XƏBƏR LENTİ

25 Oktyabr 2020
24 Oktyabr 2020

Digər Xəbərlər

29 Sentyabr 2018 - 11:42

YAXIN ŞƏRQDƏ RUS QAZINA DAHA BİR ALTERNATİV:İsrail, Kipr və Misir üçbucağı nə vəd edir? - TƏHLİL

Dania Akkad

“Middle East Eye”

 

İsrailin dəniz qaz ehtiyatlarını tədqiq edən şirkətlər İsrail təbii qazının Misirə ixracına ən böyük maneələrdən birini aradan qaldıran razılaşmanın imzalandığını bəyan ediblər.

“Noble Energy” və onun israilli tərəfdaşı “Delek” Misirin “East Gas Company” şirkəti ilə birlikdə “East Mediterranean Gas”-ın (EMG) 39 faizlik səhm payını satın alıb. Bu şirkət İsrail və Misir arasındakı yeganə boru kəmərinin sahibidir.

Cümə axşamı günü açıqlanan məlumatda alqı-satqının 518 milyon dollara başa gəldiyini, “Noble” və “Delek”-in hər biri 185 milyon dollar, qalan hissənin isə “EMG” tərəfindən ödənildiyi bildirilib.

Boru kəmərinə nəzarət edən “Delek”dən verilən məlumatda İsrailin “Tamar”“Leviathan” rezervuarlarından gələn qazın gələn il Misirə nəql ediləcəyi, 10 illik razılaşmanın dəyərinin 15 milyard dollar təşkil etdiyi deyilir.

“Delek”in baş direktoru Yossi Abu açıqlamasında bildirib: “Bu, İsrail qaz bazarının ən əhəmiyyətli mərhələsidir. “Leviathan” anbarı İsrail, Misir və İordaniyadakı müştərilərlə Aralıq dənizi hövzəsinin əsas enerji zolağına çevrilir”.

 

İsrailin zəfəri

 

Müqavilə həm siyasi, həm də iqtisadi problemlər baxımından İsrail qaz sənayesi üçün böyük qazancdır.

İlk sahə – “Tamar” 2009-cu ildə kəşf edilib, 2010-cu ildə “Leviathan” əsrin ən qlobal kəşflərindən biri olub.

Ancaq təxminən on bir il sonra yalnız “Tamar” kommersiya istifadəsi üçün qaz istehsal və demək olar ki, bütün İsrailin qazını təmin, habelə İordaniyanın dövlət sərmayəçilərinə məxsus olan “Jordan Bromine Company” şirkəti və onun filialı üçün mavi yanacaq ixrac edir.

Vaxt keçdikcə, Aralıq dənizində potensial müştərilərin siyahısı Misir və Kiprin böyük qaz kəşfləri ilə qısalıb.

Kipr və Misir maye təbii qaz (LNG) zavodlarına boru xətti çəkmək üçün müqavilə imzalayıb, Kipr qazının ixracı İsraillə rəqabətə yol açıb.

“Chatham House”un Yaxın Şərq və Şimali Afrika proqramının üzvü David Batter “MEE”-ya deyib: Leviathan” tərəfdaşları qaz satmaqda ümidsizdir. Həm də Kipr xəttindən gələn qaz yeni rəqabət yaradıb”.

 

Misirin mövqeyi

 

Misir siyasi qeyri-sabitlik və enerji sektorunun zəifliyini arxada qoyduqdan sonra öz qazı hesabına bahalı mayeləşdirilmiş təbii qazı (LNG) idxal etməkdən imtina edir.

Təl-Əviv Milli Təhlükəsizlik Tədqiqatları İnstitutunun elmi işçisi Elay Rettiq “MEE”-a bildirib: “Ən azı kağız üzərində İsrail qazı üçün zərurət yoxdur”.

Əslində, sözügedən müqavilə iki ölkə arasındakı qaz axınının tarixi istiqamətini geri qaytaracaq: 2000-ci ilin əvvəlində Misir xalis ixracatçı olub və İsrailin təbii qaz ehtiyacının 40 faizini dünyadakı ən aşağı qiymətlərlə təmin edib.

Bu müqavilə iki Misir şirkəti və İsrailin sabiq kəşfiyyat işçisi və enerjili maqnatı Yossi Mayman və amerikalı milyarder Sam Zell arasında imzalanıb – 39 faizlik səhmin sahibləri onlardır.

2012-ci ildə, Sina yarımadasındakı qaz boru kəmərinə təkrarlanan hücumlar və əhalinin tələbatını ödəməkdə çətinlik zamanı Misir israilli tərəfdaşları ilə milyardlarla dollarlıq müqaviləni ləğv edib.

İndi yeni müqavilə ilə bütün “köhnə yaralar” sağalıb.

Misirin enerji təhlükəsizliyinə yaxınlaşdığını nəzərə alaraq, analitiklərin əksəriyyəti dövlətin və şirkətlərin böyük qazanc götürəcəyi və tranzit haqlarından yararlana biləcəyini deyir.

Tərcümə: Strateq.az




Yuxarı Əvvələ Ana Səhifə