”.

Ancaq “Ordu Radiosu”na müsahibəsində müdafiə naziri Aviqdor Liberman İsrailin təqsirsizliyini bəyan edərək, Rusiyanın Suriya prezidenti Bəşərin Əsəd ordusunu günahlandırılmalı olduğunu söyləyib. “Suriya ordusunda peşəkarlığın yoxluğu rus təyyarəsinin vurulmasına səbəb olub”.

Liberman əlavə edib: “İranın Suriyada iştirakının və Suriyadan silahların “Hizbullah”a keçməsinin dayandırılması üçün hər şeyi edəcəyik”.

O, ayrıca qeyd edib ki, Rusiya “Suriya sahillərinin yaxınlığında hava, quru və dəniz marşrutlarını gələn həftənin Çərşənbə gününə qədər təlimlər üçün bağlayıb. Bu ilk dəfə deyil və biz normal olaraq davranışımızı davam edəcəyik”.

Keçmiş milli təhlükəsizlik məsləhətçisi Yaakov Amidror deyib ki, baş verənlər Rusiyanın İsrailin hərəkət azadlığını məhdudlaşdırmağa başladığına siqnal sayılmamalıdır. Onun sözlərinə görə, bu növ bağlanma “yaxın günlərdə oxşar səhvlərin qarşısını almaq üçün ərazidə vəziyyətin dondurulması” deməkdir.

“Məncə, bu qərar təbiidir”, – deyə o əlavə edib.

Amidror deyib ki, son üç ildə rus qüvvələri və aktivlərinin Suriyada yerləşdiyi məkanları müəyyənləşdirmək üçün İsrail əhəmiyyətli iş görüb və İsrailin hücumları onlara zərər verməyib. “Norkinin missiyasının iki məqsədi var: birincisi, bu hadisənin İsrailin yanlışlığı olmadığına, qəsdən törədilməyinə inandırmaq; ikincisi, hərbisizləşmə mexanizmini təkmilləşdirməkdən ötrü Rusiyanı razı salmaq. Buna görə də, qoruyucu müdafiə hücumlarımızı davam etdirə bilərik və özümüzü keçmişdə olduğundan daha təhlükəsiz hiss edəcəyik”.

 

Tərcümə: Strateq.az