XƏBƏR LENTİ

14 Avqust 2020
13 Avqust 2020

Digər Xəbərlər

07 Oktyabr 2018 - 19:00

SƏNGİMƏYƏN NOBEL MÜKAFATI QALMAQALLARI:imtinalar, ziyanlı elm yaradanlar, hökumətdən qorxub almayanlar... - ARAŞDIRMA

Dagbladet (Norveç), 06.10.2018

 

İsveç akademiyasındakı səngiməyən qalmaqal Nobel mükafatının tarixində heç də birinci deyil.

1901-ci ildə ədəbiyyat üzrə ilk Nobel mükafatını fransız Syulli-Pryudom alıb. 42 mədəniyyət xadimi dərhal İsveç akademiyasının üstünə düşüb: onların fikrincə, mükafata layiq olan Lev Tolstoy idi. Zaman hər şeyi yerbəyer edib: bu ikisindən fikir nəhəngi Tolstoydur, Pryudom isə ədəbiyyat tarixində ötəri kəmiyyətdir.

1908-ci ildə ədəbiyyat üzrə mükafat az tanınmış alman filosofu Rudolf Eykenə verilib. Bu, İsveç akademiyası daxilində heç birinin güzəştə getmək istəmədiyi iki fraksiya arasındakı uzlaşma idi.

1911-ci ildə fizika üzrə Nobel mükafatı Mariya Sklodovskaya-Küriyə çatanda da səs-küy qalxıb. Qərar artıq elan edildikdən sonra onun evli kişi Pol Lanjevenlə romanı haqda bilinib. Elmlər akademiyası açıqca onu evdə qalmağa çağırıb, amma qadın yenə də Stokholma gedib, işləri haqda məruzə oxuyub və mükafatı şəxsən alıb.

 

Lobotomiyaya görə mükafat

 

1918-ci ildə kimya üzrə mükafat alman Frits Haberə çatıb.  О, ammiakın sintezini kəşf edərək çağdaş kənd təsərrüfatının özlünü qoyub. İlişik ancaq bundaydı ki, Haberin işləri I dünya savaşında zəhərli qazların hazırlanmasında istifadə olunub və müttəfiqlər onun mükafatlandırılmasından qəzəbləniblər.

1935-ci ildə sülh üzrə Nobel mükafatını yenə də alman, jurnalist və antisavaşçı Karl fon Osetski alıb. Bundan beş il qabaq isə onu Almaniyanın hərbləşdirilməsinə qarşı etirazına görə satqınlıq və vətənə xəyanətə görə məhkum ediblər. 1933-də onu həbs düşərgəsinə atanda mükafat Adolf Hitleri də özündən çıxardıb. Hitler bundan sonra almanlara Nobel mükafatını qəbul etməyi yasaqlayıb.

1949-cu ildə tibb üzrə mükafat lobotomiyanı (psixi cərrahiyyə-red.) icad edən portuqal Antoniu Eqaşa qismət olub. O, 1940-1950-ci illərdə ağır psixiatrik xəstələrin müalicəsi üçün geniş istifadə edilib. Bu “müalicə” üsulu  geniş tənqid olunub və tibb elminin ən böyük səhvi sayılıb. Norveçdə son lobotomiya 1974-də həyata keçirilib.

 

“Xeyr, sağ ol”

 

1958-də ədəbiyat üzrə Nobel mükafatını “Doktor Jivaqo” roman-faciəsinə görə Boris Pasternaka verəndə sovet hökuməti dözmədi – kitabı kommunist partiyasına təhqirli böhtan hesab etdi. Roman yazıçının vətənində yalnız 1988-də işıq üzü gördü.

1964-də ədəbiyyat üzrə mükafatlandırılan fransız Jan-Pol Sartr da ondan imtina edib – bu dəfə tamamilə könüllü. O, sonralar öz qərarına təəssüflənərək boynuna alıb ki, mükafat pul ona ziyan gətirməzdi. Amma gec idi.

Ədəbiyyat üzrə mükafatı Aleksandr Soljenitsın alanda 1970-də SSRİ-də  bir də qalmaqal qopub. O da mükafatdan imtina etməli olub – onu ölkəyə buraxmayacaqları qorxusundan.

1973-cü il üçün sülh mükafatı Vyetnamda atəşin kəsilməsi haqda sazişə görə dövlət katibi Henri Kissincerə və Şimali Vyetnamdan danışıqçı Le Dık Thoya çatıb. Tho Vyetnamda savaşın bitmədiyini bəhanə edərək  mükafatdan imtina edib. Kissincer isə mükafatı iki il sonra geri qaytarmağa cəhd edib.

Növbəti il ədəbiyyat üzrə Eyvind Yunson və Harri Martinsona birgə mükafata görə mübahisə qopub. Hər ikisi ədəbiyyat üzrə mükafat laureatlarını müəyyən edən İsveç akademiyasının üzvüydü, buna görə də onun tərəfsziliyinə çoxları şühbə ediblər.

 

Ziyafətdə baş nazirlərin müsibəti

 

2003-də tibb üzrə Nobel mükafatı maqnit-rezonans tomoqrafiyası sahəsindəki araşdırmalarına görə Pol Loterbyur Piter Mensfildə düşüb. Kəşf şərəfi Reymond Damadyana da məxsus idi, amma mükafat ondan yan keçib. O, o zaman “Nyu-York times”, “Los-Anceles times” və “Vaşinqton post” qəzetlərində bütün səhifə boyu elan üçün yer alıb və Nobel medalının fotoşəklini, altında isə mətn dərc etdirib: “Bu, əttökən səhvi düzəltmək gərəkdir”.

2003-də bayram ziyafətində təntənəli naharın ortasında mobil telefonunu çıxaran İsveç baş naziri Yoran Persson ictimaiyyətin diqqətini çəkib. O, sonra izah edib ki, mühüm zəng gözləyirmiş, amma tənqidçilər daşürəkliydilər.

2007-də artıq onun varisi Frederik Reynfeldt cəzasını çəkib. Onu cinayət başında yaxalayıblar: şirniyyatdan sonra barmağını yalayırmış.

İki il qabaq 2016-da ədəbiyyat üzrə mükafat Bob Dilana çatıb. Şairin mükafatlandırılması gözlənilməzlik olub, bir də, görünür, Dilanın özü də vəcddə deyilmiş. Akademiya ona belə də zəng etməyib və o, mərasimi əldən qaçırıb. Yalnız bir il sonra Nobel nitqinin audioyazısını göndərib və mükafatı alıb.

Tərcümə Strateq.az-ındır.