XƏBƏR LENTİ

23 Oktyabr 2020
22 Oktyabr 2020

Digər Xəbərlər

28 Sentyabr 2018 - 18:48

PUTİNİN BAKIYA SƏFƏR GÜNÜ ERMƏNİSTANDA HƏRBİ TƏLİM…-Erməni mediası Putin-Əliyev görüşünün hər detalını diqqətdə saxlayır

Aram Amatuni

“1in.am”, Ermənistan, 28 sentyabr 2018-ci il

 

Sentyabrın 27-də Ermənistanda Rusiya və Ermənistan  Silahlı Qüvvələrinin birləşmiş qoşun qruplaşmasının, HHM qüvvələri də daxil olmaqla, hərbi hissələrinin kompleks məşqi, başqa sözlə, strateji hərbi təlimləri start götürüb. Bu təlimlərin planlı və ya plandankənar olması haqqında bir məlumat yoxdur, lakin diqqətçəkicidir ki, birləşmiş qoşun qruplaşmasının bu hərbi təlimləri RF prezidentinin Bakıya səfərinə paralel olaraq keçirilir.

Putin sentyabrın 27-də səhər Bakıya gedib, sonra oradan Düşənbəyə yollanıb. Burada MDB dövlətlərinin sammiti keçiriləcək. Yeri gəlmişkən, BMT Baş Məclisinin sessiyasında iştirak edən Nikol Paşinyan da Nyu-Yorkdan Düşənbəyə yola düşüb.

Bundan əlavə, Putinin Bakı səfəri bu planda, görünür, əlamətdar dəyişikliklərə məruz qalıb. İş ondadır ki, öncədən verilən elana əsasən, səfər 25 sentyabrda gözlənilirdi. Ehtimal edilir ki, 25 sentyabrda gözlənilən səfər daha uzunmüddətli ola bilərdi, 27 sentyabrda baş tutan səfər isə çox qısamüddətli – cəmi bir neçə saatlıq olub. Putin gecə Bakıda qalmayıb. Diplomatik protokol dilində bu, elə də yaxşı məna verməyən “ifadə”dir. Və bu, İsrail Müdafiə nazirinin bu yaxınlarda, Azərbaycanın Soçidə keçirilən Azərbaycan-Rusiya sammitindən böyük hesabla əliboş qayıtmasından sonra baş tutan Bakı səfəri fonunda diqqətçəkicidir. Həm də nəzərə almaq lazımdır ki, Bakı, İsrail nazirinin səfərini Rusiyaya yönəlik kifayət qədər şantajçı tonda təqdim edib.

Putinlə görüşdə Əliyev, əlbəttə, iqtisadi xarakterli bir sıra razılaşma əldə etdi, lakin bu, şübhəsiz, Əliyevin istədiyi şey deyildi. Xüsusən də ona görə ki, o, iqtisadi sanksiyalar üzündən çətin durumda olan Rusiyanın hazırda etibarlı iqtisadi tərəfdaş olmadığını və ola bilməyəcəyini gözəl təsəvvür edir.

Əliyevə Moskva ilə hərbi-siyasi əməkdaşlıq və geniş dəstək lazımdır ki, Bakı, Aprel müharibəsindən sonra özü üçün yaradılan və Ermənistandakı “məxməri inqilab”dan sonra daha da dərinləşən dalandan çıxa bilsin. Və burada Bakının səyləri aydındır – bu inqilabın liderinə, indiki Baş nazir Nikol Paşinyana qarşı etibarsızlıq yaratmaqla, Rusiyanı Ermənistandan ayırmaq.

Diqqəti o çəkir ki, Yerevandakı müəyyən dairələr, o cümlədən sabiq prezident Robert Koçaryan tamamilə açıq formada Bakının bu səylərinə dəstək verir. Lakin edilən bu səylər, görünür, həm erməni dairələri, həm də Bakı üçün gözlənilən nəticəyə gətirib çıxarmır.

Və burada problem onda deyil ki, Putin onlara deyil, Paşinyana inanır və ya onlara deyil, Paşinyana etibar edir və simpatiya göstərir. Bundan əlavə, bu mənada mənzərə tamamilə əksinədir, lakin məsələ ondadır ki, hazırda Putin reallığın qiymətləndirilməsini və qəbul edilməsini rəhbər tutmağa məcburdur. Hazırda ABŞ Prezidenti Donald Trampın dünyaya diktə etdiyi, kifayət qədər rasional və Ermənistan üçün, xüsusən də bizim dövlət və milli  məsələlərimiz kontekstində, faydalı olan meyl mövcuddur. Bu mənada RF Prezidenti regionda yaranmış, Aprel müharibəsindən sonra tamamilə diqqətçəkən xarakter almış və Ermənistandakı “məxməri inqilab”ın qələbəsilə daha maraqlı keçidi təsbit etmiş reallıqlarla hesablaşmalıdı.

Bu mənada nəzərə çarpır ki, Bakı səfərindən öncə irimiqyaslı hərbi təlimləri hərəkətə gətirən Putin, Əliyevə Ermənistanda rus-erməni birləşmiş qoşun qruplaşmasının hərbi təlimlərinin keçirilməsilə “cavab verir”Və göstərir ki, Bakının ona təklif etdiyi şey Rusiya üçün son dərəcə təhlükəlidir, yumruqla təhdid və ya şantaj edəcəyi halda isə Rusiya Bakı üçün təhlükəli ola bilər.

Nikol Paşinyan Baş nazirliyinin 100-cü günü münasibətilə keçirdiyi mətbuat konfransında Ermənistanın tələb olunan halda Moskvanın böyük dövlət kimi özünün bu potensialından istifadə etməyəcəyinə inanmadığını bəyan edərkən göstərib ki, Yerevan durumu və məsələni mahiyyətcə, əsasən, kifayət qədər dəqiq təsbit edib. Moskvadan isə bu mövzuda bir səs çıxmayıb.

Tərcümə Strateq.az-ındır




Yuxarı Əvvələ Ana Səhifə