XƏBƏR LENTİ

20 Oktyabr 2020

Digər Xəbərlər

28 Sentyabr 2018 - 18:12

ÇİN BORCLUNUN SAĞLIĞINI YOX, MALINI VƏ İRADƏSİNİ İSTƏYİR –Kredit alan ölkələr Pekinin girovuna çevrilir - TƏHLİL

Brahma Çellani

“Project Syndicate”

 

Bu yaxınlarda Çinə rəsmi səfər etmiş Malayziya baş naziri Mahathir Məhəmməd infrastruktur layihələri və çətin qaytarılan kreditlərdən istifadə etməklə, kiçik ölkələrdə təsirini gücləndirdiyinə görə Pekini tənqid edib. Mahathirin Pekində “müstəmləkəçiliyin yeni versiyasına” dair xəbərdarlıqları həm də Çinin ticarət, investisiya və borc vermə təcrübəsinə müqaviməti əks etdirir.

2013-cü ildən etibarən “Bir qurşaq-Bir yol” Təşəbbüsünün (BRI) damı altında Çin öz maraqlarını qorumaq, strateji yerlərdə siyasi dəstək qazanmaq və öz sənaye mallarının artığını ixrac eləmək üçün dünyanın müxtəlif ölkələrində böyük infrastruktur layihələrini maliyyələşdirir və ya həyata keçirir. BRI layihələri ilə bağlı tenderləri açıq və qeyri-şəffaf edərək, Çin tez-tez onların dəyərini kütləvi şəkildə şişirdir, ölkələri borcla yükləyir.

Ölkələr Çinin borclular dəftərinə düşdükdə sonra, qaytarılmayan borca görə kompensasiya ödənişi ilə məşğul olurlar. O cümlədən ötən ilin dekabrında Şri-Lanka borcu ödəmədiyinə görə strateji Hambantota limanını 99 illik müddətə Çinə icarəyə vermək məcburiyyətində qalıb.

Şri-Lankanın təcrübəsi Çinə borclu ölkələr üçün oyanma çağırışıdır. Onlar da strateji aktivləri itirmə qorxusundan indi kreditləri yenidən qiymətləndirməyə və ya yenidən müzakirə etməyə çalışır. Bundan əvvəl Malayziyada Çin sərmayəsinə yol açan Mahathir Pekinə səfərini təxminən 23 milyard dollar dəyərindəki Çin layihələrini ləğv edərək sona çatdırıb.

Banqladeş, Macarıstan və Tanzaniya kimi müxtəlif ölkələr də BRI layihələrini ləğv edib və ya azaldıblar. Myanma, Çinin borc tələsinə düşmədən lazımi infrastrukturu təmin etməkdən ötrü Kyaukpyu limanının xərcinin 7,3 milyard dollardan 1,3 milyard dollara endirilməsi təhdidindən istifadə edib.

Hətta Çinin ən yaxın tərəfdaşları BRI-dən ehtiyat edir. Hindistanı çəkindirmək üçün Çinlə uzun müddət birgə çalışmış və BRI-nin ən böyük alıcısı olan Pakistanda yeni hərbi dəstəkli hökumət borc böhranının pisləşməsi ilə əlaqədar layihələri yenidən nəzərdən keçirməyə və ya yenidən müzakirə etməyə çalışır. Kambocada – kreditlərin digər alıcısında Çinin koloniyasına çevrilmə qorxusu yüksəlir.

Çinə müqavimət başqa məkanlarda da görünə bilər. Sakit okean ölkələrinin son forumu qurumun tarixində ən mübahisəli toplantıdır. Regionda Çinin siyasəti, Çin heyəti rəhbərinin təkəbbürlü davranışı hətta dünyanın ən kiçik respublikası olan (cəmi 11 min əhalisi var) Nauru prezidentini qəzəbləndirib

Söhbət ticarətdən getdikdə, ABŞ prezidenti Donald Trampın Çinlə ticarət savaşı yeganə nümunə deyil. İxracat subsidiyalarından və intellektual mülkiyyət piratçılığına qarşı qeyri-tarif maneələrindən tutmuş daxili bazarı Çin şirkətləri lehinə dəyişdirməyə qədər Çin, Qrem Ellision Harvardın təbirincə, “dünyanın ən proteksionist, merkantil və yırtıcı iqtisadiyyatı”nı təmsil edir.

Dünyanın ən böyük ticarət ixracçısı kimi Çin bir çox ölkənin ən böyük ticarət tərəfdaşıdır. Pekin ticarətdən istifadə edərək, Pekinin xəttindən imtina edənlərin cəzalandırılması, o cümlədən xüsusi məhsullara idxal qadağaları, strateji ixracın (nadir minerallar) dayandırılması, Çindən turizmin kəsilməsi və yerli istehlakçıların boykotunun təşviqi, ya da xarici biznesə qarşı etirazlardan istifadə edir.

Əslində, Çin beynəlxalq ticarət qaydalarını pozmaqla güclənib və zənginləşib. Ancaq indi “onun toyuqları evə qayıdır”, Çin mallarına anti-dempinq və ya cəza vergisi tətbiq edən ölkələrin sayı artmaqdadır. Ölkələr borc tələsinə cəlb olunmaqla, iradələrinin əllərindən alınmamasından narahatdır, yəni BRI üçün artıq yelkənlər rahat açılmır.

Trampın tariflərindən başqa, Avropa İttifaqı da Çinin ticarət müqabilində texnologiya köçünü tətbiq etməsinə etiraz olaraq Dünya Ticarət Təşkilatına şikayət edib. Çinin ixrac subsidiyaları və digər ticarət pozuntuları beynəlxalq müqavimətlə daha çox qarşılaşacaq. DTT-nin qaydalarına əsasən, ölkələr daxili sənayelərə zərər verən xarici subsidiyalı məhsullar üzrə tariflər tətbiq edə bilərlər.

İndi Çin prezidenti Si özünü yalnız BRI-nin yox, həm də Çini beynəlxalq tənqiddən qoruyucu hesab edə bilər. O, Den Syaopinin “Gücünü gizlət, həmişə gizlət” kəlamını kənara atıb. Çin yeni imperialist olub və təcavüzkar strategiya həyata keçirir.

 

Tərcümə: Strateq.az




Yuxarı Əvvələ Ana Səhifə