XƏBƏR LENTİ

03 İyun 2020

Digər Xəbərlər

09 Oktyabr 2018 - 18:39

Türkiyə hərbi sənaye şirkətləri dünya üzrə Top-100-ə daxil olub:ixracat sahəsini ciddi sıçrayış gözləyir – Araşdırma

Mehmet Acet

Yeni Şafak (Türkiyə), 08.10.2018

 

Türkiyə müdafiə sənayesi sahəsində valehedici məhsuldarlıq sərgiləyir. 2002-ci ildə Türkiyə silahlı qüvvələrinin xarici dövlətlərdən asılılığı 80%-dən az olmadığı halda bu göstərici 16 ildə 35%-ədək azalıb. İndiki hədəf – 2023-cü ilə doğru silah və sistemlərin kritik növləri sahəsində tam müstəqilliyə nail olmaqdır.

Bu günlərdə səhər-səhər  professor, Türkiyə Milli müdafiə nazirliyinin müdafiə sənayesi bölməsinə başçılıq edən doktor İsmayıl Dəmirdən soruşdum: “2002-yə qədər bizdə nə çatmırdı və sonradan nə tapılıb və həyata keçirilib?”

O cavablandırdı: “Sabitlik, iradə və inad”.

Biz bu cümləni sıradakı kimi tamamlaya bilərik: prezident Ərdoğanın göstərdiyi iradə, daimi nəzarət və bu mətin mövqe ilə yaradılan motivləşmə.

Müdafiə sənayesi sahəsində xarici dövlətlərdən asılılığı gərəyincə dəyərləndirməmək olmaz. Belə bir asılılıqda “Mən məhsulu aldım və ondan istədiyim kimi istifadə edəcəyəm” deməyi özünüzə rəva bilməzsiniz. 2016-cı il 15 iyul dövlət çevrilişi cəhdiylə bağlı hadisələr günü gətirdiyimiz bir misalı yada salaq. Türkiyə hərbi təyyarəçi qıtlığı üzündən Pakistandan F-16 üçün müvəqqəti təlimatçılar xahiş edəndə və Pakistan “Əlbəttə, əlbəttə!” deyəndə müqavilələrdə təsbit edilən hüquqlarından yararlanan ABŞ bunu etməyə imkan vermədi. Hərbi sahədə qıraqdan, xüsusən də ABŞ kimi ölkədən asılılıq yüksək xərclər və əməliyyat məhdudiyyətləri formasında özünü tez-tez bəlirləyə bilər. Asılılığın olmadığının qiymətinin dərki baxımından buna əks-tarazlıq kimi müdafiə sənayesinin vətən və milli məhsula yönlənmənin töhfəsi kimi Afrindəki əməliyyatda qısa müddətə yetdiyi uğur haqda xatırlamaq faydalı ola bilər.

İsmayıl Dəmir söhbət zamanı daha bir şad xəbər verdi: ““Atak” helikopterindən daha yaxşı olacaq yeni zərbə helikopterimiz gəlhagəldədir. Onun haqqında hamımız tezliklə eşidəcəksiniz”.

Yenə də Dəmirin sözlərinə görə, “Atak” helikopteri bütün dünya üzrə oxşar nümunələrin ilk beşlyinə daxildir.

Əlbəttə, görürük ki, bu sahənin bu və ya digər məhsulları dünya bazarlarında diqqəti özünə çəkməyə başlayıb. 2002-də dünya müdafiə-sənaye kompleksinin 100 ən böyük şirkətinin içində Türkiyənin bir müəssisəsi də yox idisə, indiki mərhələdə dörd müəssisəmiz top-100-ə girməyə nail olub.

İsmayıl Dəmir deyir ki, indiki anda “yaxşı impuls toplanıb” və müəyyən həddi aşandan sonra müdafiə sənayesi məhsullarının ixracatı sahəsində ciddi sıçrayış ola bilər. Məsələn, “Atak” helikopteri dünyanın ilk beşliyinə girdiyinə görə onun xarakteristikaları zaman keçdikcə göz qabağında olacaq və bu, tələbat gurultusuyla müşayiət oluna bilər. İndi son illərdə “milli məsələ”mizə çevrilmiş S-400 hava hücumundan müdafiə raket sistemlərinə və buna tam zidd olan F-36 qırıcılarına müraciət edək.

Biz bilirik ki, ABŞ tərəfdən zaman-zaman “ya S-400 sövdələşməsindən imtina edin, ya da F-35-i yaddan çıxarın” həmlələri qaynaqlanır.

NATO üzvü olmasa da, lap bu günlərdə hətta S-400 raketlərinin alqısı haqda Rusiya ilə saziş bağlamış Hindistana da sanksiyalar hədəsi ünvanlanıb və bu həmin məsələnin Ankaraya münasibətdə daha zəhlətökən basqıya dönüşəcəyi riskini daşıyır.

İsmayıl Dəmir bu məsələdə siyasi rəhbərliyin cızdığı dəqiq çərçivələr haqda qəti danışır: “Söhbət S-400-dən imtina kimi durumdan getmir. İmzalar atılıb, ödəniş edilir. Artıq bundan danışmağın mənası yoxdur. Məsələ bu baxımdan qapanıb. Türkiyənin öz hava hücumundan müdafiə sistemini yaratmaq üçün apardığı araşıdrmalar nəticəsində müəyyən olunub ki, bu ən yaxşı məhsuldur”.

Əslində, Türkiyəni bu məsələdə ədalətli mövqe tutduğu ona basqı göstərənlərə də bəllidir. Amma həm də görmək olar ki, bu basqı ədalətli özülə söykənməklə deyil, sanksiyalar hədəsi kimi “əzələ gücü”ndən istifadə ilə həyata keçirilir. Əlbəttə, sanksiyalar hədəsinin və ya əzələ gücünün də təməlində hansısa motiv olmalıdır.

Yaxşı, amma S-400-ün F-35-in məxfi məlumatlarını faş edəcəyi, yaxud texniki dillə deyilsə, “onun radarda görünməzliyini təhlükəyə düçar edəcəyi” haqda tezis Türkiyəni “tabe etmək” üçün üzürlü səbəb ola bilərmi?

Biz tez-tez iddialar eşidirik ki, son zamanlar Amerika tərəfi məhz bu tezis vasitəsilə Ankaranı S-400 üzrə sövdələmədən imtina etməyə inandırmağa çalışır. Bununla belə, gerçək durum çox da o cür deyil. Ankara əvvəllər ona qarşı irəli sürülmüş bəhanələrdə olduğui kimi burada da öz opponentlərinə bir növ “açıq mövqe” sərgiləməklə cavab verib.

İsmayl Dəmirin sıradakı sözləri durumu xülasə edir: “Norveçin F-35-i var. Məlum olduğu kimi, F-35-ləri uçuş zamanı Rusiyada yerləşdirilmiş S-400-lər də görür. İndiyə kimi bizə bu haqda heç bir hansısa dəqiq izahat verilməyib. Onlar Rusiya sistemlərinin Türkiyəyə gəlişini uzunmüddətli perspektivdə itki kimi nəzərdən keçirə bilərlər. Təəssüf ki, ehtimal irəli sürülür ki, bu qayda ilə F-35-in zorla seçilmək sirləri car çəkiləcək. Biz bu fərziyyə ilə razılaşmırıq. Biz tərəfdaşlarımızı narahat etməli olacaq addımlar atmırıq”.

F-35 qırıcısının layihəsi Türkiyənin sadəcə sifarişçi deyil, tərəfdaş olduğu layihədir. Yaxşı yenilik bundan ibarətdir ki, Türkiyəni S-400-ü almaqdan imtinaya vadar etmək üçün göstərilən dəyənək hələlik layihənin gerçəkləşdirilməsi layihəsinə təsir etməyib.

Biz ödəniş edirik, – Dəmir deyir. – Onlar tədarükü yerinə yetirirlər, təlim davam edir. Başqa siyasi yanaşmaların heç bir önəmi yoxdur. Layihənin qrafiki üzrə təəccüblü heç nə yoxdur”.

Bununla yanaşı, Vaşinqtonun əsil niyyətini görmək üçün, ola bilsin, 2019-cu ilin iyununu gözləmək lazım gəlir.

Bu vaxta qədər isə bütün anlaşmaların əldə edildiyi və ödənişi gedən S-400 raket komplekslərinin ilk partiyası Türkiyə daxil olaraq müəyyən edilən yerlərdə yerləşdirilərkən baş verəcək hadisələri seyr etmək faydalıdır.

Tərcümə Strateq.az-ındır.