XƏBƏR LENTİ

22 Sentyabr 2020

Digər Xəbərlər

25 Sentyabr 2018 - 20:07

TRAMP BMT TRİBUNASINDAN ƏSƏDLƏ TEHRAN REJİMİNİ HƏDƏLƏDİ:"Dindən istifadə edərək, insanları savaşa təşviq etmək yaxşı bir şey deyil..."

ABŞ prezidenti Donald Tramp BMT Baş Assambleyasının 73-cü sessiyasındakı çıxışında Suriya, Yəmən və İranla bağlı sərt bəyanatlar verib.

Strateq.az xəbər verir ki, o, Suriyada İŞİD-in bitmək üzrə olduğunu bildirib. Əlavə edib ki, radikal islam terrorçularına qarşı fəaliyyətlərini davam etdirəcəklər:

“Ötən il Səudiyyə Ərəbistana səfərimdən sonra Körfəz ölkələri bizimlə birgə daha yaxın işləməyə başladı. Yəməndəki təhlükəli, qorxunc daxili savaşın sona çatması üçün onlar da əllərindən gələni edirlər. Əlbəttə, son qərarı vermək bölgə ölklərinin işidir. Bu bölgələrdə İoardaniya və Misirlə də ittifaq qurub, qana susamış İŞİD-ibitirmək üzrəyik. Biz bütün radikal ismaçı terrorçularının fəaliyyətini əngəlləcəyik”.

Tramp Suriyadakı vəziyyətə də toxunub və bu ölkədə davam edən daxili savaşdan narahat olduqlarını deyib:

“İlk işimiz bu döyüşlərin dayandırmasına nail olmaqdır. Ancaq əgər Əsəd rejimi yenidən kimyəvi silaha əl atarsa, o zaman ABŞ hərəkətə geçəcək…”.

Tramp İranda diktaturanın hökm sürdüyünü bəyan edib. Deyib ki, bu ölkə qonşularına hörmət etməlidir: “İran özünü zənginləşdirmək üçün bütün qaynaqları yağmalayır. İranın büdcəsindən oğurlanan milyonlarla dollar var.  Dindən istifadə edərək, insanları savaşa təşviq etmək yaxşı bir şey deyil. Bu ölkənin genişlənmə planı var. Ona görə mən nüvə anlaşmasından çıxdım və bu, Yaxın Şərq ölkələrin tərəfindən də dəstəkləndi.

Bildiyiniz kimi, İranla nüvə anlaşması 2015-də imzalanmışdı. Bu anlaşmadan sonra İranın hərbi büdcəsi 40 faiz artdı və nəticədə Suriya və Yəməndə xaos böyüdü. ABŞ buna görə sanksiyaya əl atdı. Bununla bu ölkənin qanlı gündəminin qarşısına keçməyi planlayırıq.

Biz heç bir ölkənin terroru maliyyələşdirməyə izn verməyəcəyik. Hansı ki, İran nüvə sazişindən sonra yaranmış vəziyyətdən istifadə edib, terroru dəstəkləməylə cəhd etdi və buna görə indiki durumla üzləşib.

Biz bütün ölkələri İranı dünyadan təcrid etməyə çağırırıq. Çünki İrandakı diktator rejim Suriyada ölüm və yıxımı dəstəkləyir…”.




Yuxarı Əvvələ Ana Səhifə