XƏBƏR LENTİ

22 Oktyabr 2020
21 Oktyabr 2020

Digər Xəbərlər

13 Fevral 2016 - 01:43

Analoqu olmayan anlaşma: ABŞ ilə Rusiya atəşi kəsməmək üçün atəşkəs sazişi imzaladı

56bd390e67b0a9291c97ceecAlmaniyanın Münhen şəhərində Rusiyanın xarici işlər naziri Sergey Lavrov  ilə ABŞ-ın dövlət katibi Con Kerri arasında keçirilən görüşdən atəşkəs qərarı çıxıb. Görüşdə iki dövlət rəsmiləriylə yanaşı, Türkiyə, İran və Səudiyyə Ərəbistanının xarici işlər nazirləri də iştirak edib.

Strateq.az xəbər verir ki, bunu Con Kerri mətbuat nümayəndələrinə bildirib. Onun sözlərinə görə, atəşkəs bir həftədən sonra başlayacaq. Amma bu, İŞİD və əl-Nüsra silahlılarına şamil olunmayacaq.

Maraqlıdır ki, Rusiyanın xarici işlər naziri Lavrov da atəşkəs qərarını təsdiqləyib. Bununla belə, o, Suriyadakı hərbi əməliyyatları davam etdirəcəklərini də gizlətməyib. Lavrovun fikrincə, atəşkəs dövründə belə, havadan bombardımana davam etmək səlahiyyətləri var: “Çünki saziş BMT TŞ tərəfindən terror təşkilatı olaraq qəbul edilən İŞİD və əl-Nüsraya şamil olunmur. Hava qüvvələrimiz bu səbəbdən də öz əməliyyatlarını davam etdirəcəklər”.

Qeyd edək ki, Suriyada müxalif qüvvələrin başına bomba yağdıran Rusiya hədəflərini əl-Nüsra və İŞİD üzvləri kimi təqdim edirdi. Atəşkəs sazişi də, guya, bu bombardımanı dayandırmaq üçün bağlanıb. Lavrovun diliylə Rusiya yenə həmin qüvvələrə qarşı əməliyyatı davam etdirəcəyini və buna BMT TŞ-nın qətnaməsinin izn verdiyini deyir.

Belə çıxır ki, ABŞ və Rusiya atəşi kəsməmək üçün atəşkəs sazişi imzalayıblar.

Heydər Oğuz




Yuxarı Əvvələ Ana Səhifə