XƏBƏR LENTİ

03 İyun 2020

Digər Xəbərlər

19 Oktyabr 2018 - 10:43

TRAMP XAŞUQCİNİN ÖLDÜYÜNÜ EHTİMAL EDİR –Şahzadəni qorumaq üçün Səudiyyə kəşfiyyatının başçısı qurban verilə bilər - TƏHLİL

“Middle East Eye”

 

ABŞ prezidenti Donald Tramp səudiyyəli jurnalist Camal Xaşuqcinin “ehtimal ki, öldüyünü” bildirib. “Əlbəttə, belə görünür”, – deyən Tramp əlavə edib ki, Səudiyyə Ərəbistanı vəzifəlilərinin jurnalistin ölümündə rol oynadığı sübut edilərsə, “cox şiddətli cəzalandırma olmalıdır”.

Trampın şərhləri Xaşuqcinin itkin düşməsi ilə bağlı təzyiqə məruz qaldığı son günlərdə prezident və digər yüksək vəzifəli rəsmilərin tutduğu əvvəlki xətdə təəccüblü bir dəyişiklikdir.

ABC-nin xəbərinə görə, Türkiyə səlahiyyətliləri ilə görüşərkən, Mayk Pompeoya Xaşuqcinin ölümü ilə bağlı səs yazısı təqdim edilib.

Hələ ki, Dövlət Departamenti Pompeonun audio yazını dinlədiyini təkzib edir. Departamentin sözcüsü Hizer Nauert deyib: “Dövlət katibi səs yazısını dinləməyib”.

Pompeo Trampa Xaşuqcinin işi ilə bağlı istintaqın başa çatdırılması üçün səudilərə “bir neçə gün” möhlət vermək lazım olduğunu söyləyib: “Yalnız onda faktlara əsaslanan tam bir anlaşma əldə edə bilərik. Bundan sonra ABŞ-ın Xaşuqci ilə bağlı məsələlərə necə cavab verməsinə qərar verə bilərik”.

 

Trampın bundan əvvəl Səudiyyə Ərəbistanını müdafiə etməsi

 

ABŞ prezidenti bundan əvvəl Səudiyyə Ərəbistanının iştirakı iddialarını rədd edib və vəziyyəti indi ABŞ Ali Məhkəməsinə namizəd olan Brett Kavanoya qarşı cinsi qısnama iddialarına oxşadıb.

“Burada günahkar özümüzük, çünki təqsirsizliyimizu isbatlaya bilmirik”.

Bu həftə Pompeo Riyada göndərilib və o, Səudiyyə kralı Salman və şahzadə Məhəmməd bin Salmanla (MBS) görüşüb.

Pompeo ilk bəyanatında Səudiyyə liderlərinin İstanbuldakı konsulluqda meydana gələn hadisələrdən heç bir məlumatı olmadığını, ona ciddi və etibarlı istintaq vədi verildiyini söyləyib.

Pompeo deyib: “Səudiyyə rəhbərliyi İstanbuldakı konsulluqda meydana gələn hadisələr haqqında hər hansı bir məlumatı inkar edir. Bütün faktları müəyyənləşdirmək və Səudiyyə Ərəbistanının yüksək səviyyəli rəhbərlərinin cavabdehliyini təmin etməyə dair ciddi öhdəlik var”.

Camal Xaşuqci İstanbulda Səudiyyə konsulluğuna daxil olandan, yəni oktyabrın 2-dən yoxa çıxıb. Türk səlahiyyətlilər onun binanın içində öldürüldüyünə inanırlar.

Səudiyyə rəsmiləri Xaşuqcinin konsulluqdan çıxdığını söyləyirlər. Ancaq bu iddianı təsdiqləyəcək video kamera görüntüsünü təqdim etməyiblər.

 

“NYT”: səudilər Bin Salmanın “barmağı”nı gizlətmək istəyirlər 

 

Xaşuqcinin itməsi ilə bağlı qlobal böhran dərinləşdiyindən, ABŞ və Səudiyyə rəsmiləri tacdar şahzadəni məsuliyyətdən qorumağa çalışırlar.

“New York Times” qəzetinin xəbərinə görə, Riyad Səudiyyə Ərəbistanının kəşfiyyat şefi general Əhməd əl-Əsirini Xaşuqcini öldürmək əmri verməklə günahkar çıxarmağa cəhd edir.

Günahı Əsirinin boynuna qoymaq MBS-nin baş vermiş hadisələrdən heç bir məsuliyyət almadığına kömək edəcək. Əsiri MBS-ə yaxın adamdır və Yəməndə təşkil edilən hərbi kampaniyada şahzadənin təmsilçisidir.

Səudiyyə rejimi ilə əlaqəli anonim rəsmilər rəsmilər “NYT”-yə MBS-in Xaşuqcini diri ələ keçirmək üçün İstanbula  missiya göndərdiyini təsdiqləyib. Ancaq əməliyyat zamanı Əsiri səlahiyyətlərini aşıb və təlimatları “səhv başa düşüb”.

Tərcümə: Strateq.az