Ceyms Stavridis
“Bloomberg”
Bir neçə il bundan öncə, NATO-nun Baş Komandanı olanda, Kölnə səfər edirdim. Region müxtəlif tarixi abidələri, xüsusilə də qədim Müqəddəs Roma İmperiyasının qəlbi olmaqla tanınır. Yaxınlıqdakı Aaxen şəhərində 814-cü ildə vəfat etmiş imperator Böyük Karlın məzarı yerləşir və o, 1000 il bundan əvvəl İslam fəthlərini dayandırmaqla, Avropanın Atası kimi tanınır.
Keçən həftə Kölnd’, Türkiyə baş naziri Rəcəb Tayyib Ərdoğan Avropadakı ən böyük məscidlərindən birini açılışında iştirak edib. Onun səfəri, insan hüquqları, media və məhkəmələrlə bağlı sərt siyasəti nəzərə alınaraq, Almaniyada bəzi mübahisələrə səbəb olarkən, Türkiyə-Avropa əlaqələrinin istiləşməsinə ümidi yeniləyib. ABŞ bu prosesə kömək etmək üçün əlindən gələni etməlidir.
Avropadan və ABŞ-dan uzaqlaşan, Rusiya və İrana yaxınlaşan, uzun müddətdir ki, NATO üzvü olan Türkiyənin yaratdığı təhlükəni şişirtmək lazım deyil.
Türkiyənin ABŞ və müttəfiqləri üçün dəyərindən başlayaq.
Biz bəzən bunu “Şərqlə Qərb arasında körpü” hesab edirik. Yanlış metaforadır – Türkiyə özlüyündə güc mərkəzi, böyük Osmanlı dövlətinin varisi və bu gün dünyanın ən böyük 13 iqtisadiyyatından biridir.
NATO-nun ikinci ən böyük ordusu ona məxsusdur və sürətlə artan əhali, təşəbbüskar, ixtiraçı və yaxşı bilikli olmaqla, bu əsrin ortalarına qədər Rusiyanı geridə qoyacaq.
O, çətin qonşuları və yüksək dərəcədə qeyri-sabit Ərəb Dünyası ilə uzun bir sərhəd olan, geosiyasi cəhətdən mühüm zonada yerləşir. Bütün bu səbəblərə görə Türkiyəni Qərb cinahına qaytarmaq böyük məna daşıyır.
Ərdoğan NATO üzvlüyündə qalan Türkiyəni nəzərdə tutur (o, Əfqanıstandan tutmuş Liviya və Balkanlara qədər yüksək səviyyəli və effektiv hərbi tərəfdaş olub); Avropa İttifaqı ilə bir sıra imtiyazlı iqtisadi əlaqələr əldə edib (tam üzvlük çox güman ki, yetərindən artıq böyük körpüdür); Türkiyəni güclü dini dəstəklə İslam mədəniyyətinə doğru aparır; Qərb orbitindən kənarda, xüsusilə də Rusiya və İranla praqmatik əlaqələr qurmağa çalışır.
Güclü mərkəzləşmiş icra hakimiyyətinə dair son dövrdə uğurlu kampaniyası bu iddialı strateji planı yerinə yetirmək üçün ona vaxt və daxili resurslar verib. Çətinlik onun Suriya, İran və ilk növbədə, kürd elementləri ilə şəxsi və Qərb baxışları arasında aşkar toqquşması olacaq.
Transatlantik dünyanın Türkiyəni itirməsi epik miqyasda geosiyasi səhv olardı. ABŞ və avropalı müttəfiqləri geosiyasət və ya, ümumiyyətlə, dəyər sistemlərimizlə bağlı əsas fikirlərimizi bölüşür. NATO üzvü kimi qalmaq və Aİ ilə dərinləşən əlaqəni saxlamaq üçün Türkiyə hüququn üstünlüyünə ehtiram göstərməli, korrupsiyanın qarşısını almalı, azad mətbuata və insan hüquqlarına hörmət etməlidir.
Qərbin və Türkiyənin uyğun bir şəkildə irəliləməsinə imkan verən sadə əlaqə formasının tapılması çətin olacaq, lakin mümkündür.
Türkiyənin dəstəklənmə şansını optimallaşdırmaq üçün dörd vacib işi görməliyik.
Birincisi, Ərdoğanın Almaniyaya gəlişi kimi açıqlıqlardan faydalanmaq.
Bu gün Almaniyada 3 milyon türk mənşəli vətəndaş var və onlara hörmətlə yanaşılmalıdır. Kansler Angela Merkelin üç günlük rəsmi səfərdə nümayiş etdirdiyi kimi. Bunun böyük mənası var.
Türkiyəyə təklif oluna biləcək iqtisadi stimullar varsa, – xüsusilə də bu, Suriyadan gəlmiş təxminən 3 milyon qaçqının öhdəsindən gəlməkdə kömək edərsə, – ABŞ Aİ ilə əməkdaşlıq etməlidir.
İkincisi, NATO və Aİ liderləri Türkiyəyə daha tez-tez getməlidirlər. Dövlət başçılarının nadir səfərləri deyil, həm də ilk növbədə, kabinet rəhbərləri və yüksək vəzifəli zabitlər səviyyəsində müntəzəm missiyalar olmalıdır.
Qərb dəyərlərindən uzaqlaşması ilə bağlı narahatlıqlarımızı (fərdi olaraq) açıq şəkildə müzakirə etməliyik.
Kürdlərin azadlıq və dövlətçilik hərəkatı elementlərinə olan dəstəyimizlə əlaqədar Türkiyənin narahatlıqlarını dinləməliyik. Ancaq hər iki tərəf üçün, Türkiyənin NATO, Aİ və ABŞ-la bərabər, beynəlxalq birliyə güvən duyğusunu da layihələndirməliyik.
Üçüncüsü, Vaşinqton əlaqələrimizdə aşkar fərqlərin ləğv edilməsi üçün Ankara ilə dialoqu davam etdirməlidir.
Əvvəlki tövsiyələrimiz Türkiyə ilə qarşıdurmaya yönələn Suriyadakı kürd milliyyətçiliyini zəiflətməyə kömək edir. İŞİD və Bəşər Əsədlə mübarizədə ABŞ, dəstək verdiyi kürd cəmiyyətinə təsir etmə qabiliyyətinə sahibdir. ABŞ, həmçinin Şimali İraqda, Yaxın Şərqdəki göbəyində də kürd cəmiyyətinə güclü təsir göstərir. Ərdoğan və kürdlər arasında (daha mötədil elementləri) sülhə yönəltmək üçün əlimizdən gələni etməliyik.
Bir neçə il bundan öncə, “Ərəb baharı” adlandırılan fəlakətdən əvvəl bu iki tərəf bir-birinə yaxın idi.
Nəhayət, Türkiyə ilə hərbi texnika və satış məsələlərində daha çox işləməliyik. Rusiyadan “S-400” sisteminin alınması ittifaqın həmrəyliyinə ciddi zərbədir və o, NATO sistemlərinə uyğun deyil, çünki ümumi hava müdafiə planının gücləndirilməsi üçün səyləri çətinləşdirir.
Hərbi satış və kooperativ müdafiə istehsalında daha açıq bir mövqe Türkiyəni Qərbə doğru geri çəkməyə kömək edəcək. Administrasiya və Konqres yeni “F-35” döyüş təyyarəsinin Türkiyəyə planlaşdırılan satışı ilə bağlı yüz ölçüb-bir biçməli və irəliləyiş (və ya geriləmənin) daha böyük strategiyanın bir hissəsi olduğuna zəmanət verməlidir.
Ümid edək ki, Ərdoğanın Kölnə səfəri son 5 ildə türklərin ən azı Qərbə baxışını digər istiqamətə dəyişməyib. Amerikalılar və tərəfdaşları ən azı türklərlə yolüstü görüşməlidirlər.
Tərcümə: Strateq.az