XƏBƏR LENTİ

24 Sentyabr 2020
23 Sentyabr 2020

Digər Xəbərlər

03 Oktyabr 2018 - 10:40

POPULİSTLƏRİN İQTİSADİ UĞURU:illüziya sona çatdıqda, ticarət müharibələri real savaşlara çevriləcək

Harold Ceyms

“Project Syndicate”

 

Populist iqtisadiyyatlar nadir hallarda yaxşı nəticələrə gətirib-çıxarır.

Hazırda ABŞ iqtisadiyyatı yüksəlişdədir, fond bazarları böyüyür və Tramp administrasiyasının proteksionizmi böyüməyə ciddi təsir göstərir.

Tramp “ticarət müharibələrinin faydalı” olduğunu söyləyərək, hətta bəzi tənqidçilərinin ağzını yumub. Onlar hələ də tariflərin ümumiyyətlə, arzuolunmaz hal olduğuna israr edir, lakin indi belə tədbirlərin Çinin yüksəlişinə maneə ola biləcəyi qənaətindədirlər.

Avropada da bənzər mənzərə ortaya çıxıb. Macarıstan baş naziri Viktor Orban və Polşa lideri Yaroslav Kaçinski tam məşğulluq və işçi qüvvəsi çatışmazlığı ilə zirvəyə qalxıblar.

Bu şəraitdə populistlərin ən güclü dəlillərindən biri – qlobalist elitanın, Davos kosmopolitlərinin, neoliberalların populist iqtisadiyyatın təhlükəsi barədə xəbərdarlıqlarının təməlsiz olmasıdır.

Tutalım, “Brexit”-in xərcləri çoxdur, amma Böyük Britaniya iqtisadiyyatı çökməyib ki.

Populizm – yalnız insanlara daha çox vəd vermək mənası vermir, lakin bu vədlər olmadan populizmin bütün mədəni elementləri sadəcə köhnəlmiş və mürtəce görünür. Hətta irticaçılar yalnız cibləri boşaldıqda, mürtəce siyasəti sevmirlər.

Birləşmiş Ştatlarda noyabr ayında keçiriləcək aralıq Konqres seçkiləri Trampın şəxsi tərzi, bölücü, cinsiyyətçi və irqçi ritorikasını tənzimləmək üçün iqtisadiyyatla bağlı coşğunun kifayət qədər güclü olub-olmadığına qərar verəcək.

Populizmi öyrənən iqtisadçılar, ümumiyyətlə, keçmişdə milliyyətçi perspektivləri maliyyələşdirə bilməyən, kütləvi maliyyə çatışmazlığına səbəb olan Latın Amerikası dərslərindən nəticə çıxarırlar. Bu hallarda populist iqtisadiyyat həmişə inflyasiya, valyuta amortizasiyası və qeyri-sabit dövrlərini səciyyələndirib, çünki qlobal maliyyə bazarları və digər kənar şəxslər başlanğıcdan onlara şübhə ilə yanaşıblar.

Problem bundadır ki, Latın Amerikası təcrübəsi universal deyil.

Bu gün Böyük Depressiyanı xatırlayanlar ona ən kəskin cavabın Hitler Almaniyasında verildiyini bilirlər. Nasistlər öz proqramlarının işsizliyi ləğv etməsi və yeni infrastruktur qurması ilə öyünmək fürsətini əldən qaçırmayıblar. Alman hökuməti geniş qiymət və əməkhaqqı nəzarəti ilə, inflyasiyanı buxovlayır, iqtisadi möcüzə haqqında ağız dolusu danışırdı.

Nasistlərin iqtisadi uğuruna bir çox zəkalı analitiklər illüziya kimi yanaşırdı. Almaniyadan kənardakı tənqidçilər onu əxlaqsız siyasətə görə yıxıb-sürüyürdülər.

Əlbəttə, əxlaqsızlıqla bağlı onlar haqlı idilər, lakin iqtisadi uğursuzluq məsələsində yanılırdılar.

1939-cu ildə Kembric Universitetinin alimi Klod Gilboud “Almaniya iqtisadiyyatının bərpası” kitabını nəşr və alman iqtisadiyyatının olduqca möhkəm olduğunu, hərbi münaqişə vəziyyətində aşınma və ya israfçılıqdan kənar qalacağını iddia edib. Gilboud geniş tənqid edilib. Klassik liberalizmin qalası olan “The Economist” nəşri ikisəhifəlik araşdırmada onu Yozef Gebbelsin təbliğatçısı adlandırıb. Onun elmi işi “demokratik iqtisadçılar arasında nasist rolunu oynamaq” kimi təhlükəli tendensiya hesab edilib.

Amma Gilboud haqlı idi: nasist Almaniyasının iqtisadiyyatı çökmədi.

Müasir müzakirələr oxşardır. Avropada populist iqtisadiyyatın rekordları var. Növbəti böhranla üzləşdikdə, liderlər öz qaçaraq siyasətinin nəticələrinə qısa zamanda çarə tapırlar. Bu hallarda Orban, Kaçinski və digər Mərkəzi Avropa populistləri daha aqressiv variantları davam etdirə bilərlər.

1990-cı illərdə Rusiyada iqtisadi islahatları başlayarkən, siyasi provokator Vladimir Jirinovski deyirdi: “Niyə özümüzə əzab verməliyik ki? Qoy başqaları əziyyət çəksin”.

Şübhəsiz, milliyyətçi populizmin təhlükəsi həmişə iflas anında üzə çıxır. İşlər qaydasında getmədikdə, təqsirkar həmişə yadlardır.

Keçmişdə olduğu kimi, bu gün də illüziya sona çatdıqda, siyasət ön plana çıxacaq və ticarət müharibələri real savaşlara səbəb olacaq.

 

Tərcümə: Strateq.az




Yuxarı Əvvələ Ana Səhifə