XƏBƏR LENTİ

27 Sentyabr 2020

Digər Xəbərlər

29 Sentyabr 2018 - 15:42

ƏLİYEVLƏ PAŞİNYAN NƏDƏ UZLAŞDILAR? –Azərbaycanın yeni xarici siyasəti Cənubi Qafqazdakı durumu dəyişə bilər – TƏHLİL

Stanislav Tarasov

“Regnum.ru”, 29.09.2018

 

Düşənbədə MDB-nin iştirakçı dövlətləri başçılarının sammitində Azərbaycan-Ermənistan münasibətlərinin indiki durumunu və münaqişə edən tərəflərin ATƏT Minsk Qrupunun vasitəçilik səyləriylə  Dağlıq Qarabağ münaqişəsini tənzimləməyə çoxillik cəhdlərini analiz edən ekspertlərin çoxunun güman etmədiyi böyük təsirli hadisə baş verib.

Ermənistan baş naziri Nikol Paşinyan Tacikistan paytaxtındakı görüşə Nyu-Yokdan uçub. O, Birləşmiş Ştatlarda BMT Baş Assambleyasının 73-cü sessiyasında çıxış edib.

Azərbaycanın Dağlıq Qarabağla danışıqlar aparması gərəkdir, əks halda Bakıya Qarabağın adamları deyil, yalnız ərazi lazımdır, – Paşinyan deyib. – Beləliklə, aydın olur ki, Azərbaycan hökumətinin niyyəti Qarabağı ermənilərdən təmizləməkdən ibarətdir. Kimsə erməni xalqının yeni soyqırımına yol vermək istəmirsə, Qarabağ məhz buna görə Azərbaycanın bir hissəsi olmamalıdır”.

Bakının reaksiyası gözlənilən idi. Azərbaycan Prezidenti Administrasiyasının xarici siyasət məsələləri şöbəsi müdirinin müavini Hikmət Hacıyev Paşinyanı “populizm, siyasi demaqogiya və kütlələri manipulyasiyada” ittiham edib.

Lakin bu fonda Azərbaycan və Ermənistan XİN başçıları Elmar Məmmədyarov və Zöhrab Mnatsakanyanın Nyu-Yorkda ATƏT MQ-nin vasitəçilyi ilə baş tutan görüşü hətta üç saatdan çox sürsə də, ona az adam önəm verib. Düzdür, tərəflər gələn ay hazırlanan daha bir görüş haqda bildirəndə, bu, məni sıradakı fikrə apardı: münaqişə tərəfləri sadəcə danışıqlar haqda ənənəyə çevrilən danışıqlar deyil, predmetli müzakirə  aparır.

Azərbaycan və Ermənistan arasında “hər iki tərəfi öz ifadələriylə gərginləşdirməməyə, müsbət atmosfer yaratmağa çalışmağa” çağıran görüşün vasitəçiləri yekunlar üzrə bəyanatla çıxış etsələr də, bu, növbətçi reaksiya kimi qəbul edilib, axı belə sözlər əvvəllər də dəfələrlə səslənib.

Mnatsakanyan sonra Nyu-Yorkda Avropa Şurasının baş katibi Työrbern Yaqlandla görüşdə Qarabağ münaqişəsinin tənzimlənməsi prosesində Ermənistan tərəfinin mövqe və prioritetlərini yenidən göstərib – barış atmosferi formalaşdırmağın mühümlüyü, atəşkəs rejiminin gözlənməsi və danışıqlar prosesini irəlilətmək üçün təcavüzkar ritorikadan imtina. Ancaq bu da növbəti bəyanat kimi qəbul edilib.

Bu arada Bakıda Azərbaycan prezidenti İlham Əliyev Rusiya prezidenti Vladimir Putini qəbul edib. Hər iki lider bölgələrarası forum formatında özəl görüş keçirib, indi aydın olur ki, onun gedişində Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi probleminə də yeni şəkildə toxunulub.

Və budur, gözlənilməz nəticə. Ermənistan baş nazirinin özü Düşənbədəki qısa, amma fövqəleffektli danışqlar haqda Faceboook-da öz bloqunda nəql edib. Fikrimizcə, onun ifadələri geniş sitata layiqdir: “Görüş qeyri-formal idi, biz ilk dəfə söhbət etdik. Ermənistan və Azərbaycan müdafiə nazirliklərinin başçıları şərtləşməlidirlər ki, sərhəddə insidentlərin qabağını alsınlar. Görüşdən sonra bu haqda Bako Saakyanı bir anda məlumatlandırdım. Dörd ay ərzində ilk dəfə bu gecə sərhəddə heç bir hadisə qeydə alınmayıb. Bu, mənim baş nazirliyim ərzində ilk sakit gecəydi”.

İkinci bənddə tərəflərin dialoq və danışıqlara tərəfdarlığı göstərilib. Əliyev və Paşinyan Qarabağ məsələsinin dinc həllinin önəmini vurğulayıblar.

Üçüncü mühüm qərar isə onların arasında operativ rabitənin təşkili olub. Baş nazirin sözlərinə görə, “atəşkəs rejiminin möhkəmliyini saxlamaq üçün bunu uyğun qurumlara tapşıracağıq”. Və sonra: “Bizim üçün əsas problem atəşkəs rejiminin pozulması hallarının önlənməsi idi… Düzünü desək, mən şadam ki, onunla (Əliyevlə-S.T.) uzlaşa bildik”.

Özümüzdən əlavə edək ki, şübhəsiz, bu, Azərbaycan və Ermənistan arasındakı münasibətlərdə kəskin irəliləyişdir.

Baş verən hadisələr dinamik dayanıqlığını sonralar saxlayacağı halda, Cənubi Qafqazda geopolitik durumu çox dəyişəcək. Əliyevin Paşinyanla, sadəcə, təmas və danışıqlara deyil, müəyyən həllərə getdiyi faktının özü ondan xəbər verir ki, Bakı İrəvandakı yeni hakimiyyətə siyasi baxımdan dayanıqlı və saziş qabiliyyətli yanaşmağa başlayır.

Bütün əlamətlərə əsasən, Azərbaycan tərəfi ermənistanlı həmkarlarilə, sadəcə, təkcə ikitərəfli münasibətlər qurmağa deyil, həm də 2016-cı il aprel savaşından sonra əldə edilmiş və cəbhə xəttinə beynəlxalq monitorinq və beynəlxalq müşahidəçilərin gəlişini nəzərdə tutan Vyana və Sankt-Peterburq sazişlərini gerçəkləşdirməyə hazırdır. Və bu halda tamdəyərli iştirakçı Stepanakert (Xankəndi-tərc.) oyuna qayıdır.

Bu qayda ilə Azərbaycanın yeni xarici siyasət kursu Cənubi Qafqazda durumu prinsipial səviyyədə dəyişə, Bakı müəyyən geopolitik şəraitdə İrəvanla ittifaqda görünə bilər. Amma burası da var ki, bütün bunlar hələlik güman və versiyalardır. Önəmli odur ki, Azərbaycan və Ermənistanın qarşılıqlı münaibətlərində buz tərpənib, qəliz geopolitik oyunda yeni sensasion qərarlar meydana çıxır və bütün iştirakçılar plyusda qalmaq şansı əldə edir.

Və hələ – 2018-in sonuna qədər Putinin Ermənistana səfəri olmayacaq. O, çox ehtimal ki, Paşinyanla dekabrda Astanada KTMT sessiyasında görüşəcək. Həmin ay Moskvada Avrasiya İqtisadi Birliyinin sammiti planlaşdırılıb. Belə ki, Putin-Paşinyan dialoqu irəlidədir, hələ xeyli sensasiya gətirə bilər.

Tərcümə Strateq.az-ındır.




Yuxarı Əvvələ Ana Səhifə