XƏBƏR LENTİ

12 Avqust 2020
11 Avqust 2020

Digər Xəbərlər

13 Oktyabr 2018 - 10:00

ABŞ TACDAR ŞAHZADƏ İLƏ YOLLARINI AYIRA BİLƏR –Səudiyyə kralı və oğlunun iqtidarda sayılı günləri qalıb? - TƏHLİL

Maykl Hirş

“Foreign Policy”

 

Respublikaçılar və demokratların tənqidlərinə cavab verən ABŞ prezidenti Donald Tramp oktyabrın 11-də Səudiyyə Ərəbistanından olan jurnalist Camal Xaşuqcinin 10 gün əvvəl İstanbulda itkin düşməsinə münasibət bildirib. “Təhqiqatçılarımız Türkiyədədir və orada türk müstəntiqlərlə birlikdə işləyirlər. Səmimi olsaq, Səudiyyə Ərəbistanı ilə də əməkdaşlıq edirik”.

Trampın “Fox and Friends”-ə müsahibə zamanı verdiyi bəyanat Vaşinqtondakı məmurları çaş-baş qoyub, çünki Türkiyə tərəfindən istintaq üçün heç bir rəsmi əməkdaşlıq istəyi olmayıb.

Federal Təhqiqatlar Bürosunun (FTB) qaydalarına əsasən, Büro, cinayət törədildikdə ev sahibi ölkədən yardım üçün müəyyən müraciət aldıqda, xarici həmkarlarına kömək edə bilər (ABŞ vətəndaşlarına qarşı terror aktları və ya cinayətlər olduqda bu mütləqdir). Ancaq Tramp administrasiyası ilə gərgin münasibətləri olan Türkiyəyə, Səudiyyə yardımı ilə yanaşı, bu istəyi bildirməyib.

Cümə axşamı gününə qədər FTB-nin Ankarada yalnız bir hüquqi attaşesi var idi və FTB bu məsələyə şərh verməkdən ümumiyyətlə, imtina edib. Milli Təhlükəsizlik Şurası da Trampın konkret nəyi nəzərdə tutduğunu açıqlaya bilməyib.

Vitse-prezident Mayk Pens ABŞ hökumətinin “Xaşuqci istintaqına yardım etməyə hazır olduğunu” söyləyib, amma onun ofisindəki səlahiyyətlilər bu barədə ətraflı məlumat verməyiblər.

Şahzadə Məhəmməd bin Salman barədə “Vaşinqton Post”da tənqidi məqalələri yazan jurnalistin Səudiyyə Ərəbistanının tacdar şahzadəsinin əmri ilə öldürülməsi ehtimalı var. Oktyabın 10-da Lindsi Qraham kimi Trampın loyalisti də daxil olmaqla, 20-dən çox senator ikipartiyalı təmsilçiliklə, administrasiyaya Xaşuqcinin qəsdini araşdırılmasını və Səudiyyə iştirakının təsdiqləndiyi təqdirdə, krallıq rəsmilərinə qarşı Qlobal Maqnitski Aktının tətbiqini tələb ediblər.

Senatın Silahlı Qüvvələr Komitəsinin üzvü Qraham deyib: “Əgər Xaşuqci İstanbuldakı Səudiyyə konsulluğunda qətlə yetirilibsə, bu, beynəlxalq normaları adlamaq deməkdir. Onlar bu dərəcədə həyasızlaşıbsa, deməli, nifrət qazanacaqlar”.

Lakin Tramp Məhəmməd bin Salmanla əlaqəsini və xüsusilə tacdar şahzadəsi ilə dost olan kürəkəni Cared Kuşnerə görə, ötən ilki silah razılaşmasını nəzərə alaraq müdafiə edir. Tramp deyib: “110 milyard dolların itirilməsinə heç bir dəstək verməyəcəyəm, bu, bütün zamanların rekordudur, Rusiya və Çinin bu pula sahib olmasına imkan vermək olmaz”.

Prezident bu həftə Səudiyyə Ərəbistanı ilə əlaqələrin “əla” və Məhəmməd bin Salmanın “gözəl insan” olduğunu açıqlayıb.

Tramp Məhəmməd bin Salmanla münasibəti dərinləşdirib və Camal Xaşuqci ilə əlaqədar durumu anlamaq gücündə deyil.

Vaşinqtonda “partlayış” bin Salmanın perspektivlərini təhdid edə bilər. O, təklif etdiyi “Səudiyyə Ərəbistanı – 2030” planı ilə dramatik iqtisadi, sosial və dini islahatlar keçirəcəyini iddia edərək, Xaşuqci kimi siyasi məhbuslara qarşı sərt təzyiqləri əsaslandırır. Ancaq şahzadənin ən böyük planlarından biri olan “Saudi Aramco” neft şirkətinin səhmlərini satmaq niyyəti evdə, Səud ailəsi içərisində ona daha çox düşmən qazandırıb.

Bəzi ABŞ analitikləri hesab edir ki, ABŞ-la əlaqələrinin kəskinləşməsi (hələ ki bu, çox çətin görünür) tacdar şahzadə və atasının iqtidardan kənarlaşması ilə nəticələnəcək. Əgər demokratlar gələn ay ABŞ-da keçiriləcək aralıq seçkilərdə Nümayəndələr Palatasında üstünlük qazanarsa, Məhəmməd bin Salmanla yolları ayırmaq üçün təzyiq daha da güclənəcək.

 

Tərcümə: Strateq.az