XƏBƏR LENTİ

30 May 2020
29 May 2020

Digər Xəbərlər

12 Fevral 2016 - 12:52

Rusiya ABŞ-ı təhdid etdi: “Masaya oturun, yoxsa Dünya müharibəsi başlaya bilər”

medvedev“Yeni bir dünya müharibəsinə yol açmamaq üçün bütün tərəflər müzakirə masasında əyləşməlidir”.

Strateq.az xəbər verir ki, Rusiyanın baş naziri Dmitri Medvedev bir alman qəzetinə (“Handelsblatt”) verdiyi müsahibədə belə deyib. Sabah yayımlanacaq müsahibənin açıqlanan anonsundan məlum olur ki, o, Suriyadakı ixtilafla bağlı Rusiyanın milli maraqları barədə danışıb.

Medvedyev bildirib ki, Vladimir Putin Əsədin tələbiylə Suriyada hərbi əməliyyatlara qoşulmaq qərarına gəlib, ancaq quru əməliyyatında birbaşa iştirak etmək istəmir.

Jurnalistin bu fikirdən hərəkətlə verdiyi “Rusiyanın quru hərəkatına qatılmaq istəmədiyini söylədiniz. Amma ərəb ölkələrinin buna hazır olduğu barədə açıqlamalarına, həmçinin ABŞ-ın da əməliyyatlarda aparıcı rol almaq arzusuna nə deyirsiniz? ” suala Rusiyanın ikinci adamının cavabı xeyli qorxunc olub:

“Quru hərbi hərəkatlar müharibələrin qalıcı olmasına yol açır. Biz məhz bu yanlışa düşməmək üçün quru əməliyyatlarında iştirakı uyğun görmədik. Amerikalılar və onun ərəb partnyorları da yaxşı-yaxşı düşünməlilər. Qalıcı bir döyüşmü istəyirlər? Bu döyüşü sürətli bir şəkildə qazana biləcəklərinimi düşünürlər? Belə bir şey, xüsusilə, ərəb dünyasında qeyri-mümkündür. Artıq o coğrafiyada hər kəs hər kəsə qarşı döyüşür.
Suriyada da yalnızbaşına hərəkət edən güc yoxdur. Bir tərəfdə Əsəd və əsgərləri var, digər tərəfdə isə hökumətə qarşı döyüşən müxalif qruplar. Hər şey çox mürəkkəbdir. Bu qarışıq vəziyyət illərlə, hətta on illərlə davam edə bilər. O zaman bu, kimə və nəyə lazımdır? Yeni bir dünya müharibəsinə yol açmaq üçün bütün tərəflərin müzakirə masasında oturması vacibdir. “

Müsahibəsində Medvedev həmçinin Avropanın qaçqınlar siyasətini də sərt tənqid edib: “Avropanın köç siyasəti tamamilə uğursuzdur. Hər şey dəhşətvericidir. Avropanın qapılarını geniş açaraq oraya gəlmək istəyən hər kəsi dəvət etməsi axmaqlıq idi.

Müsahibəsində Ukraynanın şərqindəki hadisələrə də toxunan baş nazir Minsk sazişindəki maddələrin yerinə yetirilməsinin vacibliyinə toxunub və “topun Ukraynanın ayağında olduğunu” bildirib.

Medvedev, həmçinin, təhlükəsizlik və terror mövzularında da Qərb ölkələrinə Rusiyayla yaxın əməkdaşlıqlar qurmağı tövsiyyə edib.

 




Yuxarı Əvvələ Ana Səhifə