XƏBƏR LENTİ

14 Avqust 2020
13 Avqust 2020

Digər Xəbərlər

08 Oktyabr 2018 - 18:02

ABŞ İsraili yeni müharibəyə hazırlayır:əsas hədəf Aralıq dənizinin enerji resurslarını nəzarətə götürməkdir – Araşdırma

İsrail HHQ-nin Livana hücumu

 

Kıymet Sezer

Yeni Şafak (Türkiyə), 07.10.2018

 

ABŞ-ın İsrailə 38 milyard dollar həcmində hərbi yardımı sionçu işğalçıları kütləvi qırğınlara daha çox ruhlandırır. Nəhəng bir orduya bəs edəcək bu pulla 450 F-35 qırıcısı, yaxud doqquz min tank almaq olar. Özünü “Böyük İsrail” deyilən layihəyə qulluğa həsr edən Donald Tramp Qüdslə bağlı fitnədən sonra bu yöndə ikinci ən böyük addımı atıb.

Donald Tramp ABŞ prezidenti olandan bəri incilçilərlə sionçuların əməkdaşlığı ittifaqa keçib. İsrail baş naziri Benyamin Netanyahu ən böyük dəstəyi Ağ Evdən alır.

ABŞ-ın işğalçı İsrailə 38 milyard dollar həcmində hərbi yardım göstərilməsi haqda qərarı bütün dünyada “savaş büdcəsi” kimi şərh olunub. Barak Obama dönəmində alınmış və Donald Tramp administrasiyasının dəstəklədiyi qərara əsasən, Amerika rəhbərliyi Fələstində kütləvi qırğını sürdürən İsrailə 2019-cu ildən 2028-ci ilə qədər maddi yardım edəcək. ABŞ Dövlət Departamenti Vaşinqton və Təl-Əviv arasındakı sazişi şərh edərək bildirib: “İsrail ABŞ-ın dəyərli və bacarıqlı dostudur. ABŞ İsrailin özünü potensial düşmənlərdən qorumaq haqqını sözsüz dəstəkləyir”.

ABŞ-ın bu qərarının II dünya savaşından bəri İsrailə ən böyük hərbi yardımı təmin etməyindən savayı sionçuların yeni kütləvi qırğınlar həyata keçirmək imkanına da işarə edir, habelə bölgə ölkələrinə münasibətdə hücuma açıq dəstək xarakteri daşıyır.

Təl-Əviv “Böyük İsrail” deyilənin özülünü qoyacaq bu büdcə ilə uzaqmənzilli yeni hava hücumundan müdafiə sistemləri, ballistik raketlər və döyüş təyyarələri ala bilər. Sahəsi Türkiyəninkindən 40 dəfə az olan İsrailə verilən 38 milyard dollara onlarla HHM kompleksi, uzaqmənzilli ballistik raketlər, tam 450 F-35 qırıcısı, doqquz min tank, müxtəlif kalibrli on minlərlə mərmi, yüz minlərlə silah/döyüş sursatı almaq mümkündür. Qüdsü İsrailin paytaxtı elan etmiş Vaşinqtonun son gedişi islamın ilk qibləsinin sionçu işğalını legitimləşdirməyə səy edir, bölgə ölkələrinə, o cümlədən Türkiyəyə “açıq meydanoxuma” kimi qəbul edilir.

 

Şərqi Aralıq dənizi üçün…

 

Bu cür yardımın verilməsini İsrail üzərindən İraq və Suriyanın yeraltı resurslarına çıxışın təminatı üçün planlaşdırılan yol xəritəsini həyata keçirmək yönündə addım kimi şərh edən hərbi qaynaqlar qeyd edirlər: “ABŞ Böyük İsrail dövlətinin təməl daşlarını qoymaq xatirinə istənilən qurbana hazırdır. O, İsraili həm maliyyə, həm də hərbi baxımdan gücləndirir. Bu həcmdə maddi yardımın hədəflərindən biri İsraili Şərqi Aralıq dənizinin enerji resurslarına nəzarət edən ölkəyə çevirməkdir”. İsrail böyük bir ordu yaratmaq mümkün olan belə bir büdcəylə subicarə terrorçu təşkilatları da daha sərbəst maliyyələşdirə bilər. İsrailə təqdim edilən nəhəng maliyyə resirslarının Səudiyyə Ərəbistanından da daxil ola biləcəyi haqda fikir ehtimallar sırasındadır.

 

Sözsüz dəstək

 

“Təhlükəsizlik” sahəsində 38 milyard dollar həcmində yardım o cümlədən İran və Rusiyanın bölgədə artan fəallığıyla bağlı İsrail üçün yeni gündəm çərçivəsində də diqqət çəkir. Rusiyanın kəşfiyyat təyyarəsi İsrailin ucbatından Latakiya sularına düşüb, Rusiya bundan sonra bölgəyə Suriyada yerləşdirilmiş S-200 hava hücumundan müdafiə sisteminin daha müasir versiyasını təmsil edən S-300 göndərib. Təl-Əviv isə Moskvanın bu gedişinə həmlə edib: “Suriyadakı əməliyyatlarımız davam edəcək”. ABŞ İsrailin Suriyada İran və Rusiya obyektlərinə hücumlarını danışıqsız dəstəkləyir. ABŞ Konqresinin məlumatına görə, indiki ana qədər İsrailə verilən yardımın həcmi 130 milyard dolları aşır. Yardım zərfinin verilməsi haqda iki ölkə arasında ilk saziş 2007-də prezident Corc Buşun dönəmində bağlanıb. 30 milyard dollar məbləğlik bu saziş 2009-2018-ci illər dövrünü əhatə edib. Buşu əvəzləmiş Obama 2016-da İsraillə daha bir oxşar saziş bağlayıb və 2019-2028-ci illər arasında on il dövründə təhlükəsizlik sahəsində yardım edilməsi haqda qarşılıqlı anlaşma barədə memorandum imzalanıb. Tramp administrasiyası bildirib ki, bu memorandum, yəni İsrailə maliyyə yardımı göstərilməsi haqda saziş yerinə yetiriləcək.

Tərcümə Strateq.az-ındır.