XƏBƏR LENTİ

03 İyun 2020
02 İyun 2020

Digər Xəbərlər

15 Fevral 2016 - 10:21

Türk əsgərləri Suriyaya girdi

“Şənbə günü müxaliflərə kömək məqsədi ilə Türkiyədən Suriyaya 100 nəfərlik hərbi qüvvə göndərilib. Onların içində türk desantları da var”.

Strateq.az xəbər verir ki, bu iddianı Suriya Xarici İşlər Nazirliyi irəli sürüb. Nazirlik BMT Təhlükəsizlik Şurasına məktub yazaraq bildirib ki, ağır texnika və silahlarla təchiz olunmuş bu desant dəstəsi Babüsselam sərhəd qapısından Azez bölgəsinə girib.

Məktubda həmçinin desantların bölgəyə 12 maşın hərbi silah və sursat keçirdikləri yazılıb.