XƏBƏR LENTİ

05 İyun 2020
04 İyun 2020

Digər Xəbərlər

22 Oktyabr 2018 - 19:28

ABŞ MƏTBUATINDAN BOLTONA ÇAĞIRIŞ:“Paşinyana basqı edilməsə, hakimiyyəti əlində cəmləşdirəcək" - TƏHLİL

Ues Martin

“The National Interest” (ABŞ), 21.10.2018

 

ABŞ-ın təhlükəsizlik üzrə müşaviri Con Bolton Rusiya, Türkiyə və İranın arasına sıxışdırılmış və son min ildə bir-bir bu imperiya ağalarının əlinə keçən strateji dağlıq bölgə Cənubi Qafqaza səfər etməyi planlaşdırır.

Onun Rusiya ilə on il qabaq baş vermiş savaşdan indiyədək özünə gəlməyən Gürcüstanda Qərbyönlü ölkəylə işi olacaq. Lakin Boltonu əsil çağırış Ermənistanda – əhalisi cəmi üç milyona yaxın olan kiçik dağlıq ölkədə  gözləyir.

Ermənistan siyasi mülayimləşmə durumundadır. Mayda hakimiyyətə gələn baş naziri Nikol Paşinyan erkən seçkilər elan edib və 16 oktyabrda istefa verib. Amma baş nazir vəzifəsinin icrasını sürdürəcək, əslində, bu bildirir ki, hakimiyyətdən imtina etməyəcək.

Ermənistan Avropa və Amerika maraqları üçün açar rolunu oynayır. Xristian Ermənistanı qərbdə Türkiyə və cənubda İranla həmsərhəd olmaqla və Rusiyadan yalnız Qara dəniz və Gürcüstanla ayrılmaqla rəqabət aparan imperiyalar üçün əsrlərboyu önəmli strateji kəsişmə xətti olub. Rusiyanın tarixi müttəfiqi İrəvan bu gün də Avropa Birliyi ilə yaxşı münasibətlər saxlamağa çalışır.

Əsil demokratiyanın əsas göstəricilərindən biri hakimiyyətin bir administrasiydan növbətisinə dinc ötürülməsidir. Lakin Paşinyan öz vəzifəsinin məsuliyyətini layiqincə qəbul etmək əvəzinə, kütlə hakimiyyətinə təhlükəli keçid və siyasi müxalifəti həmişəlik məhv etmək üçün hakimiyyətdən yararlanır.

O, siyasi rəqiblərinə divan tutmaq üçün hüquq-mühafizə qurumlarından istifadə edir. İlk ittiham edilən ölkənin keçmiş prezidenti Robert Koçaryan olub. Bu yay qaldırılan iddia 2008-də Avropa Şurasının bəyəndiyi açıq seçkilərdən sonra Koçaryan öz postunu tərk edəndə hakimiyyətin ötürülməsinə aiddir.

Müxalifət o zaman Koçaryanın qələbəsinə qarşı etiraz edib. Koçaryan cavabında 20 günlük hərbi vəziyyət tətbiq edib, bu gedişatda on nəfər, o cümlədən polis əməkdaşları həlak olub. Avropa Şurası tərəfindən onun fəaliyyəti haqda araşdırma aparılıb və bu, əsaslı qəbul edilib.

İndi Paşinyan, – Koçaryanın fəaliyyəti çoxsaylı milli və beynəlxalq fiqurlar tərəfindən təqdir ediləndən on il sonra, – Koçaryana diş qıcayıb bildirir ki, o, ölkə konstitusiyasını pozub.

Bunun sözsüz sübutu Milli Təhlükəsizlik Xidmətinin rəisi Artur Vanetsyan və Xüsusi Kəşfiyyat Xidmətinin başçısı Sasun Xaçatryan arasındakı danışığın bu yaxınlarda sızan səsyazısıdır. Bu ləkələyici söhbət hakimiyyətdən sui-istifadə və Paşinyanın çevrəsinin yüksəkməqamlı məmurlarının qanunun aliliyinə etinasızlığının tam açıqlandığı “Koçaryan dosyesi”nə aiddir.

Xüsusi Kəşfiyyat Xidməti iyulun 26-da Paşinyanın maraqlarıyla hərəkət edərək keçmiş prezident Koçaryanı həbs edib. Kassasiya məhkəməsi avqustun 13-də onu azad edib. Xüsusi Kəşfiyyat Xidməti isə Koçaryanı yenidən həbs etmək və onun üçün 15 illik həbs hökmünə nail olmaq istəyi ilə bu qərarla razılaşmır.

Lakin problem Koçaryanın həbsindən dərində gizlənib. Ədliyyə bu pozuntulara göz yumarsa, Paşinyan dekabr seçkiləri zamanı hakimiyyəti əlində cəmləyəcək, çünki onun “Mənim yolum” alyansı populyarlığın zirvəsindədir. Ehtimal ki, o, bütün əsil və potensial opponentləri məhv edilməyincə bu cür hərəkət edəcək. Habelə atalar sözü yerini alır: “Hakimiyyət adamı pozur, mütləq hakimiyyət həmişəlik pozur”Mütləq hakimiyyət əldə etməyə ilk addım müxalifəti başsız qoymaqdır.

Paşinyan bunun əvəzinə “Bütün hakimiyyət ötəridir, onu ən yaxşı mümkün durumda buraxın” iddiasını edən prezident Harri Trumenin xeyir-duasına əməl etməliydi. Amma Paşinyan Trumen deyil. Böyük dövlətlər onu özünə gətirməsə, o öz düşmənlərini elə də məhv etməyi sürdürəcək.

Bax, Bolton nəyi nəzərə almalıdır: Ermənistan hökumətinin və məhkəmə sisteminin bütövlüyü təhlükədədir.Human Rights Watch” qeyri-hökumət təşkilatı bu durumun olduqca dəqiq qiymətini verərək iddia edib ki, “siyasi baxımdan motivləşdirilən məhkəmə təqibləri probleminin həlli çətin vəzifədir, amma Ermənistanın cinayət hüququna inamı bərpa etmək üçün çox önəmlidir”.

Paşinyanın ikiüzlülüyü 11 iyulda Avropanın Karnegi araşdırma mərkəzində iradlarla çıxış edərək “Biz öz qorxumuzu üstələmişik və özündən törəyən hakimiyyəti məhv edərək sevgi və tolerantlıq inqilabı həyata keçirmişik. Dünyaya və özümüzə demişik ki, bir nəfərin bizim adımızdan qərar qəbul etməyinə heç vaxt yol  vermərik” deyəndə üzə çıxıb.

Ermənistan Avropa Şurasına üzv olmaqla insan haqları üzrə Avropa Şurasına tabedir. Avropa Birliyi anlamalıdır ki, Paşinyanın sözlərindənsə hərəkətləri ucadan özü haqda danışır. Bu hərəkətlər isə Ermənistanda insan hüquqlarını pozur və millətçiliyin və Ermənistanın qonşularına düşmənliyin guruldamasına səbəb ola bilər.

Paşinyan nəzarətsizlik şəraitində Ermənistanda demokratiyanı təhdid edə və Qafqaz bölgəsində durumu qarışdırmağı davam etdirə bilər. Susanda və Paşinyanın sözlərinə inananda, Avropa Birliyi və Birləşmiş Ştatlar üçün son dərəcə çox şey riskə qoyulur.

Paşinyana beynəlxalq basqı edilməsə, hakimiyyəti əlində cəmləməyi sürdürəcək və bu qayda ilə Ermənistanda indiki ana doğru əldə edilənlərin hamısını təhdid edəcək. Qərb birbaşa indi hərəkət etməlidir.

Tərcümə Strateq.az-ındır